Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Ezamiyyə xərclərinin normaları haqqında Qərar N 14

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Dövlət büdcəsi xərclərinin proqnozlaşdırılmasında istifadə olunan ezamiyyə xərclərinin normalarını təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilsin.[1]

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.[2]

1-1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir.[3]

2. Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları təsdiq edilsin (1 nömrəli əlavə).

3. Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası təsdiq edilsin (2 nömrəli əlavə).[4]

4. Müəyyən edilsin ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir.

5. Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir.

6. Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15,0 manat əlavə vəsait verilir.[5]

7. Müəyyən edilsin ki:

büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara bu məqsəd üçün büdcədə nəzərdə tutulan vəsaitlər dairəsində, digər təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir;

büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar istisna olmaqla digər təşkilatlar ezamiyyə xərclərinin ödənilməsi üçün öz sərəncamlarında qalan mənfəət hesabına bu qərarla müəyyən edilmiş normalardan əlavə vəsait ayıra bilərlər;

büdcədən maliyyələşdirilən dövlət orqanlarında işin xüsusiyyətləri ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının ərazisi daxilində xidməti minik avtomobilləri ilə xidməti ezamiyyətə gedilməsi zəruri olan hallarda avtomobil nəqliyyatı vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə, sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlər əsasında ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına nəqliyyat xərci kimi ödənilir.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində İşçilərin ezamiyyə qaydaları nı hazırlayıb müvafiq qaydada təsdiq etsinlər.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı təsdiq edilsin (əlavə olunur).

