Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Dekabrın 4-də vergilər naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionunun Makroiqtisadi, Ticarət və İnvestisiya Qlobal Praktikasının meneceri Sandip Mahacanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə vergi siyasəti və vergi inzibatçılığı sahəsində ölkədə aparılan islahatlar, həmçinin Dünya Bankının "Vergi İslahatlarına Texniki Yardım Proqramı" çərçivəsində Vergilər Nazirliyi ilə apardığı ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.