Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.
Güvənilir vebsaytların siyahısıƏlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.
Fevralın 4-də vergi orqanlarında talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə könüllü qanvermə aksiyasına start verilib.
Ətraflı məlumat
2018-ci il ərzində Vergilər Nazirliyinin Apelyasiya Şurasında baxılmış 80 vergi ödəyicisinin müraciətindən 12 vergi ödəyicisinin şikayəti tam, 5-nin isə qismən təmin edilib. 15 vergi ödəyicisinin şikayəti işin faktiki halları və qanunvericiliyin müvafiq müddəaları nəzərə alınmaqla təmin edilməyib.
Ətraflı məlumat
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın, dürüstlüyün təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı göstərişlərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində, Vergilər Nazirliyi ilə Baş Prokurorluq tərəfindən birgə tədbirlərin görülməsi davam etdirilir.
Ətraflı məlumat
Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün müsabiqə elan edib. Müsabiqəyə sənədlər elektron ərizə vasitəsilə cari ilin yanvar ayının 31-dən fevral ayının 20-dək qəbul edilir. Müsabiqədə iştirak etmək istəyənlər bu müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar.
Ətraflı məlumat
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun və bu Qanunun tətbiqinə dair Fərmandan irəli gələn məsələlərlə əlaqədar dekabrın 25-də Vergilər Nazirliyində kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirilib. Vergilər nazirinin müavini Sahib Ələkbərov KİV nümayəndələrinə Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin əsas mahiyyəti və 2019-cu ildə həyata keçiriləcək vergi islahatarının başlıca istiqamətləri barədə məlumat verib.
Ətraflı məlumat
Dövlət başçısının vergidən yayınma hallarına son qoyulması, “kölgə” iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın təmin edilməsi, vergi ödəyicilərində uçotun düzgün aparılması və vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi ilə bağlı göstərişlərinə uyğun olaraq, Vergilər Nazirliyi nəzarət tədbirlərini davam etdirir.
Ətraflı məlumat
Dekabrın 6-da vergilər naziri Mikayıl Cabbarov İsrailin İnnovasiyalar Qurumunun Beynəlxalq əməkdaşlıq şöbəsinin Asiya-Sakit Okean regionu əməliyyatları üzrə baş direktoru Avi Luvtonla görüşüb.
Ətraflı məlumat
Dekabrın 7-də vergilər naziri Mikayıl Cabbarov Asiya inkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Nəriman Mannapbekovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ətraflı məlumat
Dekabrın 4-də vergilər naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionunun Makroiqtisadi, Ticarət və İnvestisiya Qlobal Praktikasının meneceri Sandip Mahacanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ətraflı məlumat
Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinq keçirilib. Brifinqdə Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin əsas məzmunu və 2019-cu ildə həyata keçiriləcək vergi islahatarının başlıca istiqamətləri haqqında kütləvi informasiya vasitələrinin nümayəndələrinə ətraflı məlumat verib.
Ətraflı məlumat
Vergilər Nazirliyində iqtisadçı-ekspertlərlə görüş keçirilib. Görüşün məqsədi cəmiyyətə, o cümlədən vergi ödəyicilərinə məlumatların tam, dəqiq və dolğun çatdırılması, yaranacaq sualların vaxtında və hərtərəfli cavablandırılması, izahat işlərinin düzgün istiqamətdə qurulması üçün kütləvi informasiya vasitələrinin mütəmadi müraicət etdiyi iqtisadçı-ekspertlərin mövzu barədə ərtaflı məlumatlandırılması, onların sual və təkliflərinin dinlənilməsindən ibarət olub.
Ətraflı məlumat
Vergilər naziri Mikayıl Cabbarov Moskva şəhərində Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinlə görüşüb. Görüşdə iki ölkənin vergi orqanları arasında əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.
Ətraflı məlumat
Vergilər Nazirliyi tərəfindən alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olan müəssisələrdə həyata keçirilən monitorinqlər, həmçinin aparılmış vergi nəzarəti tədbirləri zamanı bu sahədə ciddi qanun pozuntularının olması, o cümlədən cinayət tərkibli əməllərə yol verilməsi, alkoqollu içkilərin böyük həcmdə qanunsuz dövriyyəsinin və külli miqdarda vergidən yayınma hallarının mövcud olması ilə bağlı faktlar qeydə alınıb.
Ətraflı məlumat
Oktyabrın 15-də vergilər naziri Mikayıl Cabbarov Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib. Qəbulda Gəncə və Naftalan şəhərləri, Şəmkir, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Kəlbəcər rayon sakinləri iştirak edib.
Ətraflı məlumat
Ətraflı məlumat
Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2018-ci il tarixli 260 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın icra vəziyyətinin müzakirə edilməsi ilə bağlı Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin birgə kollegiya iclası keçirilib.
Ətraflı məlumat
Oktyabrın 3-də Vergilər naziri Mikayıl Cabbarov Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.
Ətraflı məlumat
Oktyabrın 1-də Vergilər naziri Mikayıl Cabbarov Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi ilə görüşüb.
Ətraflı məlumat
Vergilər naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Məhəmməd Əl Korşi ilə görüşüb.
Ətraflı məlumat
Sentyabrın 27-də vergilər naziri Mikayıl Cabbarov İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Makroiqtisadi Dəstək üzrə Proqram rəhbəri Reto Veyermanın rəhbərlik etidiyi nümayəndə heyəti ilə görüşüb.
Ətraflı məlumat