Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi borcunuz barədə məlumatı Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng edərək “3” düyməsini seçib öz VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "E-xidmətlər" altbölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.

Bununla yanaşı, vergi, sosial və işsizlikdən sığorta haqqı üzrə borc ilə bağlı məlumat vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməklə, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə edilməklə “İnternet Vergi İdarəsi”ndən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) əldə edilə bilər.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.6-cı maddəsinə əsasən ,1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Güzəşt yalnız həmin şəxslərə aid edilir.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir. Qeyd olunan maddədə hər hansı dəyişiklik edilməmişdir. 

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi. 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Müraciətinizdə Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən elektron alış aktının tətbiqi haqda soruşulduğu qənaətinə gələrək bildiririk ki, edilmiş dəyişikliyə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

İşlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-faktura isə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən, hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend hesab edilir.

Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur və ödəmə mənbəyində vergi tutulmuş dividenddən bir daha vergi tutulmur.

Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır. Buna əsasən, müəssisəniz qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu apardığı halda onun mənfəətindən təsisçiyə ödənilən dividend  vergidən azad edilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci, 106.10-cu və 218-1.1.4-cü maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Məcburi köçkün statusu alan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinə gəlir vergisindən güzəştin tətbiqi ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.14-cü bəndinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məcburi köçkün statusu haqqında vəsiqəsi əsasında müəyyənləşdirilir.

Eyni zamanda, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli 668-IQ nömrəli Qanununun 14-cü maddəsi ilə tənzimlənir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, vətəndaş əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunu itirir.

Bunlarla yanaşı, məcburi köçkün statusu haqqında vəsiqənin hansı müddətə verilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edilə bilər.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur və ödəmə mənbəyində vergi tutulmuş dividenddən bir daha vergi tutulmur.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 1 yanvar 2019-cu il tarixdən gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin ödəyicisi olmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri gəlir (mənfəət) və sadələşdirilmiş vergidən azad edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci, 106.10-cu, 218-1.1.4-cü maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, tikinti və ticarət istisna olmaqla, digər sahələrdə sahibkarlıq fəaliyyəti göstərən şəxslər fəaliyyət göstərdikləri ay üçün 2020-ci il yanvar ayının 1-dən bütün respublika ərazisində minimum aylıq əməkhaqqının 25 faizi məbləğində sosial sığorta haqqı ödəməlidir.

Qeyd olunanlara əsasən, tərəfinizdən minimum aylıq əməkhaqqının 25 faizi miqdarında sosial sığorta haqqı ödənilməlidir.

Əsas: "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

Ümumi qiymət: 4/54
Qiymət ver:

Bildiririk ki, beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti, beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-yə 0 dərəcə ilə cəlb olunur.

Eyni zamanda, beynəlxalq daşıma - yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır.

Qeyd olunanlara əsasən, yüklərin beynəlxalq daşınması Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında hesab olunur və ƏDV-yə bütövlükdə 0 dərəcə ilə cəlb olunur.

Əsas: Vergi Məcəlləsi 13.2.33-cü və 165.1.4-cü  maddələri.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul vakant yerlər yarandıqda Vergilər Nazirliyi tərəfindən elan olunmuş müsabiqə əsasında həyata keçirilir.

Məlumat üçün bildiririk ki, Vergilər Nazirliyi tərəfindən 02.03.2020-ci il tarixində müsabiqə elan edilmiş və elan rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilmişdir. Elanda müsabiqədə iştirak etmək üçün tələb olunan ixtisaslar və digər məlumatlar öz əksini tapmışdır.

Vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqədə iştirak etmək istəyən namizədlər elanda göstərilən müddət ərzində Vergilər Nazirliyinin internet səhifəsində yerləşdirilən elektron ərizə formasını doldurmalıdırlar. Namizəd ərizə formasını doldurub sistemə daxil etdikdən sonra beş gün ərzində ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər.

Vergi orqanlarına işə qəbulla əlaqədar ətraflı məlumatı səhifəmizin “İşə qəbul” bölməsindən, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, “Mənfəət vergisi bəyannaməsi”nin 221.2 “Sığorta haqları” sətrinin  xanalarında göstərilmiş məbləğlərə qanunvericilikdə nəzərdə tutulmuş nisbət ilə işəgötürən tərəfindən ödənilən icbari sosial sığorta ayırmaları göstərilir. Müraciətinizdə qeyd olunan halda 1000 manat Xərclər bölməsinin 221.2 “Sığorta haqları” sətrində əks olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 131-ci maddələri, Azərbaycan Respublikası Vergilər nazirinin 10.01.2020-ci il tarixli 1917040101750800 №-li Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən, dividend -hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.

Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.

