Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
perviz ismayilov is***@mail.ru ID: 995
Salam, hər vaxtınız xeyir. Bizim 40 kv mağazamız fəaliyyət göstərir. Bilmək istəyirik, DSMF ödənişi nə qədərdir? Zəhmət olmasa, məlumat verərdiz.
17/03/2020 Oxunub: 43 Orta qiymət: 0

Bildiririk ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyət göstərdikləri ay üçün minimum aylıq əmək haqqının 50 faizi məbləğində sosial sığorta haqqı ödəməlidir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Renad Bəxşəliyev re***@gmail.com ID: 899
Bildiyimiz kimi son zamanlarda ölkəmizdəki islahatlarla və eyni zamanda vergi məcəlləsindəki dəyişiklərlə əlaqədar olaraq alış sənədi olmadan malsatan fiziki və hüquqi şəxslər mal satarsa riskli vergi ödəyicisi hesab olunacaqlar. Mənim sualım belədir : Binə, Sədərək və bunun kimi bir çox topdansatış mərkəzlərindən mal alıb satan fiziki və hüquqi şəxslər nə etməlidirlər ? Əvvala onu qeyd edim ki, sözügedən bu ticarət mərkəzlərində malların satışı çox ucuz qiymətə satılır və heçbir elektron qaimə təqdim olunmur. Belə halda bu ticarət mərkəzlərindən mal alıb satan fiziki və hüquqi şəxslər necə etməlidirlər ? Əvvəlcədən təşəkkürümü bildirirəm.
17/03/2020 Oxunub: 151 Orta qiymət: 0

Bildiririk ki, riskli vergi ödəyiciləri ilə bağlı məlumatlandırma riskli ödəyicilərin əməliyyatlarının sayının azaldılmasına xidmət edir. Çünki vergi ödəyicisinin riskli vergi ödəyicisi ilə əməliyyatlar aparması onun özü üçün də riskin artması deməkdir. Bu, həm səyyar vergi yoxlaması, həm də digər vergi nəzarəti tədbirlərinin keçirilməsinə əsas ola bilər.

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə əmtəəsiz əməliyyat və riskli vergi ödəyicisi anlayışları gətirilmişdi. Belə ki, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar - əmtəəsiz əməliyyat sayılır. Eyni zamanda Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxslər riskli vergi ödəyicisi hesab ediləcəklər.

Nazirlər Kabineti tərəfindən müvafiq meyarlar təsdiq edildikdən sonra riskli vergi ödəyicisinin meyarları, habelə vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmə mexanizmləri barədə ətraflı məlumat veriləcəkdir.

Həmçinin bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq Vergi Məcəlləsinə uyğun olaraq müəyyən olunan gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Müvafiq olaraq, vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı müvafiq elektron qaimə-faktura verilir, malların sahibkarlıq subyektlərindən alışı qanunvericiliklə müəyyən edilmiş sənədlərlə (elektron qaimə-fakturalar, elektron vergi hesab-fakturalar, idxal gömrük bəyannamələri, müqavilələr və s.) təsdiqlənir, vergi uçotunda olmayan (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) ayrı-ayrı fiziki şəxslərdən alışı “Malların alış aktı” ilə sənədləşdirilir və  həmin aktda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatları (FİN, seriyası və nömrəsi) əks etdirilir.

Eyni zamanda bildiririk ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır. Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Alevtina Muxtarova Əşrəf mu***@mail.ru ID: 898
Salam hörmətli cənablar! Xahiş edirəm aşağıdaki suallarıma cavab verəsiniz. Cəmiyyət göstərdiyi xidmətə görə e-qaiməni tərtib etmə zamahı belə bir bildirişlə qarşılaşıb: "Bu vergi ödəyicisi əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir!" Sual: 1. Bildirişdə qeyd olunan MMC-nə e-qaimə təqdim edilməsinə görə vergiödəyicisi “Əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxslərin” siyahısına aid edilə bilər ? 2. Bele təşkilata e-qaimənin təqdim edilməsinə görə vergiödəyici hər hansı bir məsuliyyət daşıyir?
17/03/2020 Oxunub: 86 Orta qiymət: 0

Bildiririk ki, riskli vergi ödəyiciləri ilə bağlı məlumatlandırma riskli ödəyicilərin əməliyyatlarının sayının azaldılmasına xidmət edir. Çünki vergi ödəyicisinin riskli vergi ödəyicisi ilə əməliyyatlar aparması onun özü üçün də riskin artması deməkdir. Bu, həm səyyar vergi yoxlaması, həm də digər vergi nəzarəti tədbirlərinin keçirilməsinə əsas ola bilər.

