Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

CIAT vergi administrasiyalarının təkmilləşdirilməsi, ictimaiyyət tərəfindən qəbul edilməsi və institusional güclənməsinə kömək və beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsini təşviq edərək milli hökumətlərin bu sahədə göstərdikləri səyləri dəstəkləyir. CIAT vergi administrasiyalarının modernləşdirilməsi və gücləndirilməsinə xüsusi texniki yardım göstərən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Təşkilat 1967-ci ildə yaradılıb. Vergi saxtakarlıqlarının bütün formaları, vergidən yayınma hallarının qarşısının alınması və mübarizə aparılması, eləcə də könüllü əməletmə vərdişlərinin möhkəmləndirilməsi sahəsində Mərkəz bütövlük, şəffaflıq və etik davranış qaydaları kimi dəyərləri təşviq edir və ölçülə bilən nəticələrin əldə olunması üçün fəaliyyət göstərir. 

Mərkəz üzv ölkələr arasında qarşılıqlı yardım və əməkdaşlığı aşağıdakı yollarla təşviq edir:

  • Texniki əməkdaşlıq tədbirləri ilə üzv ölkələrin xüsusi ehtiyac və marağına cavab verən ixtisaslaşmış texniki yardım proqramlarının hazırlanması;
  • Baş Assambleya, texniki konfranslar, nəşr və digər vasitələrlə vergi sistemləri və administrasiyaları üçün olan layihələrin və tədqiqatların təşviq edilməsi, müvafiq məlumatların vaxtında yayılması, təcrübə və ideya mübadiləsinin dəstəklənməsi.

CIAT vergi administrasiyalarının möhkəmləndirilməsi sahəsində üzv ölkələrin öhdəliklərini təmsil edir. Mərkəz Panama Respublikasının Panama şəhərində yerləşir və onun rəsmi dilləri ispan, ingilis, portuqal və fransız dilləridir. Hazırda təşkilata 42 ölkə üzvdür. Bununla yanaşı, təşkilatın 4 assosiativ üzvü (Anqola, Nigeriya, Mərakeş və Hindistan) var. 
.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşları Təşkilatın 2012-ci ildə Amsterdamda keçirilən Texniki Konfransında, habelə 2015-ci ildə Romada keçirilən Texniki Konfransında, 2016-cı ildə Amerika Birləşmiş Ştatlarının Florida ştatının Mayami şəhərində Texniki Konfransında iştirak etmişdirlər. Həmçinin, CIAT-ın İcraçı Katibi Marsio Verdi 2015-ci ilin 9-10 fevral tarixlərində Bakıda keçirilən 4-cü Vergi Forumunda iştirak etmişdir. Bununla yanaşı qeyd etmək lazımdır ki, 24-26 oktyabr 2018-ci il tarixində vergilər naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Lissabon şəhərində keçirilən və IOTA, CIAT və Portuqaliyanın Vergi və Gömrük Administrasiyası tərəfindən təşkil edilən Rəqəmsal İqtisadiyyata dair Vergi Sammitində iştirak etmişdir.