DVX-nin Tədris Mərkəzi ilə Layihələrin İdarə Edilməsi İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzi ilə Layihələrin İdarə Edilməsi İnstitutu (Project Management Institute – PMI) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum layihələrin idarə edilməsi sahəsində potensialın gücləndirilməsi, peşəkar inkişafın dəstəklənməsi və institusional effektivliyin artırılması istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.
Sənəd peşəkar sertifikatlaşdırma, insan kapitalının inkişafı, təşkilati potensialın gücləndirilməsi, risklərin effektiv idarə olunması, institusional və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir.
Tərəfdaşlıq Dövlət Vergi Xidmətinin insan kapitalının inkişafı, innovasiyaların təşviqi və əməliyyat fəaliyyətinin səmərəliliyinin artırılması üzrə strateji prioritetlərinə uyğundur. Əməkdaşlıq çərçivəsində məlumatların analitik təhlili, süni intellekt və avtomatlaşdırma kimi qabaqcıl texnologiyaların tətbiqinin genişləndirilməsi də diqqət mərkəzində olacaq.
PMI-ın Avropa üzrə regional idarəedici direktoru Denis Lassans əməkdaşlığı şərh edərək bildirib:
“Texnoloji transformasiya, rəqəmsal innovasiyalar, dayanıqlı iqtisadi inkişaf kimi müasir dövrün ən mühüm çağırışlarının həllində mürəkkəb layihələrin uğurla həyata keçirilməsi həlledici rol oynayır. Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə əməkdaşlıq çərçivəsində PMI strateji prioritetlərin uğurla reallaşdırılmasına və Azərbaycanın uzunmüddətli inkişaf hədəflərinə töhfə verə biləcək layihə idarəetməsi üzrə mütəxəssislərin peşəkar inkişafını dəstəkləməyə hazırdır. Azərbaycanda layihələrin idarə edilməsi sahəsində çalışan mütəxəssislər arasında PMI-ın qlobal eskpertizasına böyük marağın şahidi oluruq. Hazırda Azərbaycan PMI-ın fərdi üzvlərinin sayına görə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında aparıcı ölkələr sırasındadır”.
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, həmçinin 2026-cı ildən etibarən PMI-ın Səlahiyyətli Təlim Tərəfdaşları (Authorized Training Partner – ATP) şəbəkəsinin tamhüquqlu üzvüdür. Bu status Mərkəzin layihələrin idarə edilməsi sahəsində beynəlxalq peşəkar standartlara və təlim imkanlarına çıxışını genişləndirməyə, habelə PMİ təlimlərini rəsmi səviyyədə təqdim etməyə imkan yaradır.

25 noyabr 2026, 14:36