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə əmtəəsiz əməliyyat və riskli vergi ödəyicisi anlayışları gətirilmişdi. Belə ki, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar - əmtəəsiz əməliyyat sayılır. Eyni zamanda Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxslər riskli vergi ödəyicisi hesab ediləcəklər.

Nazirlər Kabineti tərəfindən müvafiq meyarlar təsdiq edildikdən sonra riskli vergi ödəyicisinin meyarları, habelə vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmə mexanizmləri barədə ətraflı məlumat veriləcəkdir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Namiq na***@gmail.com ID: 910
Yazıb Sizə bir məsələdə köməklik göstərmənizi xahiş edirik. Tutaq ki, A müəssisəsi (sifarişçi) 2019-cu il üzrə B müəssisəsi (podratçı) ilə tikinti işləri üzrə podrat müqaviləsi bağlamışdır. Müqavilənin dəyəri həmin ildə tam ödənilmiş və müqaviəyə əsasən işlərin cari ilin sonunadək yekunlaşdırılması nəzərədə tutulmuşdur. Lakin müəyyən səbəblərə görə podratçı tərəfindən işlər ilin sonunadək yekunlaşmamış (müqaviləyə çəkilən xərclərin 70% görülmüş), bəzi xərclər növbəti ilə keçmişdir (müqaviləyə çəkilmiş xərclərin 30% növbəti ildə 2020-ci ildə həyata keçirilmişdir). İşlərin yerinə yetilməsinə dair təhvil-təslim aktı (forma 2) müqaviədə nəzərdə tutulan vaxtda imzalanaraq təsdiq edilmişdir. Sual 1.Podratçı təşkilat həmin müqavilə üzrə cari ildə çəkilmiş xərclər nisbətində (70% qədərini) gəlirini müəyyən edib illik mənfəət vergisi bəyannaməsində (2019 cu il üzrə) əks etdirə bilərmi? Sual 2. Əgər daxil olmuş vəsaitə uyğun gəliri bəyan edəcəksə o zaman 2020 ci il çəkilən xərcləri 2019 cu ilin mənfəət vergisi bəyannaməsində necə əks etdirmək lazımdır? Qeyd. Verilən hər iki sualı həm kassa, həm də hesablama metoduna əsasən cavablandırmağınızı xahiş edirik. Əvvəlcədən öz təşəkkürümüzü bildiririk.
17/03/2020 Oxunub: 124 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 138-ci maddəsinin tələbləri vergi uçotunu hesablama metodu ilə aparan vergi ödəyicilərinə şamil edilir.

Belə ki, həmin maddənin müddəalarına uyğun olaraq vergi uçotunu hesablama metodu ilə aparan vergi ödəyicisi uzunmüddətli müqavilələrlə bağlı gəlir və bu gəlirdən çıxılan məbləğlər vergi ili ərzində müqavilələrin yerinə yetirilməsinin faktiki həcmlərinə uyğun olaraq müəyyən edir.

Müqavilənin yerinə yetirilməsinin faktiki həcmi vergi ili ərzində çəkilmiş xərcin həmin müqavilədə nəzərdə tutulan ümumi qiymətləndirilən xərclərlə müqayisə edilməsi yolu ilə müəyyənləşdirilir.

Kassa metodu ilə uçot aparan vergi ödəyicisi isə gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır.

Əsas: Vergi Məcəlləsinin 133-cü və 138-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Həşimov Sərxan Mirhəbib sa***@gmail.com ID: 1019
Mən işçi kimi VÖEN almaq istəyirəm. Qeydiyyatdan keçmək üçün saytda yalnızca fərdi səhibkarlar VÖEN bölməsi var. Bu, işçilərə də aiddir? Həmin keçiddən istifadə etməklə qeydiyyatdan keçə bilərəm?
17/03/2020 Oxunub: 36 Orta qiymət: 0

Bildiriririk ki, işçi kimi çalışan şəxsin vergi orqanında uçota alınması tələb olunmur. Həmin şəxslərlə müvafiq qaydada əmək müqaviləsi bağlanmalı, işəgötürən tərəfindən ödənilən əmək haqqından vergi, sosial və işsizlikdən sığorta haqları tutularaq aidiyyəti üzrə köçürülməli və vergi orqanına hesabat təqdim olunmalıdır.

