Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.
Güvənilir vebsaytların siyahısıƏlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.
2024-cü ilin yanvar-mart ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 4 milyard 281 milyon 505,1 min manat vergi daxil olub.
Ətraflı məlumat
Ölkədə “ƏDV geri al” layihəsi uğurla tətbiq edilir. 2024-cü ilin yanvar – mart ayları ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 43,8 milyon manatı geri qaytarılıb.
Ətraflı məlumat
2024-cü ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 1 milyon manatdan çox olub.
Ətraflı məlumat
2024-cü il aprelin 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,8 faiz artaraq 768,1 minə çatıb.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Ətraflı məlumat
2024-cü ilin yanvar-mart ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1,3 milyard manatdan çox olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz və ya 127,6 milyon manat artıb.
Ətraflı məlumat
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli Qanunu ilə Vergi Məcəlləsinə bir sıra dəyişikliklərin edildiyini nəzərə alaraq, DVX-nin rəsmi internet saytının “Vergi testi” bölməsində aidiyyəti suallar yenilənib, mövcud sual bazasında müvafiq dəyişikliklər edilib.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) cari ilin aprel ayının 1-dən başlayaraq ali təhsil müəssisələrinin tələbələri üçün iki hissədən ibarət olan sayca üçüncü “Yay Təcrübə Proqramı”na qəbul elan edir. Proqramda iştirak etmək istəyən tələbələr qeyd olunan tarixdən aprelin 30-dək elanda göstərilən qaydada Dövlət Vergi Xidmətinə müraciət etməklə seçim turlarına qoşula bilərlər.
Ətraflı məlumat
İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.
Ətraflı məlumat
İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudani Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Ətraflı məlumat
Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin mart ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 9,2 faiz artaraq 16.935 olub.
Ətraflı məlumat
İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu, SOCAR-ın prezidenti Rövşən Nəcəfi və Azərbaycanın İraqdakı fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədovu qəbul edib.
Ətraflı məlumat
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Ətraflı məlumat
2024-cü ilin fevral ayı ərzində vergi orqanlarına ümumilikdə 32.459 müraciət daxil olub ki, bu da müvafiq dövrü ilə müqayisədə 2,1 faiz azdır. Müraciətlərdən 95,9 faizi ərizə, qalan hissəsi təklif və şikayət olub. 13 müraciətin icrası nəzarətə götürülüb.
Ətraflı məlumat
Üçüncü “Yüksəliş” müsabiqəsinin bilik və bacarıqlarının artırılması məqsədilə İqtisadiyyat Nazirliyində təlim təşkil olunub. Nazirliyin əməkdaşı Ülkər Nəbiyeva tərəfindən müsabiqə qaliblərinə, o cümlədən, müsabiqənin İşçi qrupunun üzvlərinə keçilmiş təlim “Böhran kommunikasiyasının təşkili” mövzusunu əhatə edib.
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Dünya Bankı (DB) arasında “Azərbaycanda vergi islahatları üzrə texniki yardım layihəsi” çərçivəsində əməkdaşlıq davam edir.
Ətraflı məlumat
Cari ilin əvvəlində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) fəaliyyətə başlayacaq seçilmiş könüllülər üçün “Vergi orqanlarında könüllü fəaliyyətin təşkili” mövzusunda videoformat şəklində ümumi təlimlər keçirilib.
Ətraflı məlumat
15.03.2024 və 27.03.2024-cü il tarixləri bir sıra vergi və sığorta haqlarının ödənilməsinin son günüdür!
Ətraflı məlumat
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fiziki şəxslərin və kommersiya hüquqi şəxslərin qeydiyyatı prosesində bulud, açıq açar və “üz tanıma” texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imza olan “SİMA İmza”nın tətbiqinə start verib.
Ətraflı məlumat