10. Bu qərar 2008-ci il martın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri 25 yanvar 2008-ci il
14

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

1 nömrəli Əlavə

Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları

Sıra -si Ölkənin adı Valyutaların adı Ezamiyyə xərclərinin 1 günlük norması
1.
2.
3.
4.
1.
Rusiya Federasiyası
ABŞ dolları
150
Moskva və Sankt-Peterburq şəhərləri
240
2.
Tacikistan
ABŞ dolları
140
Düşənbə şəhəri
160
3.
Özbəkistan
ABŞ dolları
100
Daşkənd şəhəri
160
4.
Belarus
ABŞ dolları
140
Minsk şəhəri
180
5.
Ukrayna
ABŞ dolları
160
Kiyev şəhəri
210
6.
Moldova
ABŞ dolları
110
Kişineu şəhəri
150
7.
Qazaxıstan
ABŞ dolları
130
Almatı və Astana şəhərləri
200
8.
Qırğızıstan
ABŞ dolları
130
Bişkek şəhəri
160
9.
Gürcüstan
ABŞ dolları
140
Tbilisi şəhəri
155
10.
Türkmənistan
ABŞ dolları
95
Aşqabad şəhəri
130
11.
Latviya
avro
105
Riqa şəhəri
140
12.
Litva
avro
120
Vilnüs şəhəri
145
13.
Estoniya
avro
95
Tallin şəhəri
140
14.
Böyük Britaniya
İngiltərə funt sterlinqi
170
London şəhəri
190
15.
Lixtenşteyn
avro
200
16.
Avstriya
avro
185
17.
Almaniya
avro
225
18.
Belçika
avro
215
19.
İrlandiya
avro
215
20.
Monako
avro
195
21.
Norveç
avro
225
22.
Niderland
avro
225
23.
San-Marino
avro
215
24.
Fransa
avro
205
Paris şəhəri
250
25.
Türkiyə
avro
150
Ankara və İstanbul şəhərləri
165
26.
İtaliya
avro
185
27.
Xorvatiya
avro
185
28.
Bosniya və Herseqovina
avro
160
29.
Danimarka
avro
180
30.
İsveçrə
avro
210
31.
Lüksemburq
avro
190
32.
Makedoniya
avro
190
33.
Kipr
avro
160
34.
Macarıstan
avro
160
35.
Malta
avro
160
36.
Portuqaliya
avro
170
37.
Slovakiya
avro
160
38.
Finlandiya
avro
210
39.
Çexiya
avro
190
40.
Serbiya
avro
155
41.[6]
Monteneqro
avro
155
42.
Andorra
avro
200
43.
Albaniya
avro
160
44.
Yunanıstan
avro
180
45.
İslandiya
avro
190
46.
İspaniya
avro
200
47.
Polşa
avro
175
48.
İsveç
avro
225
49.
Bolqarıstan
avro
135
50.
Rumıniya
avro
175
51.
Sloveniya
avro
145
52.
ABŞ
ABŞ dolları
330
Nyu-York şəhəri
350
53.
Argentina
ABŞ dolları
195
54.
Braziliya
ABŞ dolları
225
55.
Kanada
ABŞ dolları
190
56.
Meksika
ABŞ dolları
165
57.
Amerika qitəsi üzrə digər ölkələr
ABŞ dolları
165
58.
Bəhreyn
ABŞ dolları
165
59.
Səudiyyə Ərəbistanı
ABŞ dolları
165
60.
Birləşmiş Ərəb Əmirlikləri
ABŞ dolları
235
61.
İordaniya
ABŞ dolları
140
62.
İran
ABŞ dolları
160
63.
Qətər
ABŞ dolları
180
64.
Küveyt
ABŞ dolları
180
65.
Oman
ABŞ dolları
170
66.
Suriya
ABŞ dolları
160
67.
İraq
ABŞ dolları
160
68.
İsrail
ABŞ dolları
170
68-1.[7]
Fələstin
ABŞ dolları
170
69.
Livan
ABŞ dolları
170
70.
Liviya
ABŞ dolları
170
71.
Bruney
ABŞ dolları
155
72.
Yəmən
ABŞ dolları
185
73.
Əlcəzair
ABŞ dolları
165
74.
Mərakeş
ABŞ dolları
180
75.
Misir
ABŞ dolları
180
76.
Tunis
ABŞ dolları
180
77.
Seneqal
ABŞ dolları
185
78.
Sudan
ABŞ dolları
165
79.
Cibuti
ABŞ dolları
155
80.
Çad
ABŞ dolları
225
81.
Cənubi Afrika Respublikası
ABŞ dolları
240
82.
Afrika qitəsi üzrə digər ölkələr
ABŞ dolları
155
83.
Çin Xalq Respublikası
ABŞ dolları
185
84.
Sinqapur
ABŞ dolları
235
85.
Tailand
ABŞ dolları
205
86.
Malayziya
ABŞ dolları
205
87.
Şri-Lanka
ABŞ dolları
155
88.
Hindistan
ABŞ dolları
155
89.
Nepal
ABŞ dolları
155
90.
Banqladeş
ABŞ dolları
155
91.
Pakistan
ABŞ dolları
165
92. [8]
Butan
ABŞ dolları
145
92-1[9]
Myanma
ABŞ dolları
155
93.
Monqolustan
ABŞ dolları
145
94.
Laos
ABŞ dolları
155
95.
Vyetnam
ABŞ dolları
155
96.
İndoneziya
ABŞ dolları
205
97.
Əfqanıstan
ABŞ dolları
175
98.
Kamboca
ABŞ dolları
175
99.
Mavritaniya
ABŞ dolları
175
100.
Mali
ABŞ dolları
195
101.
Maldiv adaları
ABŞ dolları
165
102.
Hibraltar
avro
150
103.
Koreya Xalq Demokratik Respublikası (KXDR)
ABŞ dolları
225
104.
Koreya Respublikası
ABŞ dolları
245
105.
Yaponiya
Yapon iyeni
34720
106.
Filippin
ABŞ dolları
210
107.
Yeni Zelandiya
ABŞ dolları
195
108.
Avstraliya və Okeaniya
ABŞ dolları
195

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

2 nömrəli Əlavə

Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası[10]

Sıra -si Rəhbər işçinin vəzifəsi Əlavə
(faizlə)
1
2
3
1.
Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrləri[11]
100
2.
Azərbaycan Respublikası Baş nazirinin müavinləri, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsisədrinin müavinləri; Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparat rəhbərləri; Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədrləri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman), Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin sədrləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin müavinləri, Azərbaycan Respublikası Hesablama Palatasının auditorları, Bakı Şəhər İcra Hakimiyyəti başçısı[12]
50
3.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsininhakimləri; Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin müavinləri, Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin sədr müavinləri, Məhkəmə-Hüquq Şurasının üzvləri, Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavinləri, Azərbaycan Respublikası Hesablama Palatasının auditorları; Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanların rəhbərləri və müavinləri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavinləri, Azərbaycan Respublikası Baş prokurorunun müavinləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında olan icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri, Azərbaycan Respublikasının yüksək səviyyəli nümayəndə heyətlərinin xarici ölkələrə rəsmi səfərləri ilə bağlı protokol tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar ezam olunan şəxslər[13]
30