Əmək müqaviləsi ilə deyil, mülki hüquqi müqavilə ilə xidmət göstərildiyi halda isə xidmət göstərən şəxs vergi orqanında fərdi sahibkar kimi uçota alınmalı, əldə etdiyi gəlirlərə görə vergini ödəməli və vergi orqanına hesabat təqdim etməlidir.

Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində “fiziki şəxsin uçota alınması” xidməti “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir.

Məlumat üçün bildiririk ki, vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Abbasov Sərhəddin Qələndər oğlu ab***@mail.ru ID: 858
Vergi Məcəlləsinin 14.3.4-cü maddəsində bildirilirki, müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə siğortalandığı halda bazar qiyməti nəzərə almaqla vergilər hesablaınr. Sualım belədirki, Vergi Məcəlləsinin 14.3.4-cü maddəsində qeyd edilən əmlakın qalıq dəyəri dedikdə ilin əvvəlinəmi ilin sonunamı və yaxud əmlakın siğortalandığı vaxtakı qalıq dəyəri nəzərdə tutulur
17/03/2020 Oxunub: 119 Orta qiymət: 2

Bildiririk ki, müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi həmin əmlakın qalıq dəyərindən artıq olan sığorta dəyərinə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda əmlak vergisi müəssisənin əmlakının orta illik qalıq dəyərinə əsasən hesablanmır.

Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi həmin əmlakın sığortalanma anına bazar qiymətindən aşağı olmayan sığorta dəyəri əsasında hesablanır.

Müvafiq olaraq müəssisənin əmlakının sığortalanması bazar qiymətinə uyğun olaraq sığortalanmalıdır.

Əsas: Vergi Məcəlləsinin 14.3.4-cü, 201.1.1-ci və 202-ci maddələri.

2/5 (2 Orta qiymət)
Qiymət ver:
Tofiq Quliyev to***@mail.ru ID: 897
Salam Sullar belədir: 1. Azərbaycanda daşımacı şirkət fəaliyyət göstərir. Və bu daşıma şirkəti gəliri daşımadan əldə olunan ödənişlərdi. Bu zaman şirkətin hansı vergi və digər öhdəlikləri yaranır. 2. Daşımacı şırkət Türkiyədə başqa şirkətlə belə bir razılığa gəlirlər ki, sifariş olunan malların daşımasını sən edirsən və bu malın dəyərini də çatdıranda müştəridən alıb mənim hesabıma ödəyirsən. Həmin şirkətin malları sifariş olunacaq və daşımacı şirkət bu malı sifarişçiyə çatdırır. Bu zaman sifarişçi malın dəyərini və daşıma dəyərini ödəyir daşıma şirkətinə. Daşıma şirkəti də malın dəyərini mal göndərən şirkətə ( Türkiyədə olan şirkətə) ödəyir . Qısa desək qapıda ödəmə xidməti. Bu zaman hansı vergi öhdəlikləri və başqa öhdəliklər yaranacaqdır. 3. Qapıda ödəmə şəklində olan sifarişlərin ödənişi həm nağd həm də elektron pul kisələri vasitəsi ilə ödəniş oluna bilər. Elektron pul kisəsi ilə gələn vəsaitin mal göndərənə ödənilməsi üçün hansı əsaslar tələb olunur və hansı öhdəliklər formalarşır. Zəhmət olmasa sulları detaylı cavab verərdiniz.
17/03/2020 Oxunub: 126 Orta qiymət: 0

Cavab 1. Bildiririk ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxs sadələşdirimiş vergi ödəyicisi hesab olunur və daşımanın xarakterindən, nəqliyyat vasitəsinin növündən, oturacaq yerlərinin sayından və xidmətin həyata keçirildiyi yerdən asılı olaraq Vergi Məcəlləsinin 220.5-ci və 220.6-ci maddələri ilə müəyyən edilən qaydada vergini hesablayaraq öz istəyinə uyğun təqvim ayının sonunadək növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" alarkən dövlət büdcəsinə ödəməlidirlər.

Cavab 2-3. Beynəlxalq yük daşıma xidmətləri üzrə fəaliyyətdən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir və “Mənfəət vergisinin bəyannaməsi” sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

Həmçinin, rezident müəssisə tərəfindən qeyri-rezident beynəlxalq daşıma şirkətinə aparılan ödəmələrdən ödəmə mənbəyində xərclər çıxılmadan 6 faiz dərəcə ilə vergi tutulur.

