Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Vergilər naziri Zaqatalada vətəndaşları qəbul edəcək

Zaqatala, Balakən və Qax rayon sakinlərinin nəzərinə!

Vergilər naziri Mikayıl Cabbarov 21 iyun 2019-cu il tarixində Zaqatala şəhərində yerləşən 13 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Zaqatala şəhəri, Nizami küç. 1) Zaqatala, Balakən və Qax rayonlarından olan sakinləri qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 18-20 iyun 2019-cu il tarixlərində Zaqatala şəhərində fəaliyyət göstərən 13 saylı Ərazi Vergilər İdarəsinə, habelə Balakən və Qax şəhərlərində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.