İş Adamları Cəmiyyətinin Milli Asossiyasiyası ilə görüş keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və biznes mühitinin təkmilləşdirilməsi məqsədilə biznes assosiasiyaları ilə keçirilən silsilə görüşlər davam etdirilir. Növbəti belə görüş İş Adamları Cəmiyyətinin Milli Assosiyasiyasının Hüquq, maliyyə və vergi konsultasiyası komissiyasının üzvləri ilə keçirilib.
DVX-nin Vergi siyasəti baş idarəsinin nümayəndələrinin iştirakı ilə keçirilən görüş zamanı Assosiyasiya tərəfindən vergi qanunvericiliyinin tətbiqi, kameral vergi yoxlamaları və bəyannamələrin təqdim edilməsi zamanı ortaya çıxan çətinliklər və onların həlli istiqamətində təkliflər müzakirə olunub.
Assosiyasiya nümayəndələri bu formatda keçirilən görüşlərin biznes mühitində mövcud çağırışların operativ müəyyənləşdirilməsi və effektiv həll mexanizmlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Yekunda dövlət – biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi məqsədilə görüşlərin davam etdiriləcəyi bildirilib.

26 noyabr 2026, 11:52