Beynəlxalq yük daşınmasına görə qeyri-rezidentə ödənilən məbləğlər ƏDV-yə isə sıfır (0) dərəcə ilə cəlb edilir.

Əlavə olaraq bildiririk ki, cəmiyyətin xarici saytlarda olan malların ölkəyə gətirilməsi ilə bağlı vasitəçilik xidmətlərinin göstərilməsindən əldə olunan gəlirləri ƏDV-yə və mənfəət vergisinə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.33-cü, 104-cü, 105-ci, 108-ci, 125-ci və 165-ci  218.4.1-ci, 218.5.10-cu maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qocayev Rahib Əflatun oğlu Ra***@yandex.ru ID: 933
Bildiyimiz kimi kənd təsərrüfatı məhsullarının istehsalçıları ƏDV və bir neçə vergidən azaddır. Sualım belədir. Kənd təsərrüfatı məhsullarının alqı –satqısı ilə məşğul olan fiziki şəxs 200 000 manat dövriyyəni kecərsə ƏDV-yə düşmüş hesab olunurmu? Fiziki səxs sonrakı satışlarında malları ƏDV-yə cəlb etməlidirmi?
17/03/2020 Oxunub: 124 Orta qiymət: 4

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştləri daha 5 il müddətinə, yəni 2024-cü ilə qədər uzadılmışdır.

Həmçinin bildiririk ki, kənd təsərrüfatı məhsullarının digər istehsalçılardan alınması və hər hansı formada satılması kənd təsərrüfatı məhsullarının istehsalı deyil, alğı-satqısı hesab olunur və bu fəaliyyətə də müvafiq güzəştlər tətbiq olunmur.

12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər isə ƏDV qeydiyyatı üçün vergi orqanına ərizə təqdim etməlidir.

Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanır. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq olunmuş ticarət əlavəsindən ƏDV hesablayan pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri həmin malların uçotunu ayrıca aparır. Belə uçot aparılmadıqda, Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq həmin malların pərakəndə satışı zamanı ƏDV ümumi dövriyyədən hesablanır.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 13.2.61-ci, 102.1.11-ci, 106.1.14-cü, 153-cü, 159-cu, 164.1.18-ci və 174.3-cü maddələri.

4/5 (2 Orta qiymət)
Qiymət ver:
Maliyev Rasim Nüsrət oğlu ra***@mail.ru ID: 805
A rezident şirkəti (Sadələşdirilmiş Vergi Ödəyicisi) B qeyri-rezident şirkətindən emal olunmaq üçün mal idxal etmişdir. Bu mallara qısa idxal bəyannaməsi və gömrük bəyannaməsi təqdim edilmişdir. Bu mallar emal olunduqdan sonra B şirkətinə ixrac olunacaqdır. A şirkəti yalnız bu əməliyyatda emal xidməti göstərir. Sualım belədir ki, müvəqqəti (emal olunmaq üçün) idxal olunmuş malların dəyərini Sadələşdirilmiş Vergi Bəyannaməsinin 1№ -li Əlavəsinin Ehtiyatlar sətrində öz əksini tapmalıdır ya yox.
17/03/2020 Oxunub: 73 Orta qiymət: 0

Bildiririk ki, müraciətinizdə qeyd olunan mallar vergi ödəyicisi tərəfindən balansa daxil edildiyi halda, bəyannamənin əlavəsində də qeyd olunmalıdır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Irzaquliyev Cəmşid İsmayıl oğlu ir***@mail.ru ID: 836
Lisenziya tələb olunmayan xüsusi fəaliyyət növünə aid olmayan Xəffiyəlik (dedektivlik) fəliyyəti ilə məşqul ola bilərikmi. Ola bilməriksə, o halda bu hansı qanunvericiliklə əsaslanır.Təşəkkür edirik.
17/03/2020 Oxunub: 66 Orta qiymət: 5

Bildiririk ki, qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hər kəsin konstitusiya hüququdur və bu fəaliyyət istər bilavasitə fərdi sahibkar, istərsə də təsis edilən şirkət vasitəsi ilə həyata keçirilə bilər.