Qeydlər:

1. Cədvəlin 1-ci və 2-ci hissələrində göstərilən şəxslərə xidməti ezamiyyətlər zamanı ezamiyyə xərclərinin 1 günlük normasının 10 faizi məbləğində hər gün üçün nümayəndəlik xərcləri ödənilir. Həmin şəxslərə və diplomatik fəaliyyəti dövründə Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi və ya vəzifəsi olanlara, eləcə də Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış hökumətlərarası komissiyaların tərkibinə daxil olan şəxslərə nəqliyyat xərcləri təyyarə üçün biznes klass , dəmiryol qatarları üçün biznes klass və ya 2 yerli kupeli yumşaq vaqon tarifləri ilə ödənilir, bütün digər hallarda nəqliyyat xərcləri təyyarə üçün ekonom klass , dəmiryol qatarları üçün 4 yerli kupeli vaqon tarifləri ilə ödənilir.[14]

2. Azərbaycan Respublikasının yüksək səviyyəli nümayəndə heyətlərinin rəhbərləri beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə iştirak etmək üçün xarici ölkələrə ezam olunduqda, qəbul edən tərəfin protokol qaydalarına uyğun olaraq mehmanxanada yerləşdirildikdə, ezamiyyə xərcləri təqdim olunmuş sənədlərə əsasən faktiki mehmanxana xərclərinin 1 günlük məbləği ezamiyyə xərclərinin 1 günlük normasının cədvəldəki əlavələr nəzərə alınmaqla, 60 faizindən çox olduğu hallarda, həmin fərq mehmanxana günləri üçün ezamiyyə xərclərinə əlavə xərc olaraq ödənilir. Bu qayda ilə mehmanxanada yerləşdirilən həmin rəsmi nümayəndə heyətinin digər üzvlərinin ezamiyyə xərcləri təqdim olunmuş sənədlər əsasında müvafiq ölkələr üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin 1 günlük normasından 1,5 dəfədən çox olmamaq şərtilə ödənilir.

3. Cədvəldə göstərilən rəhbər işçilər onlar üçün müəyyən edilmiş əlavələrdən yalnız birini almaq hüququna malikdirlər.

  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının S İ Y A H I S I 

1. Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 3, maddə 220, 7 maddə 514; 2002-ci il, 7, maddə 453; 2003-cü il, 9, maddə 532; 2004-cü il, 12, maddə 1068; 2005-ci il, 6, maddə 547, 10, maddə 986; 2006-cı il, 4, maddə 383) 7-ci bəndi istisna olmaqla.

2. Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 26 iyul tarixli 127 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 7, maddə 514).

3. Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş Rəhbər işçilərin ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərcləri normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası na əlavə edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20 iyul tarixli 115 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 7, maddə 453).

4. Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş Rəhbər işçilərin ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərcləri normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası na əlavə edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 26 sentyabr tarixli 125 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 9, maddə 532).

5. Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 dekabr tarixli 187 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 12, maddə 1068).

6. Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarına əlavə edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 iyun tarixli 111 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 6, maddə 547).

7. Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarına dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 oktyabr tarixli 193 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 10, maddə 986).

8. Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 mart tarixli 66 nömrəli qərarına dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 24 aprel tarixli 115 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 4, maddə 383).

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1.       13 iyun 2008-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 6, maddə 589)

2.       24 dekabr 2008-ci il tarixli 280 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 12, maddə 1118)

3.       25 yanvar 2011-ci il tarixli 15 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 1, maddə 66)

4.       20 sentyabr 2011-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 9, maddə 854)

5.       26 fevral 2013-cü il tarixli 28 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 02, maddə 197)

6.       14 oktyabr 2013-cü il tarixli 304 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 10, maddə 1222)

7.       13 avqust 2015-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 8, maddə 962)

8.       7 mart 2018-ci il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Xalq qəzeti 11 mart 2018-ci il, 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 3, maddə 592)

9.       20 iyun 2018-ci il tarixli 269 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Xalq qəzeti, 22 iyun 2018-ci il, 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1368)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

[1] 20 iyun 2018-ci il tarixli 269 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Xalq qəzeti, 22 iyun 2018-ci il, 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1368ilə 1-ci hissədə 65,0 rəqəmləri 90,0 rəqəmləri ilə,50,0 rəqəmləri 70,0 rəqəmləri ilə və 45,0 rəqəmləri 65,0 rəqəmləri ilə əvəz edilmişdir.

