Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Möhsün Seyidov Mirələkbər m.***@gmail.com ID: 4791
Salam. Mən qeydiyyatdan keçdiyim mobil nömrəni artıq işlətmirəm. Hesabda yiğılan məbləği köçürmə və ya ödəniş etmək istədikdə köhnə nömrəmə sms göndərilir, qeyd etdiyim kimi o nömrəni artıq işlətmədiyim üçün əməliyyatı sona çatdıra bilmirəm. Nömrəni dəyişdirmək istəyim də uğursuz oldu. Qeyd edilənləri nəzərə alaraq qeydiyyatdan keçdiyim köhnə nömrəni yenisi ilə necə əvəz edə bilərəm ki, sms göndərildikdə oxuya bilim və əməliyyat sonlansın. Əvvəlcədən təşəkkür edirəm!
10/06/2021 Oxunub: 50 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Həsənov Müşfiq Məmməd oğlu ha***@mail.ru ID: 4789
Şirkət ƏDV ödəyiçisidir və müqavilə əsasında sifarişçilərə istixanaların konstruksiyasının quraşdırılması xidmətini həyata keçirir. Şirkət icarəyə götürdüyü ofisinin mənzilini qeydiyyata almışdır. Əlavə olaraq POS terminal quraşdırılmasına ehtiyac var?
10/06/2021 Oxunub: 156 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.11-1-ci maddəsinə əsasən nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin müddəalarına əsasən ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması üçün müvafiq POS-terminallar quraşdırılmalıdır.

POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları” ilə tənzimlənir.

Adıçəkilən qərarda dövriyyəsindən və ərazisindən asılı olmayaraq ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən) POS-terminalların məcburi quraşdırılması tələb olunur. Buna əsasən sorğunuzda qeyd olunan müəssisənin təsərrüfat subyektində POS-terminalın quraşdırılması məcburidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əhmədov Hümbət Məhəmməd Oğlu hu***@gmail.com ID: 4788
Biz əlvan metalları tədarük edib (alüminium, latun, sink, mis qırıntıları) daha sonra onları emal edərək ixrac edirik. Malları əsasən Vergi orqanında qeydiyyatda olmayan vətəndaşlardan alırıq. Onu da nağdsiz hesablaşma haqqında qanunun 3.5 maddəsinə uyğun ödəniş aparmaqla, Vergi məcəlləsinin 71.2 maddəsinə uyğun elektron alış aktları tərdib edib,Vergi məcəlləsinin 101.6 maddəsinə əsasən xərclər çıxılmadan 2% tutub qalan hissəsini nəğd ödəyirik. Vergi məcəlləsinin 102.1.7. maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir; vergidən azaddır. Bu maddəyə uyğun olaraq bilmək istəyirik ki, alüminium, latun, sink, mis qırıntıları vergidən azaddırmı? Bundan əlavə vergi orqanında qeydiyyatda olmayan vətəndaş neçə manatlıq qırıntı və sair materiallar təhvil verə bilər? Ona hər hansı məhdudiyyət varmı, əgər varsa nə qədərdi? Nə zaman sahibkar hesab olunub ona VÖEN açılması tələb olunur? Qəbul edilmiş və 2% vergi tutulmuş malın dəyərinə yenidən vergi hesablanırmı?
10/06/2021 Oxunub: 215 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu və utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu qeyd olunmuşdur.

Gəliri ödəyən şəxslər gəlir vergisini hesablamağa, hesablanmış vergini hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməyə və "Ödəmə mənbəyində tutulan vergi" bəyannaməsini rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar.

Vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir. Vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışının rəsmiləşdirilməsi zamanı mətbəədən sifariş olunmuş alış aktlarından istifadə olunmasına məhdudiyyət nəzərdə tutulmamışdır.

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Əsas: Vergi Məcəlləsinin 71-2-ci, 101.6-cı, 150.1.14-cü, 150.3-4-cü maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əli Həsənov al***@gmail.com ID: 4787
Salam, sualım belədir. Səhm emissiyası gəliri (səhmin nominal dəyərdən artıq qiymətə təqdim edilməsindən yaranan gəlir) vergitutma məqsədləri üçün vergi tutulan gəlirə aid edilirmi? Əvvəlcədən təşəkkür edirəm.
10/06/2021 Oxunub: 107 Orta qiymət: 0