Sorğunuzda qeyd olunan fəaliyyətlə məşğul olmaq üçün lisenziya və ya icazənin alınıb-alınmaması barədə məlumat almaq üçün aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-2) müraciət etməyiniz daha məqsədəuyğundur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Sabina Sa***@gmail.com ID: 1015
Salam. Soruşmaq istəyirdim, əgər kassaya vurmasam birinci dəfə vergi akt yazır. Birinci dəfədən nə qədər tutur cərimə? Təşəkkür.
17/03/2020 Oxunub: 43 Orta qiymət: 5

Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, müştərilərdən alınmış nağd pulun müqabilində nəzarət-kassa aparatı çekinin verilməməsinə görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 58.7-ci maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Nurlan Məhərrəmov Niyazi m.***@outlook.com ID: 816
Salam, yoldaşım Yusifova İradə Akif qızı fiziki şəxs kimi VÖEN-i var (1502225092). Fiziki şəxs kimi tədris kursunda ingilis dili kursu deyir. Hər ay olduğu kimi e-qaiməni yüklədikdə bu ay bizə bildiriş gəlib. Bildiriş № 20155327717 məcburi dövlət sosial siğorta haqqı üzrə borcu var (154 manat) cərimə ilə. Yoldaşım özü işçidir o işçi işlətmir. Ona niyə bu bildiriş gəlib? Onu sildirmək üçün hansı ərizə formasını doldurmalıyıq?
17/03/2020 Oxunub: 52 Orta qiymət: 5

Bildiririk ki Yusifova İradə Akif qızının (VÖEN:1502225092) vergi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcu yoxdur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Rauf Mustafayev Rəhim ra***@mail.com ID: 896
Bilmək istəyirəm ki, A firmasının X bankında olan cari manat və ya xarici valyuta hesablarına Vergi orqanı tərəfindən alınmalı Sosial sığorta, İşsizlikdən sığorta və ya vergi sərəncamı qoyulubsa kredit təşkilatı və ya banklar ödəyicinin xarici valyutada olan pul vəsaitindən alınmalı sərəncam məbləğinin 105%-ə qədər hissəsini dondurub, yerdə qalan artıq xarici valyuta məbləğini ödəyicinin nəğd və ya qeyri-nəğd şəkildə istifadə etməsini təmin etməlidirmi? Qeyd: Hal-hazırda Banklar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsinin 65.7-1 bəndinə əsasən Vergi ödəyicisi tərəfindən onun bank hesabında xarici valyutada olan pul vəsaiti hesaba vergi orqanının sərəncamı daxil olduğu gündən 10 bank günü ərzində konvertasiya edilmədikdə, növbəti iş günü ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnə ilə xarici valyutada olan dondurulmuş pul vəsaiti bank tərəfindən konvertasiya edilməklə sərəncamı icra edir.
17/03/2020 Oxunub: 72 Orta qiymət: 5

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı geri qaytarılana qədər həmin sərəncama əsasən kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər tərəfindən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaiti dondurulur. Həmin dondurulmuş məbləğdən əlavə qalan hesablardakı vəsaitlər üzrə isə əməliyyatların aparılmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Abdullayev Cavid Nadir oğlu ca***@mail.ru ID: 835
Vergi və ƏDV ödəyicisi olan fiziki şəxs istehsal fəaliyyəti ilə məşğul olur. Dövlət Əmlak Komitəsindən icarəyə götürülmüş istehsal sahəsinin bir hissəsi 1000 manata sub-icarəyə verilərsə hansı vergi öhdəlikləri yaranır?
17/03/2020 Oxunub: 46 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxsin icarə haqqından əldə etdiyi gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir olduğu üçün ƏDV-nin vergitutma obyektini təşkil etmir. İcarə haqqını ödəyən şəxs vergi ödəyisi kimi uçotda olduğu halda ödəmə mənbəyində 14 % dərəcə ilə vergini tutmalı, büdəcəyə köçürməli və vergi orqanına hesabat təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 123-cü və 159-cu maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ələkbərov Oruc Tofiq oğlu or***@gmail.com ID: 1014
Çoxmənzilli bina tikintisi ilə məşğul olmaq üçün Fiziki şəxs olmaq kifayərdirmi, yoxsa MTK yaratmaq lazımdırmı? Hər 2 (iki) halda tələb olunan sənədlər və hansı vergiləri öhdəliklərimin olacağını bilmək isdərdim. Öncədən təşəkkür edirəm və fəaliyyətinizdə uğurlar arzulayıram.
17/03/2020 Oxunub: 100 Orta qiymət: 5

Bildiririk ki, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Kooperativlər kommersiya qurumu hesab edildiyindən Mənzil Tikinti Kooperativlərinin dövlət qeydiyyatı Vergilər Nazirliyi tərəfindən həyata keçirilir və bu kooperativlər üçün səhifəmizin "Bir pəncərə" bölməsində yerləşdirilmiş "Kooperativin Nizamnaməsinin nümunəsi"ndən istifadə etmək mümkündür.

