Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Naxçıvanda ictimai iaşə obyektlərinin vergi öhdəlikləri ilə bağlı görüşlər keçirilib

Naxçıvan Muxtar Respublikasında ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə “İctimai iaşə obyektlərinin və həmin obyektlərdə müştərilərə xidmət göstərən fiziki şəxslərin vergi öhdəlikləri” mövzusunda maarifləndirici görüşlər təşkil olunub. 

Görüşlərdə 2026-cı il yanvarın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasının rezidentləri üçün tətbiq edilən 10 illik vergi və sosial sığorta güzəştləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ictimai iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər müəyyən edilmiş qaydada rezident statusu əldə etməklə müvafiq güzəştlərdən yararlana bilərlər. Bu məqsədlə fiziki şəxslərin müraciəti əsasında onların rezidentliyinin müəyyən edilməsi mexanizmi tətbiq olunur.

Tədbirlər çərçivəsində iştirakçılara sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi, müvafiq qəbzlərin əldə edilməsi, vergi öhdəliklərinin düzgün yerinə yetirilməsi, eləcə də nağdsız hesablaşmaların üstünlükləri barədə ətraflı izahatlar verilib.

Diqqətə çatdırılıb ki, Dövlət Vergi Xidmətinin əsas məqsədi sahibkarlara vergi qanunvericiiyinin tətbiqi ilə bağlı dəstək göstərmək, vergi münasibətlərində şəffaflığı təşviq etmək və onların nəzərdə tutulan 10 illik güzəştlərdən tam şəkildə yararlanmalarına şərait yaratmaqdır.

Görüşlər iştirakçıların mövzu ilə bağlı suallarının cavablandırılması və müzakirələrlə davam etdirilib.