Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

“Vergi könüllüləri”nə sertifikatlar təqdim edilib

Vergilər Nazirliyində vergi orqanlarının müxtəlif strukturlarında könüllü fəaliyyət göstərən şəxslərə sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Ölkədə könüllülük hərəkatının geniş vüsət aldığı, “vergi könüllüləri”nin də bu prosesin aktiv üzvləri olduğu qeyd edilən tədbirdə bildirilib ki, vergi orqanlarında könüllü fəaliyyətin elan edildiyi gündən bəri nazirliyə çoxsaylı müraciətlər daxil olub, Bakıda və regionlarda yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 50-dən çox şəxs könüllü fəaliyyətə cəlb edilib.

Tədbirdə çıxış edən könüllülər fəaliyyət göstərdikləri dövr ərzində iş prosesi ilə bağlı öz təəssüratlarını bölüşüb, rastlaşdıqları məsələlər barədə məlumat verib və vergi orqanlarında könüllü fəaliyyətə dair təkliflərini səsləndiriblər.

Sonda könüllülərə sertifikatlar təqdim edilib, onlara gələcək işlərində uğurlar arzulanıb.