Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin vergi uçotundan çıxarılması

Bu xidmət vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin vergi uçotundan çıxarılmasını və bu barədə vergi ödəyicisinə məlumat verilməsini nəzərdə tutur. Xidmətdən istifadə etmək üçün vergi ödəyiciləri müvafiq ərizə ilə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri, Milli Gəlirlər Baş İdarəsi (yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələrinə müraciət edə bilərlər. 
Xidmət nəticəsində vergi ödəyicisinə filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması haqqında bildiriş verilir. Bildiriş vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Vergi ödəyicisi vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə “Əsli ilə düzdür” möhürü vurulmuş surəti əldə edə bilər.
Xidmət elektronlaşdırılıb və vergi ödəyiciləri bu xidmətlə bağlı gücləndirilmiş elektron imzadan istifadə etməklə İnternet Vergi İdarəsi üzərindən (www.e-taxes.gov.az) Dövlət Vergi Xidmətinə elektron müraciət edə bilərlər.

Ətraflı məlumat üçün: 
https://www.taxes.gov.az/az/page/vs2023
https://login.e-taxes.gov.az/login/