Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan nümayəndə heyəti Gürcüstanın Baş Naziri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə görüşüb.

Görüşdə Gürcüstanın dost Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğu, hər iki ölkənin iştirakı ilə həyata keçirilən layihələrin xalqlarımızın rifahına, bütövlükdə regionun inkişafına xidmət etdiyi, strateji tərəfdaşlığı daha da möhkəmləndirdiyi vurğulanıb. Görüşdə Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrində ölkələrimizin fəal əməkdaşlığı qeyd edilib, tərəfdaşlıq əlaqələrinin genişləndiyi diqqətə çatdırılıb.

Tərəflər Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin inkişafı istiqamətlərinə, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparıblar.

AZƏRTAC