Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Ali təhsil müəssisələrində “Yay Təcrübə Proqramı” ilə bağlı təqdimatlar keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ali təhsil müəssisələrində tələbələr üçün elan edilmiş sayca üçüncü “Yay Təcrübə Proqramı”nın təqdimatını təşkil edib. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), ADA Universiteti və Bakı Dövlət Universitetində DVX əməkdaşları ilə tələbələrin görüşləri zamanı proqram barədə ətraflı məlumat verilib və tələbələr üçün vergi mövzusunda təlimlər keçirilib.

200-dən çox tələbənin iştirak etdiyi görüşlərdə İnsan resursları baş idarəsinin əməkdaşları layihənin faydaları, yaratdığı karyera imkanları barədə danışıblar. Eyni zamanda, tələbələr proqrama qoşulmaq üçün tələblər və seçim mərhələləri barədə məlumatlandırılıblar.

28 iyun 2024-cü il tarixdən 30 avqust 2024-cü il tarixədək davam edəcək “Yay Təcrübə Proqramı”nın qeydiyyat mərhələsi aprelin 1-dən 30-dək həyata keçirilir. Proqramda iştirak etmək üçün sənəd qəbulu tecrube@taxes.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır.

Qeyd edək ki, “Yay Təcrübə Proqramı”nın əsas məqsədi tələbələrin bilik və bacarıqlarının artırılmasına, şəxsi inkişafına dəstək verməkdir. Tələbələr təcrübə proqramı vasitəsilə nəzəri biliklərini praktikada tətbiq etmək, vergi sahəsində yeni bilik və bacarıqlar formalaşdırmaq imkanı qazanmaqla yanaşı, proqramı uğurla tamamladıqları halda dövlət vergi orqanlarına daimi işə qəbul üçün dəyərləndirilirlər.

Qeydiyyat və ətraflı məlumat üçün linkə keçid: https://www.taxes.gov.az/az/post/3186