Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Qocayev Rahib Əflatun oğlu Ra***@yandex.ru ID: 933
Bildiyimiz kimi kənd təsərrüfatı məhsullarının istehsalçıları ƏDV və bir neçə vergidən azaddır. Sualım belədir. Kənd təsərrüfatı məhsullarının alqı –satqısı ilə məşğul olan fiziki şəxs 200 000 manat dövriyyəni kecərsə ƏDV-yə düşmüş hesab olunurmu? Fiziki səxs sonrakı satışlarında malları ƏDV-yə cəlb etməlidirmi?
17/03/2020 Oxunub: 125 Orta qiymət: 4

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştləri daha 5 il müddətinə, yəni 2024-cü ilə qədər uzadılmışdır.

Həmçinin bildiririk ki, kənd təsərrüfatı məhsullarının digər istehsalçılardan alınması və hər hansı formada satılması kənd təsərrüfatı məhsullarının istehsalı deyil, alğı-satqısı hesab olunur və bu fəaliyyətə də müvafiq güzəştlər tətbiq olunmur.

12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər isə ƏDV qeydiyyatı üçün vergi orqanına ərizə təqdim etməlidir.

Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanır. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq olunmuş ticarət əlavəsindən ƏDV hesablayan pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri həmin malların uçotunu ayrıca aparır. Belə uçot aparılmadıqda, Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq həmin malların pərakəndə satışı zamanı ƏDV ümumi dövriyyədən hesablanır.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 13.2.61-ci, 102.1.11-ci, 106.1.14-cü, 153-cü, 159-cu, 164.1.18-ci və 174.3-cü maddələri.

4/5 (2 Orta qiymət)
Qiymət ver:
Maliyev Rasim Nüsrət oğlu ra***@mail.ru ID: 805
A rezident şirkəti (Sadələşdirilmiş Vergi Ödəyicisi) B qeyri-rezident şirkətindən emal olunmaq üçün mal idxal etmişdir. Bu mallara qısa idxal bəyannaməsi və gömrük bəyannaməsi təqdim edilmişdir. Bu mallar emal olunduqdan sonra B şirkətinə ixrac olunacaqdır. A şirkəti yalnız bu əməliyyatda emal xidməti göstərir. Sualım belədir ki, müvəqqəti (emal olunmaq üçün) idxal olunmuş malların dəyərini Sadələşdirilmiş Vergi Bəyannaməsinin 1№ -li Əlavəsinin Ehtiyatlar sətrində öz əksini tapmalıdır ya yox.
17/03/2020 Oxunub: 75 Orta qiymət: 0

Bildiririk ki, müraciətinizdə qeyd olunan mallar vergi ödəyicisi tərəfindən balansa daxil edildiyi halda, bəyannamənin əlavəsində də qeyd olunmalıdır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Irzaquliyev Cəmşid İsmayıl oğlu ir***@mail.ru ID: 836
Lisenziya tələb olunmayan xüsusi fəaliyyət növünə aid olmayan Xəffiyəlik (dedektivlik) fəliyyəti ilə məşqul ola bilərikmi. Ola bilməriksə, o halda bu hansı qanunvericiliklə əsaslanır.Təşəkkür edirik.
17/03/2020 Oxunub: 67 Orta qiymət: 5

Bildiririk ki, qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hər kəsin konstitusiya hüququdur və bu fəaliyyət istər bilavasitə fərdi sahibkar, istərsə də təsis edilən şirkət vasitəsi ilə həyata keçirilə bilər.

Sorğunuzda qeyd olunan fəaliyyətlə məşğul olmaq üçün lisenziya və ya icazənin alınıb-alınmaması barədə məlumat almaq üçün aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-2) müraciət etməyiniz daha məqsədəuyğundur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Sabina Sa***@gmail.com ID: 1015
Salam. Soruşmaq istəyirdim, əgər kassaya vurmasam birinci dəfə vergi akt yazır. Birinci dəfədən nə qədər tutur cərimə? Təşəkkür.
17/03/2020 Oxunub: 44 Orta qiymət: 5

Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, müştərilərdən alınmış nağd pulun müqabilində nəzarət-kassa aparatı çekinin verilməməsinə görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 58.7-ci maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Nurlan Məhərrəmov Niyazi m.***@outlook.com ID: 816
Salam, yoldaşım Yusifova İradə Akif qızı fiziki şəxs kimi VÖEN-i var (1502225092). Fiziki şəxs kimi tədris kursunda ingilis dili kursu deyir. Hər ay olduğu kimi e-qaiməni yüklədikdə bu ay bizə bildiriş gəlib. Bildiriş № 20155327717 məcburi dövlət sosial siğorta haqqı üzrə borcu var (154 manat) cərimə ilə. Yoldaşım özü işçidir o işçi işlətmir. Ona niyə bu bildiriş gəlib? Onu sildirmək üçün hansı ərizə formasını doldurmalıyıq?
17/03/2020 Oxunub: 53 Orta qiymət: 5