 

[2] 20 sentyabr 2011-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 1-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 35,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 25,0 manat, respublika tabeli digər şəhərlərdə 20,0 manat, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 15,0 manat müəyyən edilsin.

 

[3] 20 sentyabr 2011-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 9, maddə 854) ilə yeni məzmunda 1-1-ci hissə əlavə edilmişdir.

 

[4] 26 fevral 2013-cü il tarixli 28 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 02, maddə 197) ilə 3-cü hissədə Rəhbər işçilərin sözlərindən sonra xarici ölkələrə sözləri əlavə edilmişdir.

 

[5] 20 sentyabr 2011-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 9, maddə 854) ilə 6-cı hissədə 5,0 rəqəmi 10,0 rəqəmi ilə əvəz edilmişdir.

20 iyun 2018-ci il tarixli 269 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Xalq qəzeti, 22 iyun 2018-ci il, 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1368ilə 6-cı hissədə 10,0 rəqəmləri 15,0 rəqəmləri ilə əvəz edilmişdir.

 

[6] 13 avqust 2015-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 8, maddə 962) ilə 1 nömrəli əlavə - Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları nın 41-ci hissəsində Çernoqoriya sözü Monteneqro sözü ilə əvəz edilmişdir.

 

[7] 13 avqust 2015-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 8, maddə 962) ilə 1 nömrəli əlavə - Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları nın yeni məzmunda 68-1-ci hissə əlavə edilmişdir.

 

[8] 13 avqust 2015-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 8, maddə 962) ilə 1 nömrəli əlavə - Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları nın 41-ci hissəsində 92-ci hissədə Samoa sözü Butan sözü ilə əvəz edilmişdir.

 

[9] 13 avqust 2015-ci il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 8, maddə 962) ilə 1 nömrəli əlavə - Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları nın yeni məzmunda 92-1-ci hissə əlavə edilmişdir.

 

[10] 26 fevral 2013-cü il tarixli 28 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 02, maddə 197) 2 nömrəli əlavə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Rəhbər işçilərin ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası

Sıra -si Rəhbər işçinin vəzifəsi Əlavə
(faizlə)
1
2
3
1.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri; Azərbaycan Respublikası Baş nazirinin müavinləri; Azərbaycan Respublikasının Baş Prokuroru; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman); Azərbaycan Respublikası Hesablama Palatasının sədri, Hesablama Palatası sədr müavini, auditorları; Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının sədri; Azərbaycan Respublikası Milli Məclisinin deputatları; Azərbaycan Respublikası Milli Məclis Aparatının rəhbəri, Azərbaycan Respublikası Hesablama Palatası Aparatının rəhbəri; Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri; mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının sədri[10]
 
 
 
 
 
50
 
 
 
 
2.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini və hakimləri; Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini; Azərbaycan Respublikası Baş Prokurorunun müavinləri; Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavini və auditorları; Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini; Azərbaycan Respublikası Apellyasiya məhkəmələrinin sədrləri və sədr müavinləri; Məhkəmə-Hüquq Şurasının üzvləri; ağır cinayətlər məhkəmələrinin sədrləri və sədr müavinləri; mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası sədrinin müavini[10]
 
 
30
 
 
 
 
 
 
 
 
 
3.
Azərbaycan Respublikasının dövlət və hökumət səviyyəsində rəsmi nümayəndə heyətlərinin xarici ölkələrə rəsmi səfərləri ilə bağlı protokol tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar ezam olunan şəxslər
 
 
25

 Qeyd.