Bildiririk ki, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir). Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məhərrəmov Etibar Həsrət oğlu me***@mail.ru ID: 4785
Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” təsdiq olunmuşdur ki, illik gəliri 200 min manatadək və ya işçilərin orta siyahı sayı 10 nəfərdən çox olan sakibkar mikro sahibkar hesab olunur. SUAL: Qeyd olunanları nəzərə alaraq ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatatadək olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Azərbaycan Respublikasının ərzsizində xarici hüquqi şəxsə xidmət göstərdiyi halda sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi? Nəzərə alsaq ki, xarici hüquqi şəxs Məcəllənin 13.2.4-cü maddəsinə əsasən vergi ödəyicisi hesab edilmir.
10/06/2021 Oxunub: 125 Orta qiymət: 0

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsində yalnız vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən şəxslər istisna edildiyindən, qeyri-rezident hüquqi şəxslərə xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Sorğunuza əsasən, gəlirlərinizin yalnız qeyri-əhali tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq qeyri-rezident hüquqi şəxslərə  xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nargilə Tağıyeva Lətif qızı na***@gmail.com ID: 4783
Salam. MMC-ni QSC-yə çevirən zaman Vergi İdarəsinə hansı sənədləri toplayıb müraciət etmək lazımdır və Vergi xidmətində bu məsələ ilə bağlı olan prosedurlar nələrdən ibarətdir? Əvvəlcədən təşəkkür edirəm.
10/06/2021 Oxunub: 197 Orta qiymət: 5

Bildiririk ki, məhdud məsuliyyətli cəmiyyətin səhmdar cəmiyyətə çevrilməsi hüquqi şəxsin yenidən təşkil edilməsinə aid edilir. Hüquqi şəxsin yenidən təşkili onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.

Nəzərə almaq lazımdır ki, qapalı səhmdar cəmiyyətin nizamnamə kapitalının minimum həddi 10 milyon manat, iştirakçılarının say həddi isə 50 fiziki və hüquqi şəxslərdən ibarət olmalıdır.

Yenidən təşkil nəticəsində yaradılan kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Dövlət Vergi Xidmətinin müvafiq qeydiyyat orqanına notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” ilə müraciət edilir. Ərizəyə isə aşağıdakı sənədlər əlavə edilməlidir:

- “Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat”;

- yenidən təşkil haqqında qərar;

- təhvil aktı və ya bölünmə balansı;

- mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat;

- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə”;

- təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqələrinin surəti;

- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə”;

- təsisçi hüquqi şəxsin (şəxslərin) dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin (dövlət reyestrindən çıxarışların) və nizamnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti;

- səhmdar cəmiyyətinin təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə;

- səhmdar cəmiyyətinin  təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərarlar;

- “Müşahidə şurasının üzvləri barədə məlumat” (müşahidə şurası seçilmişdirsə (şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə));

- “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə);

- səhmdar cəmiyyətinin təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

- hüquqi ünvanını təsdiq edən sənəd;

- dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz);

- nizamnamə kapitalı pul formasında deyil, əmlak formasında qoyulduqda, həmin əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi;

- ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi;

- etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda);

-  bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda müvafiq orqanın ilkin razılığını təsdiq edən sənəd;

Eyni zamanda məhkəmə tərəfindən hüquqi şəxs barədə cinayət-hüquqi tədbirin təyin edilib-edilməməsi və məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunub olunmaması, qəbul olunubsa həmin qərarın tam icra edilib-edilməməsi və ya ləğv edilməsi barədə məhkəmədən müvafiq sənəd də əlavə olunur.

Əsas: Mülki Məcəllənin 55-58-ci, 92-ci, 98-ci və 103.2-ci maddələri, Azərbaycan Respublikasının 12 dekabr 2003-cü il, tarixli 560-IIQ nömrəli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında” Qanununun 9-cu maddəsi 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Elnur İbrahimov el***@hotmail.com ID: 4782
Salam. Bizim fəaliyyətimiz ticarətdir, dəqiq desək marketdir. Bildiyiniz kimi, ƏDV-lii və ƏDV-dən azad olan mallar satırıq. Misal üçün ay ərzində 400 min manat Firmalara ödəniş oldu və bu ödənişin 350 min manatı ƏDV-li firmalara oldu, qalan 50 min manatI ƏDV-siz firmalara. Ay sonu hesabat verəndə əvəzləşmə edəcəyim məbləğ məlum məsələdir ki, 350 minin ƏDV-si yəni 53 min manat məbləğində olacaq. Vergi Məcəlləsinin 175.4-cü maddəsinə istinadən ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotunu apardığımız üçün, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirmək istəyirik. Amma bizə uyğunsuzluq məktubu gəlir ki, 315-ci sətrdə 175.4-cü maddəsinə istinadən əvəzləşdirməyə yol verilməyən hissəsində məbləğ göstərilməmişdir. Biz əgər bu məbləği göstərmiş olsaq məlum məsələdir ki, əvəzləşən rəqəm azalacaq və ƏDV borcumuz artacaq. Biz necə edək ki, hər dəfə bu uyğunsuzluq gəlməsin? Çünki yuxarıda da dediyimiz kimi 175.4-cü maddəyə istinadən uçotunu ayrı aparırıq və tam şəkildə əvəzləşmə olunmasını istəyirik.
10/06/2021 Oxunub: 158 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən həmin əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) satışı üzrə uçot ayrı-ayrılıqda (ƏDV-dən azad olunan malların satışı üzrə ayrılıqda sənədləşdirilmiş məlumatlar mövcud olduqda) aparıldığı halda ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar üzrə ayrı-ayrılıqda aparılmadıqda ƏDV-nin əvəzləşdirilməsi Vergi Məcəlləsinin 175.4-cü maddəsinə uyğun olaraq aparılmalıdır.

Vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır, kənarlaşma yarada biləcək hallar olduqda, vergi ödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onlara aid müvafiq məlumatlar istənilir, izahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır.

Əsas: Vergi Məcəlləsinin 37-ci və175-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Hacıbəy Ələskərov Əbülfərz ha***@bk.ru ID: 4781
Salam! Yerli bələdiyyə orqanı icarəyə verdiyi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə ötən illər üzrə neçə ilin vergi borcunu icarədardan tələb edə bilər? Ümumiyyətlə bilmək istəyirəm ki, gecikdirilmiş vergi borcu müəyyən bir müddətdən sonra sıfırlanırmı?
10/06/2021 Oxunub: 124 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxslər və bələdiyyə müəssisələri özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra 1 ay ərzində bələdiyyələrdə uçota durmalıdırlar.

Bələdiyyələr tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır və bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir.

Eyni zamanda, vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

Əsas: Vergi Məcəlləsinin 85.4-cü, 203-cü, 205-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Murad Kərimov Qadir mu***@gmail.com ID: 4780
Fəaliyyətin dayandırılması tarixini uzadılması.
10/06/2021 Oxunub: 67 Orta qiymət: 0

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi yutub səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0

Əsas: Vergi Məcəlləsinin 16.3-cü maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Abdullazadə Elxan Əlixan da***@gmail.com ID: 4779
Salam. 1. Hüquqi müəssisənin təsisçisi fiziki şəxs kimi vergi orqanından qeydiyyatdan keçməlidirmi? 2. Təsisçi öz avtomobilini müəssəyə icarəyə verə bilərmi? 3. Təsisçi müəssəyə borc verib faizsiz və vergisiz geri ala bilərmi? 4. İki və daha artıq hüquqi müəssisə öz arasında maliyyə vergi yükü olmadan maliyyə yardımı edə bilərmi?
10/06/2021 Oxunub: 177 Orta qiymət: 0

Cavab 1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

Bildiririk ki, istənilən şəxs qanunla qadağan olunmayan sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi və ya hüquqi şəxs yaratmaqla həyata keçirə bilər. Hüquqi şəxsin təsisçisinin vergi orqanında fiziki şəxs kimi qeydiyyata alınması tələb olunmur. 

Cavab 2. Bildiririk ki, fiziki şəxs tərəfindən ona məxsus əmlak təsisçisi olduğu hüquqi şəxsin istifadəsinə verildikdə tərəflər arasında bazar qiymətləri nəzərə alınmaqla icarə haqqı müəyyən edilməli və ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Cavab 3-4. Bildiririk ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Buna əsasən, təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. 

Eyni zamanda qarşılıqlı əlaqəli olmayan şəxslər arasında bağlanmış müqaviləyə əsasən verilmiş faizsiz borc məbləğinə bazar qiyməti nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 99.3.5-ci və 123.1-ci maddələri, Mülki Məcəllənin 4-cü fəsli.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nurəddin Novruzov Novruz nu***@mail.ru ID: 4777
Salam. Kiçik və ya mikrosahibkarlıq müəssisələrində amortizasiyaya tətbiq olunan 1.5 və 2 əmsal qeyri-maddi aktivlərin amortizasiyasında olan 10 faiz və illər üzrə bölgüyə tətbiq olunurmu?
09/06/2021 Oxunub: 104 Orta qiymət: 5

Bildiririk ki, əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır və gəlirdən çıxılır.

Eyni zamanda, vergi ödəyicisi mikro sahibkarlıq subyektinə aid olduqda 114.3-cü maddədəki (o cümlədən qeyri-maddi aktivlər üzrə) dərəcələrə 2 əmsal tətbiq etməklə, kiçik sahibkarlıq subyekti olduqda isə 1.5 əmsal tətbiq etməklə hesablamaq hüququ var.