Bildiririk ki Yusifova İradə Akif qızının (VÖEN:1502225092) vergi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcu yoxdur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Rauf Mustafayev Rəhim ra***@mail.com ID: 896
Bilmək istəyirəm ki, A firmasının X bankında olan cari manat və ya xarici valyuta hesablarına Vergi orqanı tərəfindən alınmalı Sosial sığorta, İşsizlikdən sığorta və ya vergi sərəncamı qoyulubsa kredit təşkilatı və ya banklar ödəyicinin xarici valyutada olan pul vəsaitindən alınmalı sərəncam məbləğinin 105%-ə qədər hissəsini dondurub, yerdə qalan artıq xarici valyuta məbləğini ödəyicinin nəğd və ya qeyri-nəğd şəkildə istifadə etməsini təmin etməlidirmi? Qeyd: Hal-hazırda Banklar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsinin 65.7-1 bəndinə əsasən Vergi ödəyicisi tərəfindən onun bank hesabında xarici valyutada olan pul vəsaiti hesaba vergi orqanının sərəncamı daxil olduğu gündən 10 bank günü ərzində konvertasiya edilmədikdə, növbəti iş günü ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnə ilə xarici valyutada olan dondurulmuş pul vəsaiti bank tərəfindən konvertasiya edilməklə sərəncamı icra edir.
17/03/2020 Oxunub: 76 Orta qiymət: 5

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı geri qaytarılana qədər həmin sərəncama əsasən kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər tərəfindən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaiti dondurulur. Həmin dondurulmuş məbləğdən əlavə qalan hesablardakı vəsaitlər üzrə isə əməliyyatların aparılmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Abdullayev Cavid Nadir oğlu ca***@mail.ru ID: 835
Vergi və ƏDV ödəyicisi olan fiziki şəxs istehsal fəaliyyəti ilə məşğul olur. Dövlət Əmlak Komitəsindən icarəyə götürülmüş istehsal sahəsinin bir hissəsi 1000 manata sub-icarəyə verilərsə hansı vergi öhdəlikləri yaranır?
17/03/2020 Oxunub: 47 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxsin icarə haqqından əldə etdiyi gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir olduğu üçün ƏDV-nin vergitutma obyektini təşkil etmir. İcarə haqqını ödəyən şəxs vergi ödəyisi kimi uçotda olduğu halda ödəmə mənbəyində 14 % dərəcə ilə vergini tutmalı, büdəcəyə köçürməli və vergi orqanına hesabat təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 123-cü və 159-cu maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ələkbərov Oruc Tofiq oğlu or***@gmail.com ID: 1014
Çoxmənzilli bina tikintisi ilə məşğul olmaq üçün Fiziki şəxs olmaq kifayərdirmi, yoxsa MTK yaratmaq lazımdırmı? Hər 2 (iki) halda tələb olunan sənədlər və hansı vergiləri öhdəliklərimin olacağını bilmək isdərdim. Öncədən təşəkkür edirəm və fəaliyyətinizdə uğurlar arzulayıram.
17/03/2020 Oxunub: 103 Orta qiymət: 5

Bildiririk ki, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Kooperativlər kommersiya qurumu hesab edildiyindən Mənzil Tikinti Kooperativlərinin dövlət qeydiyyatı Vergilər Nazirliyi tərəfindən həyata keçirilir və bu kooperativlər üçün səhifəmizin "Bir pəncərə" bölməsində yerləşdirilmiş "Kooperativin Nizamnaməsinin nümunəsi"ndən istifadə etmək mümkündür.

Əsas: Mənzil Məcəlləsinin 109, 110, 111, 119 və 120-ci maddələri, Mülki Məcəllənin 109, 109-1, 109-2-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Ehtiram Abdullayev Bəhram eh***@mail.ru ID: 941
Salam. Vətəndaş vergi orqanında sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdadır sahibkarlıq fəaliyyətində istifadə etmədiyi şəxsi nəqliyyat vasitəsini A MMC-yə satmaq istəyir. Qeyd etdiyim 1-ci halda: A MMC alacağı malı malın alış aktı ilə rəsmiləşdirə bilərmi, bilərsə 2% ÖMV öhdəliyi yaranırmı? Və mal satanın vergi qarşısında hansı öhdəliyi yaranır? 2-ci halda: A MMC mal satandan e-qaimə tələb edə bilərmi, sadələşdirilmiş vergi ödəyicisi sahibkarlıq fəaliyyətində istifadə etmədiyi şəxsi nəqliyyat vasitəsinə görə e-qaimə yazarsa VM-nin 218.6.2. maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olma hüququnu itirir bu nə dərəcədə düzdü? VM-nin 102.1.7. maddəsinin qeyd etdiyim halda nə kimi qüvvəsi var? Ən qısa zamanda cavablandırmanızı xahiş edirəm.
17/03/2020 Oxunub: 229 Orta qiymət: 4

