Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, “Çağrı Mərkəzində SMS vasitəsilə daxil olmuş müraciətlərin SMS ilə cavablandırılması” elektron xidmətinə abunəliyin passivləşdirilməsi üçün “stop” yazılaraq 8195 nömrəsinə SMS göndərilməlidir.

Eyni zamanda, vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Əsas: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çağrı Mərkəzində SMS vasitəsilə daxil olmuş müraciətlərin SMS ilə cavablandırılması” elektron xidməti üzrə inzibati reqlament.

Ümumi qiymət: 4/54
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır.

 “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” (bundan sonra – Meyarlar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Meyarların 2.2-ci bəndinə əsasən dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər qeyri-dövlət sektoruna aid edilir.

Bildiririk ki, dövlət orqanının elan etdiyi tenderdə qalib olmuş Qeyri Hökumət Təşkilatı ilə  tərəflər arasında bağlanmış müqaviləyə əsasən xidmətlərin göstərilməsi və işlərin görülməsinə görə qrantın ayrılması dövlət büdcəsindən maliyyələşmə hesab edilmir. Buna əsasən Qeyri Hökumət Təşkilatı qeyri-dövlət sektoru hesab edilir və  işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi Vergi Məcəlləsinin 101.1-1-ci maddəsində qeyd olunan cədvələ uyğun olaraq güzəştli dərəcələrlə hesablanır.

Müvafiq olaraq həmin şəxslərin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa məbləğin 3 faiz, 200 manatdan çox olduqda 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, elektron qaimə-fakturanın (o cümlədən əvəzləşmə üçün) Oflayn rejimdə hazırlanması üçün xüsusi proqram təminatının (“Elektron Faktura Tərtibatı Proqramı - EFP”) sonuncu versiyasını və digər zəruri proqramları İnternet Vergi İdarəsinin (e-taxes.gov.az) “e-Qaimə-faktura” bölməsinin “Lazımlı proqramlar” altbölməsindən yükləyə, tələb olunan qaimə-fakturaları bu proqram vasitəsilə internetdən istifadə etmədən hazırlaya və paketləyə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, elektron qaimə-faktura üzrə əvəzləşdirmə zamanı istifadə olunan e-qaimə nümunəsini İnternet Vergi İdarəsinin “e-Qaimə faktura” bölməsinin “İstifadəçi təlimatları” altbölməsində “Elektron Qaimə-Faktura fayllarının formatı və nümunələr”i seçməklə əldə edə bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, hüquqi şəxslər tərəfindən mülkiyyətindəki yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması ləğv edilib. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən sonra ƏDV ödəyicisi olan müəssisə tərəfindən  mülkiyyətində olan qeyri-yaşayış sahəsinin digər şəxsə təqdim edilməsindən ümumi qaydada mənfəət vergisi və ƏDV hesablanır.

Əsas: Vergi Məcəlləsi, 104.1-ci, 159.1-ci və 218.4.3-cü maddələr.

Ümumi qiymət: 3/55
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, vergi ödəyicisi kimi qeydiyyata alınmayan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə ödənişlər aparılarkən qeyri-rezidentə ödənilməli olan məbləğə ödənişi həyata keçirən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV hesablanmalı və büdcəyə ödənilməlidir.

Elektron qaydada xidmətlərin göstərilməsi və işlərin görülməsi dedikdə informasiya sistemlərindən istifadə edilməklə xidmətlərin göstərilməsi və işlərin görülməsi, o cümlədən internet şəbəkəsi vasitəsilə elektron kitabların, musiqilərin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi və digər analoji iş və xidmətlər üzrə həyata keçirilən fəaliyyət nəzərdə tutulur.

Azərbaycan Respublikası ərazisində kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad edilmişdir.

