Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Vergilər nazirinin müavini Saatlıda vətəndaşları qəbul edəcək

Saatlı, Hacıqabul, Salyan, Neftçala, Sabirabad rayonlarının və Şirvan şəhər sakinlərinin nəzərinə!

Vergilər nazirinin müavini Mətin Eynullayev dekabrın 18-də Saatlı şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Q.Qarayev küçəsi, 5) Saatlı, Hacıqabul, Salyan, Neftçala, Sabirabad rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 10-13 dekabr 2019-cu il tarixlərində Şirvan şəhərində fəaliyyət göstərən 5 saylı Ərazi Vergilər İdarəsinə, habelə Saatlı, Hacıqabul, Salyan, Neftçala və Sabirabad rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.