Vergilər Nazirliyinin 1 dekabr 2017-ci il və 30 aprel 2018-ci il tarixli elanları əsasında dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqə üzrə uğur qazanmış namizədlər tərəfindən təqdim olunmalı sənədlərin siyahısı
Vergilər Nazirliyinin 1 dekabr 2017-ci il və 30 aprel 2018-ci il tarixli elanları əsasında dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqə üzrə uğur qazanmış namizədlər Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları"nın 11-ci bəndinə müvafiq olaraq aşağıda qeyd olunan sənədləri 13-17 avqust 2018-ci il tarixlərdə Vergilər Nazirliyinin inzibati binasına təhvil verilməsini təmin etməlidirlər:
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Tərcümeyi-hal (blank Vergilər Nazirliyi tərəfindən verilir);
- Kadrların şəxsi uçot vərəqəsi (blank Vergilər Nazirliyi tərəfindən verilir);
- 4x6 ölçüdə 2 ədəd, 9x12 ölçüdə 1 ədəd ağ fonda kağız daşıyıcıda və 3x4 elektron daşıyıcıda (kişilər kostyumda və qalstukda) fotoşəkil;
- Ali təhsil barədə diplomun notarial qaydada təsdiq olunmuş surəti (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada notarifikasiya olunmalıdır);
- Əmək kitabçasının təsdiq olunmuş surəti (son iş yeri barədə qeyd olması şərti ilə) və ya əmək fəaliyyətinin olmadığı haqqında arayış;
- Yaşadığı yerin poliklinkasından sağlamlıq barədə arayış;
- Narkoloji dispanserindən qeydiyyatda olub-olmama barədə arayış;
- Yaşadığı ünvan və ailə tərkibi barədə arayış;
- Nikah və ya boşanma haqqında şəhadətnamənin, uşaqların doğum haqqında şəhadətnamələrin surətləri;
- Hərbi biletin qeyd aparılmış bütün vərəqlərinin surəti.
Qeyd: Kadrların şəxsi uçot vərəqəsi və tərcümeyi-hal blankını 13 avqust 2018-ci il tarixdən etibarən nazirliyin inzibati binasından götürə bilərlər.