Vergi Məcəlləsinin  16.1.11-6.1-cı, 16.1.11-6.2-ci, 16.1.11-6.3-cü maddələrində sadalanan şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək bütün vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Eyni zamanda, fiziki şəxsin sahibkarlıq fəaliyyətində istifadə edilməyən daşınan maddi əmlakının, o cümlədən də avtomobil nəqliyyatının təqdim edilməsindən əldə etdiyi gəlir vergidən azad olunur. 

Məcəllənin 218.6.1-ci və 218.6.2-ci maddələri nəzərə alınmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər və topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 102.1.7-ci və 218.5-ci maddələri.

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Bəhruz Məmmədov Məmməd be***@mail.ru ID: 1013
Salam. Mənim atam müharibə vetrianı olub və vəfat edib. Vergi məcələsinin bu bəndi mənə güzəşt əldə etməyə imkan verirmi? 102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının; 
16/03/2020 Oxunub: 44 Orta qiymət: 0

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya DOST mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.
Müraciətinizdə qeyd olunan arayışda güzəşt hüququ öz əksini tapmamışdır. 

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Abdulla İsmayılov Mehman oğlu ab***@gmail.com ID: 1012
Salam mən Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Geodeziya və Xəritəçilik ixtisasını bitirmişəm. Vergilər nazirliyinə işə qəbulla bağlı imtahan verə bilərəm? Yoxsa yalnız iqtisad təhsilli şəxslər müraciət edə bilər? Zəhmət olmasa cavablandırardınız.
16/03/2020 Oxunub: 26 Orta qiymət: 0

Vergilər Nazirliyi rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Vergilər Nazirliyinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mahirə qu***@list.ru ID: 1010
Salam, əsas vəsait yararsiz vəziyyətə düşdükdə dəyəri 2240 manat qalıq dəyəri 150 manatdırsa, balansdan baş idarəyə bildirmədən ləg komissiyasi silə bilərmi? Əvvəlcədən təşəkkürlər.
16/03/2020 Oxunub: 70 Orta qiymət: 0

Bildiririk ki, tam amortizasiya olunmuş istifadəyə yararsız olan əsas vəsaitin silinməsi proseduru barədə aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz daha məqsəduyğundur.

Onu da bildiririk ki, vergitutma məqsədləri üçün ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, mənfəət (gəlir) vergisinin ödəyiciləri tərəfindən qalıq dəyərinin məbləği vergi tutulan gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 114.8-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mahirə qu***@list.ru ID: 1009
Salam, elektron qaimədə möhur mütləq lazımdır ya yox? Mən elektron qaiməni özüm çıxarıb malları qəbul etdikdən sonra təsdiq edirəm.
16/03/2020 Oxunub: 34 Orta qiymət: 0

Elektron qaimə-faktura vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron qutusu olmayan alıcıya ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir. Digər hallarda qeyd olunan sənədlərin kağız formada tərtib olunması qanunvericiliyə əsasən tələb olunmur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
elesgeerov resad re***@mail.ru ID: 1007
Salam, pinkodu itirmişəm. 1801470112
16/03/2020 Oxunub: 29 Orta qiymət: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni müvafiq qaydada tərtib olunmalı, poçt vasitəsilə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına göndərilməlidir.

Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe

Elektron sənəd mübadiləsi haqqında ərizə və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Muradov Arzu Hatəm Se***@mail.ru ID: 1004
Salam. Mənim atam Böyük Vətən Müharibəsi iştirakçısi olub. 2-ci qrup əlil olub müharibədə. Mən onun övladı kimi vergi güzəştindən istifadə etmək istəyirem. Müdafiə Nazirliyinin verdiyi arayışda qeyd edilir ki, bu şəxsin veteranlığı barədə bizdə məlumat yoxdur. Amma Rusiyanın Память народа saytında veteranların adları siyahısında adı vardır. İşlədiyim yer bu ərizəni qəbul etmir. Vergilər Nazirliyinin icazəsi olmasını tələb edirlər. Bu məsələ ilə bağlı mən hara müraciət edə bilərəm? Vergi güzəşti almağım mümkündürmü?
15/03/2020 Oxunub: 46 Orta qiymət: 0

