Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İqtisadiyyat naziri İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

  İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Dövlətinin Azərbaycandakı səfiri Dan Stavı fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Səfirlə əməkdaşlıqdan məmnunluğunu ifadə edən nazir gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

  Görüşdə, həmçinin, “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyətindən irəli gələn məsələlərə toxunulub. Bildirilib ki, Birgə Komissiyanın fəaliyyəti çərçivəsində hər iki ölkə arasında prioritet sahələr üzrə əməkdaşlıq istiqamətində konkret layihə və təşəbbüslər müzakirə olunub, əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri təhlil edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.