Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Vergilər nazirinin müavini Cəlilabadda vətəndaşları qəbul edəcək

Cəlilabad, Lənkəran, Astara, Lerik, Masallı və Biləsuvar rayon sakinlərinin nəzərinə!

Vergilər nazirinin müavini Mətin Eynullayev 23 sentyabr 2019-cu il tarixində Cəlilabad şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Heydər Əliyev prospekti) Cəlilabad, Lənkəran, Astara, Lerik, Masallı və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 16-19 sentyabr 2019-cu il tarixlərində 6 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Cəlilabad, Astara, Lerik, Masallı və Biləsuvar rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.