Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə təlim keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) səyyar vergi yoxlamalarını həyata keçirən struktur bölmələrinin əməkdaşları üçün “Səyyar vergi yoxlamalarını həyata keçirən strukturların ƏL/TMM üzrə vəzifələri” mövzusunda təlim təşkil olunub.

Təlimin məqsədi cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində qanunvericiliyin tələbləri, eləcə də onların praktiki tətbiqi ilə bağlı əməkdaşların bilik və bacarıqlarının artırılması olub.

Təlim çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində milli qanunvericiliyin əsas tələbləri nəzərdən keçirilib. İştirakçılara ƏL/TMM riskləri, müştəri uyğunluğu tədbirləri, benefisiar mülkiyyətçinin və şübhəli əməliyyatların müəyyən edilməsi xüsusiyyətləri, həmçinin səyyar vergi yoxlamaları zamanı bu sahədə nəzarət tədbirlərinin predmeti və həyata keçirilməsi qaydaları barədə ətraflı məlumat verilib.

DVX-nin Tədris Mərkəzi tərəfindən təşkil olunan təlimdə Mərkəzin rəis müavini Mirəli Kazımov, Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev, DVX-nin Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin rəis müavini Pərviz Bəkaliyev və “Deloitte” şirkətinin nümayəndəsi Əminə Baxşıyeva təlimçi qismində çıxış ediblər.

Təlim interaktiv müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.