Bununla yanaşı, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin müddəalarına əsasən, dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları kütləvi informasiya vasitələri hesab edilir. Çap prosesinin və ya hər hansı surətçıxaran texnikanın vasitəsilə hazırlanmış, birdəfəlik tirajı 100 nüsxədən çox, daimi adı və cari nömrəsi olan, ildə azı on iki dəfə çıxan qəzetlər və ildə azı iki dəfə çap olunan jurnal, toplu, bülleten və başqa dövri nəşrlər dövri mətbu nəşrlərdir. Mətbu nəşrin bir nömrəsinin tirajı, yaxud onun bir hissəsi, teleradio, kinoxronika proqramlarının ayrıca buraxılışı, proqramın audio və ya videoyazısının tirajı, yaxud tirajının bir hissəsi kütləvi informasiya vasitəsinin məhsuludur.

Əsas: Vergi Məcəlləsinin 164.1.7-ci, 168-ci, 169-cu maddələri, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunu

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, məzmun etibarilə dolayı vergi növünə aid edilən əlavə dəyər vergisinin hesablanması və ödənilməsi mexanizmi və prosedurlarına əsasən, ƏDV konkret müəssisənin yükü olmayıb, təkrar istehsal prosesində zəncirvari olaraq istehlakçıların üzərinə keçirilir. ƏDV universal xarakter daşıyaraq istehsal və tədavül prosesinin hər bir mərhələsində alqı və satqı arasındakı fərqdən ödənilən vergi kimi çıxış edir. Vergi ödəyiciləri təchizat zənciri çərçivəsində alınan və növbəti mərhələdə satılan (digər müəssisəyə və ya istehlakçılara) məhsullar və xidmətlər üçün ödənilmiş ƏDV-ni geri ala bilərlər, lakin son istehlakçının ƏDV-ni geri qaytarmaq imkanı olmur.

ƏDV-nin hesablanması zamanı vergi ödəyicisinin büdcə qarşısında olan vergi öhdəliyi ƏDV tutulan dövriyyədən hesablanan verginin məbləği ilə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdən ibarətdir. Vergi Məcəlləsinin 159-cu maddəsi ƏDV-nin vergitutma obyektini, Vergi Məcəlləsinin 175-ci maddəsi isə ödənilmiş verginin əvəzləşdirilməsini tənzimləyən maddələrdir.

Bu baxımdan da ƏDV ödəməklə əldə edilən mallara görə ödənilən vergi məbləği əvəzləşdirildiyi halda və sonradan həmin mallar qeyri-kommersiya məqsədləri üçün istifadə edildikdə onların dəyərinə Vergi Məcəlləsinin 159.5-ci maddəsinin tələblərinə uyğun olaraq ƏDV tətbiq edilməklə əvəzləşdirilən ƏDV məbləği büdcəyə bərpa edilməlidir və həmin məbləğ gəlirdən çıxılan xərclərə aid edilmir.

Ümumi qiymət: 4/510
Qiymət ver:

Bildiririk ki, vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsinə səbəb olan vergi riskinin aradan qaldırılması məqsədi ilə vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq kameral qaydada vergi yoxlaması apara, vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

Müvafiq olaraq vergi orqanına təqdim edilmiş bəyannamələrdə kameral qaydada aparılmış yoxlamalar zamanı müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması üçün əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri (məlumatları) kameral vergi hesablanmasını aparan vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

 

Ümumi qiymət: 3/52
Qiymət ver:

Bildiririk ki, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın  “Əsas” rekvizitində öz əksini tapır.

İşlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-faktura işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin  16.1.11-6.1-ci, 16.1.11-6.2-ci, 16.1.11-6.3-cü maddələrində sadalanan şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək bütün vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.
Müraciətinizdə qeyd olunan, banklar tərəfindən ödənilən üzvlük haqları qarşılığında hər hansı xidmətlər göstərildiyi halda xidmətin alıcılarına elektron qaimə-faktura təqdim edilməlidir.
 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, hüquqi şəxsin yenidən təşkilinin bir forması olan birləşmə həmin hüquqi şəxsin təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Bu zaman hüquqi şəxs yeni yaranan hüquqi şəxsin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır.

Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Təhvil aktı yenidən təşkil haqqında qərar qəbul etmiş təsisçilər (iştirakçılar) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və onda yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəlikləri, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar əks etdirilməlidir.

