Dövlət büdcəsinə vergi daxilolmalarının təmin olunması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığında həyata keçirilən islahatlar və vergi nəzarətinin təkmilləşdirilməsi, vergi uçotunun düzgün qurulması istiqamətində 2019-cu ilin 9 ayı ərzində görülən işlər nəticəsində “kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin şəffaflaşdırılması prosesinin sürətləndiyi müşahidə edilir.
Ətraflı məlumatOktyabrın 21-də Vergilər nazirinin müavini Mətin Eynullayev Bərdə şəhərində Bərdə, Yevlax, Şəki, Ağdam, Tərtər rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edib.
Ətraflı məlumatOktyabrın 17-də Vergilər naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp ilə görüşüb.
Ətraflı məlumatHacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı rayon və Şirvan şəhər sakinlərinin nəzərinə! Vergilər nazirinin müavini Sahib Ələkbərov 24 oktyabr 2019-cu il tarixində Hacıqabul şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, 15) Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.
Ətraflı məlumatVergilər naziri Mikayıl Cabbarov Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə görüşüb.
Ətraflı məlumatOktyabrın 11-də Masallıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması işlərinin təşkili məsələlərinə həsr olunmuş zona müşavirəsi keçirilib. Tədbirdə ölkəmizin cənub bölgəsində yerləşən rayonların icra hakimiyyətlərinin rəhbər vəzifəli şəxsləri, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının, qəsəbə, kənd icra nümayəndəliklərinin və bələdiyyələrin rəhbərləri iştirak ediblər.
Ətraflı məlumatKustar üsulla hazırlanmış araq məhsullarının tərkibinin toksikoloji normalara cavab vermədiyi müəyyən edilib Xəbər verdiyimiz kimi, sentyabrın 26-da keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Ağstafa rayonunun Həsənsu kəndində yerləşən, fiziki şəxs İsmayılov Arzu Aydın oğluna məxsus istehsal obyektində 4955 ədəd saxta aksiz markaları olan rulonlar və saxta aksiz markaları ilə markalanaraq satış məqsədilə saxlanılmış 1036 ədəd müxtəlif adda kustar üsullarla hazırlanmış alkoqollu içkilər aşkar edilib.
Ətraflı məlumatVergilər naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi siyasəti və inzibatçılığı mərkəzinin Qlobal əlaqələr və inkişaf şöbəsinin rəhbəri Ben Dikinson ilə görüşüb.
Ətraflı məlumatOktyabrın 8-də Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Azərbaycan Respublikası Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Avrasiya ölkələri üçün Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” layihəsinə (BEPS) həsr olunmuş 5-ci regional iclas öz işinə başlayıb.
Ətraflı məlumatVergilər nazirinin birinci müavini Sahir Məmmədxanov 15 oktyabr 2019-cu il tarixində Masallı şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad, Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.
Ətraflı məlumatVergilər Nazirliyi vergi ödəyiciləri tərəfindən vergilərin düzgün hesablanması və hesablanmış vergilərin tam və vaxtında dövlət büdcəsinə köçürülməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Ətraflı məlumatVergilər Nazirliyi ölkə ərazisində aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların istehsalı və satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Ətraflı məlumatVergi sahəsində dəyişikliklər, habelə mövcud qanunvericilik, vergi inzibatçılığı və xidmətlər barədə əsas məlumat və kommunikasiya alətlərindən biri olan Vergilər Nazirliyinin rəsmi internet saytının yenilənmiş versiyası istifadəyə verilib.
Ətraflı məlumatSentyabrın 23-də Vergilər nazirinin müavini Mətin Eynullayev Cəlilabad şəhərində Cəlilabad, Lənkəran, Astara, Lerik, Masallı və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edib.
Ətraflı məlumatSentyabrın 20-də Vergilər nazirinin müavini Sahib Ələkbərov Qazax şəhərində Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edib.
Ətraflı məlumatSentyabrın 20-də Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Beyləqan şəhərində yerləşən 8 saylı Ərazi Vergilər İdarəsində vətəndaşları qəbul edib.
Ətraflı məlumatSentyabrın 19-da Vergilər naziri Mikayıl Cabbarov BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə Regionu üzrə Prezidenti Harri Counsu qəbul edib. Görüşdə BP şirkətinin Azərbaycanda həyata keçirdiyi cari əməliyyatlar, gələcək layihələr və Azərbaycanda bərpa olunan enerji mənbələri barədə məsələlər müzakirə edilib.
Ətraflı məlumatSentyabrın 19-da Qazaxda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması işlərinin təşkili məsələlərinə həsr olunmuş zona müşavirəsi keçirilib. Tədbirdə ölkəmizin qərb bölgəsində yerləşən rayonların icra hakimiyyətlərinin rəhbər vəzifəli şəxsləri, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının, qəsəbə, kənd icra nümayəndəliklərinin və bələdiyyələrin rəhbərləri iştirak ediblər.
Ətraflı məlumatSentyabrın 19-da Vergilər naziri Mikayıl Cabbarov İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Müriel Peneveyre və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ətraflı məlumat