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya DOST mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir. Müraciətinizdə qeyd olunan şəxsin güzəşt hüququnun müəyyən edilməsi üçün yuxarıda qeyd olunan qurumlara müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elgün Həsənov Vahid em***@mail.ru ID: 795
Salam. Mən sual vermək istəyirəm ki, yeni model nəzarət kassa aparatlarının kiçik ərzaq mağazalarında quraşdırılmasına nə vaxt başlanacaq? Bizim mağazada Merkuri 116F kassa aparatı var, artıq köhnəlib. 20 ildən artıqdır ki, mağazada işləyir.
13/03/2020 Oxunub: 152 Orta qiymət: 4

Bildiririk ki, 20.11.2018-ci il tarixli 1356-VQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 1 yanvar 2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatlarının tətbiqinə başlanılmışdır. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2019-cu il 14 fevral tarixli 52 nömrəli Qərarı ilə “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki” təsdiq edilmiş və bu Qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatlarının Qrafikdə müəyyən edilmiş müddətədək istifadə edilməsi, qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatlarının yeni nəsil nəzarət-kassa aparatları ilə əvəz edilməsi nəzərdə tutulmuşdur. 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən 1 yanvar 2019-cu il tarixdən sonra quraşdırılmış, müvafiq meyarlara cavab verən və əvvəllər istifadədə olan nəzarət-kassa aparatı ilə əvəz edilən nəzarət-kassa aparatlarının quraşdırılmasına çəkilən xərclərin (nəzarət-kassa aparatının dəyəri daxil olmaqla) dəyəri vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdiriləcəkdir.

Yeni nəsil kassa aparatlarına aid tələblər, operatorlar və digər aidiyyəti məsələlər barədə suallara www.e-kassa.gov.az saytından cavab əldə edə bilərsiniz.

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Eşqin es***@gmail.com ID: 848
Təzə yaranmış bir müəssisə mikrosahibkarlıq meyarı ilə istehsalatla məşğuldursa sadələşdirilmiş vergi ilə işləmək hüququ varmıdır? Həmçinin hansı hallarda mikrosahibkar kimi dividend vergisindən azad olur?
13/03/2020 Oxunub: 165 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.8-ci maddəsinə əsasən, 10 nəfərdən artıq işçisi olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Digər hallarda, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manat və ondan az olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.

Eyni zamanda, 1 yanvar 2019-cu il tarixdən gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin ödəyicisi olmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri gəlir (mənfəət) və sadələşdirilmiş vergidən azad edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci, 106.10-cu, 218.5.8-ci və 218-1.1.4-cü maddələri.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Rauf Ağayev Vidadi oğlu ra***@gmail.com ID: 873
Salam. Mən öyrənmək istəyirdim ki, növbəti işə qəbulla bağlı imtahanın nə vaxt olacağı gözlənilir?
13/03/2020 Oxunub: 70 Orta qiymət: 5

Bildiririk ki, Vergilər Nazirliyi tərəfindən 02.03.2020-ci il tarixində müsabiqə elan edilmiş və elan rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilmişdir.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Zeynəddin Kərəmzadə Dünyamalı ze***@gmail.com ID: 826
Atam Qarabağ müharibəsi veteranidir , hal hazirda 80 manat Prezident təqaüdu alir və hal hazirda işləmir. Onunla eyni ünvanda yaşayan oğluna verteranlar üçün nəzərdə tutulmuş vergi güzəşti şamil olunurmu ?
13/03/2020 Oxunub: 53 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Güzəşt yalnız həmin şəxslərin özünə aid edilir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüsal Qasımov v.***@gmail.com ID: 820
MMC yaratmaq üçün nə etməliyəm, prosedur barədə məlumat verərdiniz.
13/03/2020 Oxunub: 99 Orta qiymət: 4

MMC yaratmaq üçün nə etməliyəm, prosedur barədə məlumat verərdiniz.

Bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlər təqdim edilməli olan vergi orqanları və s. barədə lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz.

Eyni zamanda, bildiririk ki, təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada aşağıdakı formalarda həyata keçirilə bilər:

  • Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı - elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə;
  • Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli və adi qeydiyyatı) - Asan İmza vasitəsilə;   
  • Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli qeydiyyat) - NRYTN kartı vasitəsilə;
  • Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (adi qeydiyyat) - NRYTN kartı vasitəsilə.

Qeyd olunan qeydiyyat formalarının istifadəçi təlimatları Vergilər Nazirliyinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

4/5 (3 Orta qiymət)
Qiymət ver: