Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Hüquqi şəxsin filialının (bölməsinin) vergi uçotundan çıxarılması

Bu xidmət rezident hüquqi şəxsin filialının (bölməsinin) vergi uçotundan çıxarılmasını əhatə edir. Xidmət çərçivəsində hüquqi şəxsin filialı (bölməsi) vergi uçotundan çıxarılır və bu barədə ona bildiriş verilir. 
Xidmətdən istifadə etmək üçün vergi ödəyiciləri ərizə, filialın, nümayəndəliyin və ya digər bölmənin ləğv edilməsi barədə rezident hüquqi şəxsin qərarı və vergi ödəyicisinin uçota alınması barədə şəhadətnamənin əsli ilə birgə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri, Milli Gəlirlər Baş İdarəsi (yalnız MGBİ-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR DVX-nin Bəyannamələrin yoxlanılması və uçotun təşkili şöbələrinə müraciət edə bilərlər.
Vergi ödəyicisindən əlavə olaraq ərizə ilə birlikdə və ya ərizə verildikdən sonra əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunmasına dair ərizə (hüquqi şəxs ƏDV qeydiyyatında olduqda), vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında arayış (təsərrüfat subyekti olduqda), nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə (NKA-sı olduqda), POS- terminal olduqda qeydiyyatdan çıxarılmaqla, vergi ödəyicisinin aktiv bank hesablarının bağlanılmasına dair məlumat, ləğvetmə balansı, yekun bəyannamələr və təqdim edilməmiş bəyannamələr (mövcud olduqda) tələb oluna bilər.

Əlaqə üçün: 
https://www.taxes.gov.az/az/page/elaqe
https://www.taxes.gov.az/az/page/vs2023