Əsas: Mənzil Məcəlləsinin 109, 110, 111, 119 və 120-ci maddələri, Mülki Məcəllənin 109, 109-1, 109-2-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Ehtiram Abdullayev Bəhram eh***@mail.ru ID: 941
Salam. Vətəndaş vergi orqanında sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdadır sahibkarlıq fəaliyyətində istifadə etmədiyi şəxsi nəqliyyat vasitəsini A MMC-yə satmaq istəyir. Qeyd etdiyim 1-ci halda: A MMC alacağı malı malın alış aktı ilə rəsmiləşdirə bilərmi, bilərsə 2% ÖMV öhdəliyi yaranırmı? Və mal satanın vergi qarşısında hansı öhdəliyi yaranır? 2-ci halda: A MMC mal satandan e-qaimə tələb edə bilərmi, sadələşdirilmiş vergi ödəyicisi sahibkarlıq fəaliyyətində istifadə etmədiyi şəxsi nəqliyyat vasitəsinə görə e-qaimə yazarsa VM-nin 218.6.2. maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olma hüququnu itirir bu nə dərəcədə düzdü? VM-nin 102.1.7. maddəsinin qeyd etdiyim halda nə kimi qüvvəsi var? Ən qısa zamanda cavablandırmanızı xahiş edirəm.
17/03/2020 Oxunub: 221 Orta qiymət: 4

Vergi Məcəlləsinin  16.1.11-6.1-cı, 16.1.11-6.2-ci, 16.1.11-6.3-cü maddələrində sadalanan şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək bütün vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Eyni zamanda, fiziki şəxsin sahibkarlıq fəaliyyətində istifadə edilməyən daşınan maddi əmlakının, o cümlədən də avtomobil nəqliyyatının təqdim edilməsindən əldə etdiyi gəlir vergidən azad olunur. 

Məcəllənin 218.6.1-ci və 218.6.2-ci maddələri nəzərə alınmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər və topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 102.1.7-ci və 218.5-ci maddələri.

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Bəhruz Məmmədov Məmməd be***@mail.ru ID: 1013
Salam. Mənim atam müharibə vetrianı olub və vəfat edib. Vergi məcələsinin bu bəndi mənə güzəşt əldə etməyə imkan verirmi? 102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının; 
16/03/2020 Oxunub: 44 Orta qiymət: 0

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya DOST mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.
Müraciətinizdə qeyd olunan arayışda güzəşt hüququ öz əksini tapmamışdır. 

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Abdulla İsmayılov Mehman oğlu ab***@gmail.com ID: 1012
Salam mən Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Geodeziya və Xəritəçilik ixtisasını bitirmişəm. Vergilər nazirliyinə işə qəbulla bağlı imtahan verə bilərəm? Yoxsa yalnız iqtisad təhsilli şəxslər müraciət edə bilər? Zəhmət olmasa cavablandırardınız.
16/03/2020 Oxunub: 26 Orta qiymət: 0

Vergilər Nazirliyi rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Vergilər Nazirliyinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mahirə qu***@list.ru ID: 1010
Salam, əsas vəsait yararsiz vəziyyətə düşdükdə dəyəri 2240 manat qalıq dəyəri 150 manatdırsa, balansdan baş idarəyə bildirmədən ləg komissiyasi silə bilərmi? Əvvəlcədən təşəkkürlər.
16/03/2020 Oxunub: 70 Orta qiymət: 0

Bildiririk ki, tam amortizasiya olunmuş istifadəyə yararsız olan əsas vəsaitin silinməsi proseduru barədə aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz daha məqsəduyğundur.

Onu da bildiririk ki, vergitutma məqsədləri üçün ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, mənfəət (gəlir) vergisinin ödəyiciləri tərəfindən qalıq dəyərinin məbləği vergi tutulan gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 114.8-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mahirə qu***@list.ru ID: 1009
Salam, elektron qaimədə möhur mütləq lazımdır ya yox? Mən elektron qaiməni özüm çıxarıb malları qəbul etdikdən sonra təsdiq edirəm.
16/03/2020 Oxunub: 33 Orta qiymət: 0

Elektron qaimə-faktura vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron qutusu olmayan alıcıya ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir. Digər hallarda qeyd olunan sənədlərin kağız formada tərtib olunması qanunvericiliyə əsasən tələb olunmur.

0/5 (0 Orta qiymət)
Qiymət ver: