Fevralın 4-də vergi orqanlarında talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə könüllü qanvermə aksiyasına start verilib.
Ətraflı məlumatYanvarın 23-də Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi vergilər naziri Mikayıl Cabbarov və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıblar.
Ətraflı məlumatVergilər Nazirliyində ticarət fəaliyyəti ilə məşğul olan aparıcı şirkətlərin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Vergi Məcəlləsində edilmiş dəyişikliklər, ticarət sektoruna dair qanunvericiklikdə təsbit edilmiş yeni tələblər, vergi uçotunun şəffaflaşdırılması və mal dövriyyəsinin sənədləşdirilməsi, dövriyyələrin və əmək münasibətlərinin leqallaşması ilə bağlı məsələlər müzakirə edilib.
Ətraflı məlumatAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hüquqi şəxslərin onlayn dövlət qeydiyyatı sahəsində islahatların aparılmasına dair bir sıra qanunvericilik aktlarına dəyişiklikləri 2018-ci il 28 dekabr tarixində təsdiq edib. 2019-cu ilin əvvəlindən tətbiq olunan bu dəyişikliklərin mahiyyəti və məqsədləri ilə bağlı yanvarın 22-də Vergilər Nazirliyində kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirilib.
Ətraflı məlumatYanvarın 18-də Vergilər Nazirliyi tərəfindən 20 yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunmuş anım mərasimində əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ətraflı məlumatAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın, dürüstlüyün təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı göstərişlərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində, Vergilər Nazirliyi ilə Baş Prokurorluq tərəfindən birgə tədbirlərin görülməsi davam etdirilir.
Ətraflı məlumatVergilər Nazirliyində istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib. Görüşdə 2019-cu ilin yanvar ayının 1-dən Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliklər, vergi uçotunun şəffaflaşdırılması, “kölgə iqtisadiyyatı”nın minumuma endirilməsi, əmək münasibətlərinin leqallaşmasına dair qanunvericiliyin tələbləri ilə bağlı vergi ödəyiciləri məlumatlandırılıb və bu məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Ətraflı məlumatVergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün müsabiqə elan edib. Müsabiqəyə sənədlər elektron ərizə vasitəsilə cari ilin yanvar ayının 31-dən fevral ayının 20-dək qəbul edilir. Müsabiqədə iştirak etmək istəyənlər bu müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar.
Ətraflı məlumatVergilər Nazirliyinin təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə valideyn himayəsindən məhrum olmuş internat məktəblərindən olan şagirdlər üçün Bakı şəhərində yerləşən əyləncə mərkəzlərindən birində maraqlı istirahət proqramı təşkil edilib.
Ətraflı məlumatPrezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun və bu Qanunun tətbiqinə dair Fərmandan irəli gələn məsələlərlə əlaqədar dekabrın 25-də Vergilər Nazirliyində kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirilib. Vergilər nazirinin müavini Sahib Ələkbərov KİV nümayəndələrinə Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin əsas mahiyyəti və 2019-cu ildə həyata keçiriləcək vergi islahatarının başlıca istiqamətləri barədə məlumat verib.
Ətraflı məlumatDövlət başçısının vergidən yayınma hallarına son qoyulması, “kölgə” iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın təmin edilməsi, vergi ödəyicilərində uçotun düzgün aparılması və vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi ilə bağlı göstərişlərinə uyğun olaraq, Vergilər Nazirliyi nəzarət tədbirlərini davam etdirir.
Ətraflı məlumatDekabrın 6-da vergilər naziri Mikayıl Cabbarov İsrailin İnnovasiyalar Qurumunun Beynəlxalq əməkdaşlıq şöbəsinin Asiya-Sakit Okean regionu əməliyyatları üzrə baş direktoru Avi Luvtonla görüşüb.
Ətraflı məlumatDekabrın 7-də vergilər naziri Mikayıl Cabbarov Asiya inkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Nəriman Mannapbekovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ətraflı məlumatDekabrın 4-də vergilər naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionunun Makroiqtisadi, Ticarət və İnvestisiya Qlobal Praktikasının meneceri Sandip Mahacanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ətraflı məlumatVergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinq keçirilib. Brifinqdə Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin əsas məzmunu və 2019-cu ildə həyata keçiriləcək vergi islahatarının başlıca istiqamətləri haqqında kütləvi informasiya vasitələrinin nümayəndələrinə ətraflı məlumat verib.
Ətraflı məlumatVergilər Nazirliyində iqtisadçı-ekspertlərlə görüş keçirilib. Görüşün məqsədi cəmiyyətə, o cümlədən vergi ödəyicilərinə məlumatların tam, dəqiq və dolğun çatdırılması, yaranacaq sualların vaxtında və hərtərəfli cavablandırılması, izahat işlərinin düzgün istiqamətdə qurulması üçün kütləvi informasiya vasitələrinin mütəmadi müraicət etdiyi iqtisadçı-ekspertlərin mövzu barədə ərtaflı məlumatlandırılması, onların sual və təkliflərinin dinlənilməsindən ibarət olub.
Ətraflı məlumatVergilər Nazirliyində Azərbaycan-Litva Hökumətlərarası Komissiyası, Azərbaycan-İsrail və Azərbaycan-Xorvatiya ilə Birgə Komissiyaları üzrə tərəfdaş ölkələrlə əməkdaşlığın səmərəli təşkili və genişləndirilməsi məqsədilə komissiyalara üzv və aidiyyəti dövlət qurumlarının iştirakı ilə hesabat iclası keçirilib.
Ətraflı məlumatNoyabrın 13-də Vergilər Nazirliyində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Naveed Hassan Naqvi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Ətraflı məlumatPortuqaliyanın Lissabon şəhərində keçirilən “Rəqəmsal İqtisadiyyat”a dair Vergi Sammiti çərçivəsində vergilər naziri Mikayıl Cabbarov Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) İcraçı Katibi Migel Silva Pinto ilə görüşüb.
Ətraflı məlumatOktyabrın 24-26 tarixlərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA), Amerikadaxili Vergi Administrasiyaları Mərkəzi (CIAT) və Portuqaliyanın Vergi və Gömrük Orqanının birgə təşkilatçılığı ilə Lissabon şəhərində “Rəqəmsal İqtisadiyyat”a dair Vergi Sammiti keçirilib. IOTA və CIAT-nin üzvləri olan Avropa, Amerika, Asiya və Afrika ölkələrinin 76-dan çox vergi orqanı və 26 müxtəlif təşkilatın nümayəndələrini bir araya gətirən tədbir rəqəmsal iqtisadiyyatın vergi aspektləri, bu sahədə yeniliklər və problemlərə dair fikir və təcrübə mübadiləsinə həsr olunub.
Ətraflı məlumat