Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

İtaliyanın Baş nazirinin müavini ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun İtaliyanın Baş nazirinin müavini və xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşündə Azərbaycan–İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliya Respublikasının Baş nazirinin müavini və xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb.

Görüşdə Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığa əsaslanan iqtisadi əlaqələrin güclənməsindən məmnunluq vurğulanıb. Qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinin hər iki tərəf üçün əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu baxımdan bu ilin oktyabr ayında Romaya səfər çərçivəsində keçirilmiş görüş və müzakirələr önəm daşıyır. Əldə olunmuş razılaşmaların davam etdirilməsi, yeni birgə təşəbbüslərin və investisiya layihələrinin təşviqi məsələləri diqqətə çatdırılıb.

Tərəflər Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, sənaye, enerji, nəqliyyat-logistika və innovasiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.