Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Vergilər nazirinin müavini Qusarda vətəndaşları qəbul edib

Mayın 24-də vergilər nazirinin müavini Sahib Ələkbərov Qusar rayonundakı Vergi ödəyicilərinə xidmət mərkəzində Qusar,  Quba və Xaçmaz rayonlarından olan  vətəndaşları qəbul edib.

Qəbulda vergi ödəyicilərinin öz fəaliyyətlərini şəffaf şəkildə qurmalarına mane olan amillər, vergilərin hesablanması, ödənilməsi, e-qaimələrin tətbiqi, vergi borcları, vergi orqanlarında işlə təminat, vergi uçotu, habelə vergi inzibatçılığı sahəsində qarşılaşdıqları bir sıra məsələlər qaldırılıb.

Vətəndaşların müraciətləri dinlənilib, onların bəziləri yerindəcə həll olunub, digərləri barədə nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar verilib.