Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev vətəndaşları qəbul edib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev Şəmkir, Ağstafa, Qazax, Gədəbəy və Tovuz rayonlarının sakinlərini qəbul edib. Videokonfrans formatında təşkil olunan qəbulda vətəndaşların vergi orqanlarına işə qəbul və kadr məsələləri ilə bağlı müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı əsaslandırılmış cavab və izahatlar verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.
Vətəndaş qəbulu Dövlət Vergi Xidmətinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilib.

21 noyabr 2026, 12:00