Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər Nazirliyində görüş keçirilib

İyulun 15-də vergilər naziri Mikayıl Cabbarovun İsrailin Vergi Orqanının baş direktoru cənab Eran Yaakov ilə görüşü keçirilib.

Görüşdə qonağa Azərbaycanın vergi sistemində aparılan islahatlar barədə məlumat verilib, ölkələrin vergi qurumları arasında ikitərəfli əməkdaşlıq və təcrübə mübadiləsi müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün cənab Eran Yaakov Vergilər Nazirliyinin Çağrı Mərkəzində olub, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin fəaliyyəti və kommersiya hüquqi şəxslərin “Bir Pəncərə” qeydiyyat sisteminin iş prinsipi ilə də tanış olub.