Vergilər nazirinin birinci müavini Tovuzda vətəndaşları qəbul edəcək
Tovuz, Şəmkir, Gədəbəy, Qazax və Ağstafa rayon sakinlərinin nəzərinə!
Vergilər nazirinin 1-ci müavini Sahir Məmmədxanov dekabrın 11-də Tovuz rayonunda fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Abulbəyli kəndi, Nizami klubunun yanı) Tovuz, Şəmkir, Gədəbəy, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 5-9 dekabr 2019-cu il tarixlərində Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinə, Tovuz, Gədəbəy, Qazax və Ağstafa rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

5 dekabr 2019, 11:59