Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər nazirinin müavini Bərdədə vətəndaşları qəbul edəcək

Bərdə, Yevlax, Şəki, Ağdam, Tərtər rayonlarının və Mingəçevir şəhər sakinlərinin nəzərinə!

Vergilər nazirinin müavini Mətin Eynullayev 21 oktyabr 2019-cu il tarixində Bərdə şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Bərdə şəhəri, A.Məmmədov küçəsi) Bərdə, Yevlax, Şəki, Ağdam, Tərtər rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 14-17 oktyabr 2019-cu il tarixlərində 11 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Bərdə, Şəki və Tərtər rayon, habelə Mingəçevir şəhər vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.