Əsas: Vergi Məcəlləsinin 114-cü, 115-ci maddələri, Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”.

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Ülviyyə u.***@gmail.com ID: 4776
Vergi Məcəlləsinin 218-1.1.5.1-ci maddəsinə əsasən 3 ildən çox yaşayış sahəsinin təqdim edilməsinə görə azadolmaq hüququ qeydiyyat ilə şərtləndirilib. Hal-hazırki vəziyyətə görə, yeni tikililərdə yaşayan şəxslər məlum obyektiv və subyektiv səbəblərdən mülkiyyətçisi olduqları mənzilə qeydiyyata düşə bilmirlərsə, qeyd olunan mənzilin təqdim edilməsi zamanı, həmin mənzildə 3 ildən çox müddətə yaşadıqlarını sübut edən arayış, güzəşt hüququndan istifadə etməyə əsas verə bilərmi?
09/06/2021 Oxunub: 82 Orta qiymət: 3

Bildiririk ki, fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi sadələşdirilmiş vergidən azaddır.
Eyni zamanda, yaşayış yeri üzrə qeydiyyatda olma müddətindən aslı olmayaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış sahələrinin 30 kvadratmetrədək olan hissəsi sadələşdirilmiş vergidən azaddır.
Qeyd olunanlara əsasən fiziki şəxsin yaşayış yeri üzrə 3 (üç) təqvim ilindən az müddətdə rəsmi qeydiyyatda olduğu yaşayış sahəsinin (mənzilinin) təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan hissəsindən notarius tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanır və hesablanmış vergi məbləği yaşayış sahəsini təqdim edən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilir.
Əsas: Vergi Məcəlləsinin 150-ci və 218-1-ci maddələri.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Aysel Ağasəfova Hidayət ay***@gmail.com ID: 4775
Salam. Vergilər nazirliyinə işə qəbul üçün növbəti imtahan nə zaman olacaq?
09/06/2021 Oxunub: 48 Orta qiymət: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Hazırda müsabiqə ilə bağlı yeni məlumat olmadığından, hər hansı məlumatın verilməsi imkan xaricindədir.  

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə rəsmi qaydada müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elçin İmaməliyev Mətləb el***@bk.ru ID: 4774
Salam. Təşkilat tərəfindən işçinin vəfatı ilə əlaqədar olaraq orta aylıq əmək haqqının 3 misli miqdarında ödənən dəfn pulundan İcbari Tibbi sığorta haqqı və İşsizlikdən sığorta haqqı tutulur yoxsa yox? Tutulmursa, zəhmət olmasa maddələri yazarsınız. Təşəkkür.
09/06/2021 Oxunub: 138 Orta qiymət: 5

Bildiririk ki, işçinin vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinətin gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığı üçün həmin müavinətdən ümumi qaydada gəlir vergisi tutulub dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin 4-cü abzasının müddəalarına əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqlarından azaddır.

Qeyd olunan müavinət Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə daxil olmadığından icbari tibbi sığorta və işsizlikdən sığorta üzrə sığorta haqlarına cəlb olunmur.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102-ci və Əmək Məcəlləsinin 77-ci, 154-cü maddələri, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Faiq Əhmədov fa***@gmail.com ID: 4773
Hüquqi şəxs və ya fərdi sahibkarın bank hesabında icra edilməmiş vergi sərəncamı olduğu halda onun hesabının sərəncam icra edilmədən bank tərəfindən bağlanması AR qanunvericiliyinə uyğundurmu? Ümumiyyətlə bu proses hansı qanunvericilik aktı ilə tənzimlənir? Qeyd olunan hallarda hesab bank tərəfindən bağlanıb və sərəncam Vergi orqanına qaytarıla bilərmi? Qaytarıldığı halda Vergi orqanının mövqeyi necə olur? Aşağıdakı sənədin 8.12-ci bəndini əsas götürməklə hesabın Bank tərəfindən bağlanması qanunvericiliyə uyğundurmu? http://www.e-qanun.az/framework/27121 Təşəkkür edirəm.
08/06/2021 Oxunub: 96 Orta qiymət: 3

Bildiririk ki, Vergi Məcəlləsində vergi orqanı tərəfindən banklara və ya kredit təşkilatlarına verilən sərəncamların yalnız vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı digər bankda və ya kredit təşkilatında olan milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındığı və ya dondurulduğu hallarda geri qaytarılması nəzərdə tutulmuşdur.

