Vergilər nazirinin müavini Qusar rayonunda vətəndaşları qəbul edəcək
Qusar, Quba, Xaçmaz, Şabran rayonları sakinlərinin nəzərinə!
Vergilər nazirinin müavini Sahib Ələkbərov 24 may 2019-cu il tarixində Qusar rayonunda Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: Qusar şəhəri, Füzuli küç.) Qusar, Quba, Xaçmaz, Şabran rayonları sakinlərini qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 21-23 may 2019-cu il tarixlərində Quba rayonunda 3 saylı Ərazi Vergilər İdarəsinə, habelə Qusar, Xaçmaz və Şabran rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

21 may 2019, 07:12