Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Vergilər naziri Hindistanın səfiri ilə görüşüb

Vergilər naziri Mikayıl Cabbarov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Bavitlunq Vanlalvavna ilə görüşüb.

Görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” layihəsi və Azərbaycanla Hindistan arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi  ilə bağlı məsələlər müzakirə olunub.

Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi olub.