Həmçinin bildiririk ki, ləğv edilən müəssisənin vergi öhdəlikləri onun hüquqi varisi tərəfindən yerinə yetirildiyi üçün müvafiq cari vergi bəyannamələri təqdim edilir.

Yenidən təşkil edilmiş hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün təqdim edilməli sənədlər ilə bağlı səhifəmizdə yerləşdirilmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları” ilə tanış olaraq məlumat ala, hüquqi şəxslərin birləşməsinin vergitutma məsələləri ilə bağlı isə Vergi Məcəlləsinin 80-ci və 147-ci maddələri ilə tanış ola, aydın olmayan məqamlar barədə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 80-ci və 147-ci maddələri, Mülki Məcəllənin 55-58-ci maddələri.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən ƏDV-in əvəzləşdirilməsi üçün iki hal nəzərdə tutulmuşdur:

-həmin əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) satışı üzrə uçot ayrı-ayrılıqda (ƏDV-dən azad olunan malların satışı üzrə ayrılıqda sənədləşdirilmiş məlumatlar mövcud olduqda) aparıldığı halda ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

-mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar üzrə ayrı-ayrılıqda aparılmadıqda isə ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur.

Əsas: Vergi Məcəlləsinin 164-cü, 175.1-ci və 175.4-cü maddələri.

Ümumi qiymət: 4/57
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikasında akkreditə edilmiş beynəlxalq təşkilatların və xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin yalnız rəsmi istifadəsi, həmçinin, bu nümayəndəliklərin müvafiq statuslu Azərbaycan Respublikasının vətəndaşı olmayan diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mallar və xidmətlərin təqdim edilməsi ƏDV-yə 0 (sıfır) faiz dərəcəsi ilə cəlb edilir. Bu hal o ölkələrə münasibətdə tətbiq edilir ki, həmin ölkələr tərəfindən yuxarıda göstərilən işlərə, xidmətlərə və əməliyyatlara görə ƏDV sıfır (0) dərəcəsi ilə tətbiq edilsin.

Vergi Məcəlləsinin qeyd olunan maddəsinin tətbiqi ilə əlaqədar Nazirlər Kabinetinin 27 mart 2006-cı il tarixli 89 nömrəli Qərarı ilə “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin, bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları” təsdiq olunmuşdur.

Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən, malların və xidmətlərin satışı nümayəndəliklərlə bağlanan mülki-hüquqi əqdlər və digər müqavilələr əsasında həyata keçirildikdə, bu əməliyyatlar zamanı ƏDV-nin sıfır (0) dərəcəsi hər bir konkret nümayəndəliyə münasibətdə qarşılıqlı prinsipə əsasən istisnalar (məhdudiyyətlər) nəzərə alınmaqla, Xarici İşlər Nazirliyi tərəfindən həmin nümayəndəliklərə Qaydaların 1 nömrəli əlavəsinə uyğun verilən Bildirişdə göstərilən qaydada tətbiq edilir.

Malların və xidmətlərin alışı zamanı nümayəndəlik Bildirişin onun tərəfindən təsdiq edilmiş surətini malların və xidmətlərin satışını həyata keçirən vergi ödəyicilərinə təqdim etməlidir. Bildirişin etibarlı olduğu müddət ərzində bildirişdə göstərilən qaydada ƏDV-nin sıfır (0) faiz dərəcəsi tətbiq edilir.

Bildirişin surəti təqdim edilmədikdə isə mallara və xidmətlərə əlavə dəyər vergisinin sıfır (0) faiz dərəcəsi tətbiq edilmir.

Eyni zamanda, bildiririk ki, podratçı tərəfin, əməliyyat şirkətinin və onun subpodratçılarının karbohidrogen fəaliyyətləri ilə bağlı aparılan əməliyyatları malı, işi, xidməti təqdim edən şəxsə alıcı tərəfindən müvafiq sertifikat təqdim olunduğu halda ƏDV sıfır (0) faiz dərəcə ilə cəlb olunur.

