Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib

İyulun 19-da vergilər naziri Mikayıl Cabbarov Qəbələdə 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib.

Qəbulda Qəbələ, İsmayıllı, Oğuz, Zaqatala, Balakən və Qax rayonlarından olan sakinlər iştirak ediblər. Qəbulda vətəndaşlar, əsasən, yaranmış vergi borcları, vergi orqanlarında işlə təminat, vergi uçotunun aparılması və e-qaimələrin tətbiqi, kənd təsərrüfatı məhsullarının ixracı, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi sahəsində qarşılaşdıqları məsələlərlə əlaqədar müraciət ediblər.

Vətəndaşların müraciətləri dinlənilib və nazirliyin struktur bölmələrinə aidiyyatı tapşırıqlar verilib.