Vergilər nazirinin müavini Qax rayonunda vətəndaşları qəbul edəcək
Qax, Zaqatala və Balakən rayonları sakinlərinin nəzərinə!
Vergilər nazirinin müavini Mətin Eynullayev 22 iyul 2019-cu il tarixində Qax rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: H.Əliyev prospekti) Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 16-19 iyul 2019-cu il tarixlərində Zaqatala rayonunda 13 saylı Ərazi Vergilər İdarəsinə, habelə Qax və Balakən rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.azelektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

16 iyul 2019, 13:54