Cədvəlin 1-ci bəndində göstərilən şəxslərə xidməti ezamiyyətlər zamanı ezamiyyə xərclərinin 1 günlük normasının 10 faizi məbləğində hər gün üçün nümayəndəlik xərcləri ödənilir. Həmin şəxslərə və diplomatik fəaliyyəti dövründə Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi olanlara, eləcə də Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış hökumətlərarası komissiyaların tərkibinə daxil olan şəxslərə nəqliyyat xərcləri təyyarə üçün biznes klass , dəmiryol qatarları üçün biznes klass və ya 2 yerli kupeli yumşaq vaqon tarifləri ilə ödənilir, bütün digər hallarda nəqliyyat xərcləri təyyarə üçün ekonom klass , dəmiryol qatarları üçün 4 yerli kupeli vaqon tarifləri ilə ödənilir. [10]

Azərbaycan Respublikasının dövlət və hökumət səviyyəsində rəsmi nümayəndə heyətinin rəhbərləri beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə iştirak etmək üçün xarici ölkələrə ezam olunduqda, qəbul edən tərəfin protokol qaydalarına uyğun olaraq mehmanxanada yerləşdirildikdə, ezamiyyə xərcləri təqdim olunmuş sənədlərə əsasən faktiki mehmanxana xərclərinin 1 günlük məbləği ezamiyyə xərclərinin 1 günlük normasının cədvəldəki əlavələr nəzərə alınmaqla 60 faizindən çox olduğu hallarda, həmin fərq mehmanxana günləri üçün ezamiyyə xərclərinə əlavə xərc olaraq ödənilir. Bu qayda ilə mehmanxanada yerləşdirilən həmin rəsmi nümayəndə heyətinin digər üzvlərinin ezamiyyə xərcləri təqdim olunmuş sənədlər əsasında müvafiq ölkələr üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin 1 günlük normasından 1,5 dəfədən çox olmamaq şərti ilə ödənilir.

Dövlət və hökumət nümayəndə heyətinə Azərbaycan Respublikasının Hökuməti adından çıxış etmək səlahiyyəti və ya tapşırığı verilmiş nümayəndə heyətləri aid edilir.

Cədvəldə göstərilən rəhbər işçilər onlar üçün müəyyən edilmiş əlavələrdən yalnız birini almaq hüququna malikdirlər.

 

[11] 7 mart 2018-ci il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Xalq qəzeti 11 mart 2018-ci il, 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 3, maddə 592ilə 2 nömrəli əlavə Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası nın cədvəlində 1-ci hissəyə Məhkəməsinin sözündən sonra , Azərbaycan Respublikası Ali Məhkəməsinin sözləri əlavə edilmişdir.

 

[12] 14 oktyabr 2013-cü il tarixli 304 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 10, maddə 1222) ilə cədvəlin 2-ci hissəsinə Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri sözlərindən sonra , Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin müavinləri, Azərbaycan Respublikası Hesablama Palatasının auditorları sözləri əlavə edilmişdir.

7 mart 2018-ci il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Xalq qəzeti 11 mart 2018-ci il, 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 3, maddə 592ilə 2 nömrəli əlavə Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası nın cədvəlində 2-ci hissədən Azərbaycan Respublikası Ali Məhkəməsinin, sözləri çıxarılmışdır və həmin hissəyə Konstitusiya Məhkəməsisözlərindən sonra , Azərbaycan Respublikasının Ali Məhkəməsi sözləri, Konstitusiya Məhkəməsinin, sözlərindən sonra isəAzərbaycan Respublikası Ali Məhkəməsinin, sözləri əlavə edilmişdir.

 

[13] 14 oktyabr 2013-cü il tarixli 304 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 10, maddə 1222) ilə cədvəlin 3-cü hissəsindən Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavinləri, Azərbaycan Respublikası Hesablama Palatasının auditorları sözləri çıxarılmışdır.

7 mart 2018-ci il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Xalq qəzeti 11 mart 2018-ci il, 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 3, maddə 592ilə 2 nömrəli əlavə Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası nın cədvəlində 3-cü hissədən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin müavinləri, sözləri çıxarılmışdır və həmin hissəyəKonstitusiya Məhkəməsinin sözlərindən sonra , Azərbaycan Respublikası Ali Məhkəməsinin sözləri əlavə edilmişdir.

 

[14] 14 oktyabr 2013-cü il tarixli 304 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 10, maddə 1222) ilə Qeydlər in 1-ci hissəsində dərəcəsi sözü diplomatik rütbəsi və ya vəzifəsisözləri ilə əvəz edilmişdir.