Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş şahmat turniri başa çatıb

Azərbaycan Respublikası Vergilər Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirilən vergi xidməti əməkdaşları arasında 14-cü ənənəvi şahmat turnirinə yekun vurulub.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cü ildönümünə həsr olunmuş, Olimpiya sistemi üzrə keçirilən bu yarışlara aprel ayının 13-də start verilmişdi.

Vergilər nazirinin müavini Sahib Ələkbərov yarışın maraqlı rəqabət şəraitində keçdiyini bildirərək onu vergi orqanı əməkdaşlarının intellektual potensialının nümayiş etdirilməsi baxımından müsbət dəyərləndirib və mükafata layiq görülən əməkdaşları təbrik edib.

Turnirin qalibi 8 saylı ƏVİ-nin əməkdaşı Ramil Abbasov olub. Çağrı Mərkəzi Departamentinin əməkdaşı Mahmud İbrahimov 2-ci, Tədris Mərkəzinin əməkdaşı İmran Qarayev 3-cü yeri tutub.

Sonda qaliblər mükafatlandırılması mərasimi olub.