Əsas: müxtəlif Sazişlər üzrə “Xarici subpodratçıların vergiyə cəlb olunması haqqında Protokol”lar, Vergi Məcəlləsinin 2.7-ci, 165-ci maddələri, Nazirlər Kabinetinin 27 mart 2006-cı il tarixli 89 nömrəli Qərarı ilə  “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin, bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 12-ci maddəsinin müddəalarına uyğun olaraq, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və vergitutma elementləri, o cümlədən də vergitutma obyekti müəyyən edilmiş olsun.

Həmçinin, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal əlavə dəyər vergisinin vergitutma obyektini təşkil edir.

Vergi Məcəlləsinin 13-cü maddəsində anlayışların izahı, o cümlədən 13.2.8-13.2.11-ci maddələrdə mal, qeyri-maddi aktiv, malların təqdim edilməsi, xidmət (iş) anlayışlarının vergitutma məqsədləri, eyni zamanda Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün izahları verilmişdir.

Belə ki, ƏDV məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal, pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi isə xidmət sayılmır. Yəni pul vəsaiti və torpaq digər şəxsə təqdim olunan zaman ƏDV üçün vergitutma obyekti yaranmır.

Bununla belə, vergitutuma obyektlərini təşkil edən elementlərə bəzi hallarda iqtisadi, sosial və hər hansı digər səbəbdən vergitutma obyekti kimi baxılmır və ya vergitutma obyekti kimi həmin elementdən hesablanmalı olan vergi məbləği müddətli və ya müddətsiz güzəşt edilir.

Qeyd olunanlar barədə daha ətraflı məlumatı vergilərə aid nəzəri mənbələrdən, o cümlədən dərsliklərdən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 12-ci, 13-cü, 159-cu maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsinə əsasən, təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan, təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan, bu Məcəllənin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs daimi yaşayış yeri, həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yer və Azərbaycan Respublikasının vətəndaşlığı meyarlara Azərbaycan Respublikasının rezidenti sayılır.

Vergi Məcəlləsinin 13.2.5.2-ci maddəsinə əsasən, fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır.

Əsas: Vergi Məcəlləsinin 13-cü maddəsi

Ümumi qiymət: 4/510
Qiymət ver:

Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Sorğunuzda qeyd olunan şəxsin ikinci iş yeri dövlət sektoru olarsa, 2500 manatadək 14 faiz, 2500 manatdan artıq olan hissədən 25 faiz dərəcə ilə vergi hesablanır.  İkinci iş yeri müvafiq meyarlara əsasən neft-qaz olmayan və qeyri-dövlət sektoru hesab olunduğu halda 101.1-1–ci maddəyə əsasən, 8000 manata qədər 0 faiz dərəcə ilə, 8000 manatdan artıq məbləğdən 14 faiz dərəcə ilə vergi hesablanır.

Vergi güzəştlərinin əsas iş yerində tətbiq olunduğunu nəzərə alaraq, ikinci iş yerində əldə olunan gəlirdən vergi hər hansı güzəşt tətbiq edilmədən hesablanır.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci, 101.1-2-ci, 102.8-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

Ümumi qiymət: 5/56
Qiymət ver:

Bildiririk ki, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.

Daxilolmalarına nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən həyata keçirilən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsinə görə icarə haqqı ödənilməsi üçün fiziki şəxs yaşadığı yer üzrə vergi orqanında uçota alınaraq VÖEN əldə etməli və həmin torpaqlara görə ödənilməmiş icarə haqlarını dövlət büdcəsinə köçürməlidir.

Dövlət torpaqlarını icarəyə verən torpaq vergisi tədiyəçisi olmadığı üçün icarəyə götürülmüş torpaq sahəsinə görə şəxslər tərəfindən icarə haqqı ilə yanaşı, dövlət büdcəsinə torpaq vergisi də ödənilməlidir.

Müraciətinizdə qeyd olunan digər məsələlər ilə bağlı Kənd təsərrüfatı Nazirliyinə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə və digər aidiyyəti qurumlara müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 33.5-ci (vergi ödəyicilərinin uçotu), 204-cü (torpaq vergisinin ödəyiciləri), 205-ci (torpaq vergisinin vergitutma obyekti) və 208.6-cı (torpaq vergisinin hesablanması və ödənilməsi qaydaları) maddələri, Azərbaycan Respublikasının 11 dekabr 1998-ci il tarixli  587-IQ nömrəli “Torpaq icarəsi haqqında” Qanununun 1-ci və 14-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 nömrəli “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanının 2-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2000-ci il tarixli 226 nömrəli “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Qərarı.