Qeyd olunanlara əsasən, təsisçi fiziki şəxs tərəfindən nizamnamə kapitalına qoyulmuş əmlakın geri götürülməsi şəklində əldə edilən gəlir dividend sayılmır və sonradan həmin əmlakın təqdim edilməsi vergi tutulan gəlirlərə aid edilir.

Əsas vəsaitlərin balansa qəbulu qaydaları ilə bağlı ətraflı məlumat üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Ümumi qiymət: 0/50
Qiymət ver:

İnvestisiyaların təşviqinin stimullaşdırılması məqsədilə 2016-cı ildən başlayaraq investisiya təşviqi sənədini almış hüquqi şəxslərin və fərdi sahibkarların həmin sənədi aldığı tarixdən 7 il müddətinə əldə etdikləri mənfəətin (gəlirin) 50 faizi mənfəət (gəlir) vergisindən, bu fəaliyyətdə istifadə etdikləri müvafiq əmlaka görə əmlak vergisindən, istifadə etdikləri torpaqlara görə torpaq vergisindən azad edilmişdir. investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə ƏDV-dən azad edilmişdir.

Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında ikiqat vergiyə cəlbetməyə yol verilməməsi, gəlirlərə və əmlak dəyərinin artımına görə vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında KONVENSİYA bağlanmışdır. Konvensiya ilə saytımızda tanış ola bilərsiniz.

Sorğunuzda qeyd olunan dövrləri əhatə edən, o cümlədən iqtisadi vəziyyət ilə bağlı statistik məlumatların alınması üçün rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran Dövlət Statistika Komitəsinə müraciət etməyiniz məqsədəuyğundur.

Əsas: Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli, 115 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd olunan əsas vəsaiti əldə edərkən, vergi ödəyicisi ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almış və ya almaq hüququna malik olmuşdursa, həmin əsas vəsaitin satışından əldə olunan gəlirlər ƏDV-yə cəlb olunur.
Vergi Məcəlləsinin 159.5-ci maddəsi.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Təmizliyin təmin olunması üzrə xərclər gəlirin əldə olunması ilə bağlı hesab olunmur və gəlirdən çıxılmır.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, qeyd etdiyiniz müraciətə (ID 658) səhifəmizdə ətraflı cavab verilmişdir.
Həmin cavaba əlavə olaraq bildiririk ki, müraciətinizdə qeyd olunan şəxs - Siz,  Azərbaycan Respublikasının qeyri-rezidenti hesab olunursuz. Həmçinin, məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici, tövsiyə xarakterli cavablar verilir.

Əsas: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki və hüquqi şəxslərlə sual-cavab” elektron xidməti üzrə inzibati reqlament.

Ümumi qiymət: 4/57
Qiymət ver:

Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədiyi sığorta haqları müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Həyatın yığım sığortasına yönəldilən gəlirlər işsizlikdən sığorta haqlarından azad olmadığı üçün həmin məbləğ işəgötürən tərəfindən sığortaçıya ödənilərkən işsizlikdən sığorta haqlarına cəlb olunur.

Ümumi qiymət: 4/54
Qiymət ver:

Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən, tərəflər arasında bağlanmış müqavilədə satılan malların alıcıya təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ciddi hesabat blankı ilə rəsmiləşdirilir. Həmin aktın forma və rekvizitlərində göstərildiyi kimi, malların satışı əvvəlcədən sifariş əsasında verildiyi halda həmin aktda elektron qaimə-fakturanın seriya və nömrəsi əks etdirilir. Malların satışı əvvəlcədən sifariş verilmədən (səyyar qaydada, avtomobildən və ya qoşqu vasitələrindən) həyata keçirildiyi hallarda elektron qaimə-faktura malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində təqdim edilir.

Eyni zamanda  elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə — malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58.13-cü ,71-1-ci və 130.1-1-ci maddələri.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, elektron qaimə-fakturalar tərtib edilərkən istifadə olunan mal (iş və xidmət) kodları Azerbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunmuş  “Malların, iş və xidmətlərin kodları”na uyğun təsnifləşdirilir.

Elektron qaimə-fakturaları tərtib etmək üçün nəzərdə tutulan mal (iş və xidmət) kodları İnternet Vergi İdarəsinin “e-Qaimə-faktura” bölməsinin “İstifadəçi təlimatları” hissəsində yerləşdirilmişdir.

Məlumat üçün bildiririk ki, mal kodunin səhv göstərilməsi maliyyə sanksiyasının təbiqinə səbəb olmasa da, yanlış məlumatların təqdim edilməsi kimi dəyərlədirilərək nöqsana yol vermiş şəxsə qarşı nəzarətin gücləndirilməsinə əsas verə bilər.

Ümumi qiymət: 5/52
Qiymət ver: