Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər nazirinin müavini Siyəzəndə vətəndaşları qəbul edib

Noyabrın 27-də Vergilər nazirinin müavini Sahib Ələkbərov Siyəzən şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Abşeron, Siyəzən rayonlarından və Sumqayıt şəhərindən olan sakinlər iştirak ediblər. Qəbula gələn vətəndaşlar, əsasən, vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi, vergi borcları, vergi orqanlarında işə qəbul, vergi uçotu, habelə digər məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri dinlənilib, bəziləri yerindəcə həll olunub, digər məsələlər barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.