Ümumi qiymət: 3/57
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır.

 “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin Meyarların 2.2-ci bəndinə əsasən, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər qeyri-dövlət sektoruna aid edilir.

Yuxarıda qeyd olunduğu kimi, meyarlar işçilərə deyil, işəgötürənə münasibətdə ayırd edilir və işəgötürən dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşdirilmədiyi halda bütün işçilərin gəlir vergisi güzəştli dərəcə ilə hesablanır. İşəgötürən dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşdirildiyi halda isə işçilərin gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən hesablanır.

Əsas: Vergi Məcəlləsinin 101-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı.

Ümumi qiymət: 5/54
Qiymət ver:

Cavab 1. Vergi Məcəlləsinin 218.5.8-ci maddəsinə əsasən, 10 nəfərdən artıq işçisi olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Həmin şəxslər 1 yanvar 2019-cu il tarixdən gəlir və ya mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Əsas: Vergi Məcəlləsinin 218.5.8-ci maddəsi

Cavab 2. Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən işçilərə ödənilən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar nağdsız qaydada ödənilməlidir.

Müraciətinizdə qeyd olunan hüquqi şəxs istehsal fəaliyyəti ilə məşğul olduğu üçün işçilərə ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar nağdsız qaydada ödənilməlidir.

Əsas: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4.4-cü maddəsi.

Ümumi qiymət: 4/56
Qiymət ver:

Bildiririk ki, emitent tərəfindən fiziki şəxslərə investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində gəlir vergisindən azaddır.

Buna əsasən həmin tarixdən etibarən göstərilən fəaliyyət üzrə əldə olunan mənfəətdən səhmdar fiziki şəxslərə ödənilən dividendlər vergidən azaddır. Qeyd olunan azadolma yalnız fiziki şəxslərə şamil olunur.

Hüquqi şəxslərə ödənilən dividend məbləği isə ümumi qaydada ödəmə mənbəyində vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci və 102.1.22-ci və 102.1.22-1-ci maddələri, Mülki Məcəllənin 997-ci maddəsi.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, fiziki şəxs fəaliyyətinə xitam vermək istədikdə gücləndirilmiş elektron imzası ilə (o cümlədən Asan İmza) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunun ləğv edilməsi üçün ərizə təqdim edə bilər. Bunun üçün İnternet Vergi İdarəsi portalının (www.e-taxes.gov.az) “Onlayn kargüzarlıq” bölməsinə gücləndirilmiş elektron imza vasitəsilə daxil olaraq vergi orqanına müvafiq ərizə təqdim edilməlidir.

Hər hansı səbəbdən ərizəni elektron qaydada təqdim etmək mümkün olmadıqda vergi uçotunun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə təqdim edilə bilər.

Vergi uçotundan çıxarılanadək vergi uçotuna alınma barədə vergi şəhadətnaməsi, vergi uçotuna alındıqdan sonra ləğv edilmə tarixinədək sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyat olduğu halda bu dövr üzrə müvafiq vergi bəyannaməsi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə hesabatlar, sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyat olmadığı halda isə “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” vergi orqanına təqdim edilməli, borc olduğu halda borc ödənilməlidir.

Qeyd edilən prosedurlara əməl edildikdən sonra vergi orqanı vergi ödəyicisini vergi uçotundan çıxararaq VÖEN-i vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirir və vergi ödəyicisinə “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında Bildiriş” göndərir.

Əsas: Vergi Məcəlləsinin 34.5-ci, 34.7.3-cü və 38.3.8-ci maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 19.05.2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”, Vergilər Nazirliyinin Kollegiyasının 27 yanvar tarixli 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament”.

Ümumi qiymət: 5/54
Qiymət ver: