Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər Nazirliyi məktəbliləri sevindirib

Vergilər Nazirliyinin təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə valideyn himayəsindən məhrum olmuş internat məktəblərindən olan şagirdlər üçün Bakı şəhərində yerləşən əyləncə mərkəzlərindən birində maraqlı istirahət proqramı təşkil edilib.

Bakıdakı bir neçə internat məktəbinin şagirdləri əyləncə mərkəzində şən və yaddaqalan vaxt keçiriblər. Mərkəzdəki müxtəlif yaş kateqoriyaları üçün nəzərdə tutulmuş attraksionlar və müxtəlif oyunlar məktəblilərin tam ixtiyarına verilib.

Vergilər Nazirliyi sosial məsuliyyət strategiyası çərçivəsində ictimaiyyət nümayəndələri üçün faydalı təşəbbüslərin dəstəklənməsinə daim diqqətlə yanaşır və sosial layihələrin həyata keçirilməsində fəal tərəfdaş kimi iştirak edir. Yeni il şənliklərinin təşklində məqsədlərdən biri də valideyn himayəsindən məhrum olmuş və qayğıya daha çox ehtiyacı olan məktəblilərin cəmiyyətə inteqrasiyasına dəstək vermək və onlarda ruh yüksəkliyi yaradaraq təhsilə marağını stimullaşdırılmaqdır.