Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.
Güvənilir vebsaytların siyahısıƏlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.
İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.
Ətraflı məlumat
Bu gün Bakıda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi açılıb və “Dördüncü sənaye inqilabında trendlər” mövzusunda tədbir keçirilib.
Ətraflı məlumat
Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri qanunvericiliklə nəzərdə tutulan müddətlərdə təqdim etdikləri bəyannamələrlə eyni gündə vergi ili üzrə kreditor və debitor borcları barədə müəyyən edilmiş formada məlumatı elektron qaydada vergi orqanına təqdim etməlidir.
Ətraflı məlumat
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin BYD şirkətinin Avropa üzrə icraçı direktoru İsbrand Ho ilə görüşüb. Nazir Azərbaycanın Çinlə əlaqələrə böyük önəm verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 25 fevral 2022-ci il tarixdə “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda sahibkarların iştirakı ilə videoformatda Forum keçiriləcək.
Ətraflı məlumat
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Roseximbank”ın İdarə Heyətinin sədri Azər Talıbovla görüşüb.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının nəzdindəki bank nümayəndələrindən ibarət Ekspert Qrupunun birgə iştirakı ilə görüş keçirilib.
Ətraflı məlumat
Məcəlləyə edilmiş dəyişikliklərdən biri də 2022-ci il 1 yanvar tarixindən etibarən, təsərrüfat subyektinin (obyektinin) vergi orqanlarında uçota alınmamasına və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə isə 400 manat məbləğində maliyyə sanksiyası tətbiqinin nəzərdə tutulmasıdır.
Ətraflı məlumat
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı “Dövlət rüsumu haqqında” Qanuna və digər qanunvericlik aktlarına da müvafiq dəyişikliklər olunub.
Ətraflı məlumat
Məlum olduğu kimi, 1 yanvar 2020-ci ildən etibarən ƏDV tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxt hesab olunduğundan səmərəli vergi nəzarəti mexanizminin qurulması məqsədilə ƏDV ödəyicilərinin bank hesabları üzrə aparılmış əməliyyatlar barədə məlumatların aylıq olaraq əldə edilməsi həyata keçirilir.
Ətraflı məlumat
Əmək müqaviləsinin bağlanmamasına görə işəgötürən fiziki və hüquqi şəxslər hansı sanksiyalara məruz qala bilər? Məsələyə İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Radil Fətullayev aydınlıq gətirir.
Ətraflı məlumat
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Iveco Truck & Bus” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Roman Smirnovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ətraflı məlumat
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər nəzərə alınmaqla maarifləndirici flayerlər hazırlanıb və qurumun rəsmi internet səhifəsində yerləşdirilib.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində edilmiş dəyişikliklər və onların əsaslandırmasını ictimaiyyətin diqqətinə çatdırmaqda davam edir. Məcəllədə edilmiş növbəti dəyişiklik xarici nəzarət olunan müəssisələrin Azərbaycan Respublikasında vergiyə cəlb olunması ilə bağlıdır.
Ətraflı məlumat
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Elnur Əliyev iqtisadiyyat nazirinin birinci müavini, Rövnəq Abdullayev isə iqtisadiyyat nazirinin müavini təyin olunub.
Ətraflı məlumat
Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər nəzərə alınmaqla maarifləndirici bukletlər hazırlanıb və qurumun rəsmi internet səhifəsində yerləşdirilib.
Ətraflı məlumat
Fevralın 11-də - "Vergi xidməti işçilərinin peşə bayramı günü"ndə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə qızılgül dəstələri düzüblər.
Ətraflı məlumat
Əmək müqaviləsinin bağlanması işçinin kredit və xüsusən də ipoteka krediti alma imkanlarına necə təsir edir? Məsələyə maliyyə məsləhətçisi Vüqar Mirheydərov aydınlıq gətirir.
Ətraflı məlumat
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə görüşüb. İqtisadiyyat naziri türk dövlətləri arasında əlaqələrin inkişafında ortaq tarix, mədəniyyət və dəyərlərin, ölkələrimizin təmsil olunduğu qurumların, xüsusilə Türk Dövlətləri Təşkilatının mühüm rolunu vurğulayıb.
Ətraflı məlumat
2021-ci ildə vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 283.749 şəxs qəbul edilib, onlara 505.251 sayda xidmət göstərilib, 1642 vergi ödəyicisinin iştirakı ilə 105 görüş keçirilib, 5466 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.
Ətraflı məlumat