Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edib

Avqustun 22-də Vergilər nazirinin müavini Sahib Ələkbərov Qobustan şəhərindəki Vergi ödəyicilərinə xidmət mərkəzində  Qobustan, Şamaxı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbulda vergi qanunvericiliyinin tətbiqi, kənd təsərrüfatı sahəsində uçotun aparılması, vergilərin hesablanması və ödənilməsi, vergi borcları, əmək münasibətləri sahəsində şəffaflığın təmin olunması, vergi orqanlarında işə qəbul, habelə vergi inzibatçılığı sahəsində vergi ödəyicilərinin qarşılaşdıqları bir sıra məsələlər qaldırılıb, kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı Şamaxıda start verilmiş pilot layihə çərçivəsində vergi ödəyicilərində yaranan suallar cavablandırılıb.

Vətəndaşların qaldırdığı məsələlərin bəziləri yerindəcə həll olunub, digərləri barədə nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar verilib.