Nazirlik
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciətlər
Əlaqə

Kommersiya hüquqi şəxslərin qeydiyyatı sahəsində müxtəlif ölkələrdə aparılan işlərlə yaxından tanış olmaq, həmin ölkələrin aidiyyəti orqanları ilə bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi və qeydiyyatla bağlı prosedurların bundan sonra da təkmilləşdirilməsində Korporativ Qeydiyyatçılar Forumunun (CRF) xüsusi əhəmiyyəti vardır. 

CRF kommersiya qeydiyyatçılarının xidmətlərinin yaxşılaşdırılması və qeydiyyat sahəsində müxtəlif ölkələrin aidiyyəti orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə 2003-cü ildə Yeni Zelandiyanın Okland şəhərində təsis edilmiş və hazırda qeydiyyat sahəsində geniş təcrübəyə malik olan Sinqapur, Yeni Zelandiya, Avstraliya və Kanada kimi ölkələr də daxil olmaqla üzv ölkələrin qeydiyyatla məşğul olan 60 qurumunu birləşdirir. Forumun əsas məqsədi nümayəndələrin beynəlxalq korporativ biznes qeydiyyatı sahəsində son yeniliklərlə tanış edilməsi və korporativ biznes qeydiyyatı sistemlərinin hazırkı və gələcək əməliyyatlarına dair təcrübə və məlumat mübadiləsinin aparılmasıdır. CRF üzvləri əsasən Asiya-Sakit okean hövzəsinin ölkələri, eləcə də bəzi Avropa və Afrika ölkələridir. Hazırda Korporativ Qeydiyyatçılar Forumunun Prezidenti Avstraliyanın Qiymətli Kağızlar və İnvestisiyalar Komissiyasının baş icraçı direktoru xanım Rosanna Bell, təşkilatın Katibi isə Yeni Zelandiyanın Qeydiyyat İdarəsinin Qeydiyyat Xidmətləri Meneceri Maykl Brosnahandır.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi 26 noyabr 2012-ci il tarixində yekdilliklə Korporativ Qediyyatçılar Forumunun (CRF) tam hüquqlu üzvlüyünə qəbul edilmişdir. Vergilər Nazirliyinin əməkdaşları CRF-in 9-12 may 2011-ci il tarixində Sinqapur Respublikasının paytaxtı Sinqapur şəhərində 7-ci illik Konfransında, 13-17 fevral 2012-ci il tarixində Hindistan Respublikasının paytaxtı Dehli şəhərində keçirilən 8-ci illik Konfransında və 8-14 may 2016-cı il tarixində Uelsin paytaxtı Kardiff şəhərində keçirilən ECRF ilə Birgə Konfransında iştirak etmişlər.

Faydalı link:

https://www.corporateregistersforum.org/