Eyni zamanda bank hesabının bağlanması əsasları Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 10 iyun 2019-cu il 1951100026 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” ilə müəyyən edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 65-ci maddəsi və “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 10 iyun 2019-cu il 1951100026 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”.

3/5 (5 Orta qiymət)
Qiymət ver:
İmanlı Kənan İlqar oğlu im***@mail.ru ID: 4772
Mən 17.04.2017-ci il tarixində fəaliyyətimi dondurmuşam. 12.04.2021- ci il tarixində fəaliyyətim xəbərim olmadan aktivləşdirilib. Fəaliyyətim 5 il müddətində dondurulubsa nəyə görə 2021- ci ildən aktiv olub? Xidmətə fəailiyyətin ləğv edilməsi haqqında ərizə göndərmişəm. Orada qeyd edilirki mənim 2 göstərilməmiş bəyannaməm mövcuddur.Fəaliyyətim olmadıqım təqdirdə bəyannaməni necə göndərə bilərəm və bu məsələ necə həllini tapacaq?
08/06/2021 Oxunub: 83 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Samir İmanov Natiq sa***@gmail.com ID: 4771
Salam. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər sosial sığorta haqqı ödəməlidirlər. Dövlət tərəfindən verilən pay torpaqlarında ailə üzvlərinin hər birinin payı olduğu üçün hər bir ailə üzvü mülkiyyətçi kimi qiymətləndirilməlidirmi?
08/06/2021 Oxunub: 160 Orta qiymət: 3

Bildiririk ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edir. Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və torpaq aktının surəti ərizəyə əlavə edilməlidir.

1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar doldurulur. 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur və FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir.

Kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sığorta haqqı ödəyənlər istisna olmaqla) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqına nisbətdə aşağıdakı miqdarda hesablanması nəzərdə tutulur:
- 5 hektaradək olduqda - 2 faiz miqdarında;
- 5 hektardan 10 hektaradək - 6 faiz miqdarında;
- 10 hektardan yuxarı - 10 faiz miqdarında.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin sosial sığorta yükünün azaldılması və sosial sığorta haqqının minimum aylıq əməkhaqqının müəyyən misli məbləğində hesablanması, habelə bu sahədə inzibatçılığın və prosedurların sadələşdirilməsi məqsədi ilə dövlət sosial sığorta haqqı "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" alınarkən ödənilir və bu fəaliyyət üzrə bəyannamələrin (hesabatların) təqdim edilməsi tələb olunmur.

Əsas: "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Mövsümov Rahib Şahin Ra***@mail.ru ID: 4770
Salam. Mən onlayn satışla məşğul olmaq istəyirəm. Buna görə də özümə hesab nömrəsi açmaq istəyirəm. Mənə köməklik edərdiniz. Mən nə etməliyəm?
08/06/2021 Oxunub: 107 Orta qiymət: 5

Bildiririk ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Sorğunuzda qeyd olunanlara əsasən nağdsız satışı həyata keçirmək üçün ilk olaraq bank hesabı açmağınız tələb olunur. Fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Rəşad Məmmədəliyev Mirəzim oğlu ra***@gmail.com ID: 4769
Salam, zəhmət olmasa baxardız Məmmədov Natiq Faiq oğlu (VÖEN: 5700096532). Bu şəxsin əlaqə nömrəsi lazımdır.
08/06/2021 Oxunub: 66 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisinin telefon nömrəsi barədə məlumat kommersiya (vergi) sirri hesab olunan məlumat sayılır və “Sual-cavab” bölməsində kommersiya (vergi) sirri təşkil edən məlumatlar verilmir.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Hafiz Cəlil Afiq oğlu ha***@yahoo.com ID: 4768
Salam. Karantin dövründə fəaliyyətinə icazə verilməyən sahələrdən vergilər (konkret olaraq bələdiyyə torpaq vergisi) tutulurmu, hansı qaydada tutulur, güzəş olunurmu? Bununla bağlı əsaslandırılmış məlumat verməyinizi xahiş edirəm.
08/06/2021 Oxunub: 76 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər əmlak və torpaq vergiləri üzrə tam məbləğdə 1 yanvar 2020-ci il tarixdən bir il müddətində vergidən azad edilmişlər. 

Qeyd olunanlara əsasən, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən əmlaklara münasibətdə Vergi Məcəlləsinin 224.1-ci maddəsinin müddəalarına uyğun olaraq əmlak və torpaq vergiləri üzrə məbləğdə azadolma tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 222-ci, 223-cü və 224-cü maddələri

5/5 (1 Orta qiymət)
Qiymət ver: