Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Pərviz Mənsimov Nazir pe***@gmail.com ID: 4733
Salam. Mən VÖEN-im var sadəcə dondurmuşdum. İndi isə ünvanlı dövlət sosial yardım almaq üçün VÖEN-i bərpa etməliyəm. Bunun üçün hansı sənədlər lazımdır? Dünən mənə Vergi195-dən mesaj gəldi ki "Sabit qəbz" almaqla fəaliyyət göstərməli olduğunuzdan "Sabit qəbz" almağınız Sizə tövsiyə olunur. Bu mesajın niyə gəldiyini anlamadım. Xatırladıram ki, haızrda işsizəm. Əvvəlcədən təşəkkür edirəm.
01/06/2021 Oxunub: 95 Orta qiymət: 5

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=kvniIYW5518

Həmçinin bildiririk ki, ünvanlı dövlət sosial yardımı haqda məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142,www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Hümbətov Pərviz Səhradar oğlu H.***@GMAIL.COM ID: 4731
Salam, mən taksi fəaliyyəti ilə VÖEN açdırmışdım və indi bağlatdırmaq, yəni ləğv etdirmək istəyirəm. Zəhmət olmasa, bunu necə edə biləcəyim haqda mənə məlumat verərdiz.
01/06/2021 Oxunub: 110 Orta qiymət: 5

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Məmmədova Sevinc Əjdər qızı La***@gmail.com ID: 4728
Salam, yoldaşım Məmmədov Çingiz Şahmar oğlunun (VÖEN 2900682892) bilmək istərdim nə qədər vergi borcu var? Zəhmət olmasa, cavablandırın.
31/05/2021 Oxunub: 84 Orta qiymət: 5

Bildiririk ki, Məmmədov Çingiz Şahmar oğlunun (VÖEN 2900682892) vergi borcu mövcud deyil. Bununla yanaşı, vergi ödəyicisi digər öhdəliklərinin və ya təqdim etmədiyi bəyannamələrin (hesabatların) olub-olmaması haqda məlumat üçün, qabaqcadan onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər. 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Elnur Atakişiyev at***@gmail.com ID: 4727
Salam. Bildiyimiz kimi personal yeməyi xərci gəlirdən çıxılmayan xərcdir. Əgər işə aşpaz cəlb edib onunla əmək müqaviləsi bağlasaq, bu zaman onun əməkhaqqısı və ödənilən icbari ödənişlər gəlirdən çıxılan xərcdir, yoxsa deyil? Öncədən təşəkkürlər.
31/05/2021 Oxunub: 117 Orta qiymət: 0

Bildiririk ki, sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakter daşıyan vergi ödəyicisinin bu cür fəaliyyəti çərçivəsində çəkilən əyləncə və sosial xərcləri istisna olmaqla əyləncə və yemək xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Bununla yanaşı, işçilərə yeməyin hazırlanması məqsədilə işə cəlb olunan aşpaza ödənilən əməkhaqqı gəlirin əldə edilməsi ilə bağlı olmadığından, gəlirdən çıxılan xərclərə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Azər Qaragözov az***@mail.ru ID: 4726
VÖEN 2002178962 birdəfəlik bağlanmasını istəyirəm.
31/05/2021 Oxunub: 114 Orta qiymət: 5

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Müvafiq normativ hüquqi aktlara əsasən vergi orqanında bir sıra prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin məlumat üçün bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Burhan ra***@hotmail.com ID: 4725
Əgər VÖEN paltar satışı üzrə alınıbsa, ərzaq satışı ilə də məşğul ola bilərəmmi?
31/05/2021 Oxunub: 140 Orta qiymət: 5

Bildiririk ki, vergi uçota alınarkən vergi orqanına təqdim etdiyiniz ərizədəki fəaliyyət növü ilə faktiki fəaliyyət növü fərqli olduqda, fəaliyyət növünün dəyişdirilməsi üçün yeni fəaliyyət növünü müvafiq xanada qeyd etməklə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müvafiq ərizə forması ( “Fiziki şəxsin uçotu haqqında ərizə”) təqdim olunmalıdır.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda isə İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki ““Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”elektron xidmətləri üzrə inzibati reqlamentlər vasitəsilə əldə edə bilərsiniz.

İqtisadi fəaliyyət növlərinin təsnifatı ilə səhifəmizin "Bir pəncərə" bölməsində tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 07.10.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Məlahət Mirzəyeva Məhərrəm m.***@gmail.com ID: 4724
Salam. İşçiyə məzuniyyət haqqı məzuniyyətin başlamasına 3 gün qalmış ödənilməlidir. Məsələn işçi iyun ayinın 1dən 25 gün məzuniyyətə çıxır və məzuniyyət haqqını may ayının əmək haqqısı ilə birlikdə alır. Əmək haqqı və məzuniyyət pulu vergiyə və digər tutulmalara necə cəlb olunur? Məzuniyyət pulu may ayının əməkhaqqı ilə birlikdə verildiyi halda Vahid bəyannaməni təqdim edərkən bunu necə əks etdiririk? İyun ayına nə yazırıq bəyannamədə?
31/05/2021 Oxunub: 152 Orta qiymət: 4

Bildiririk ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta haqqına cəlb olunur və hesabat rübündə aid olduğu ayda göstərilir.

Bəyannamənin (hesabatın) tərtib olunması haqda, praktiki köməklik üçün Dövlət Vergi Xidmətini Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

4/5 (1 Orta qiymət)
Qiymət ver:
İlyas Xuduyev xu***@mail.ru ID: 4722
Salam hər vaxtınız xeyir. Torpaq vergisi ilə əlaqədər müraciət etmişəm. VÖEN hesabımı bilmək istəyirəm. Xüsusi mülkiyyət olan torpaq sahəsinin VÖEN hesabı dövlət tərəfindən yaradılır yoxsa bələdiyyə orqanı tərəfindən. Bir də torpaq sahəsi 15.09.2020 ci ildən adıma sənədləşdirilib.
31/05/2021 Oxunub: 95 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 203-cü maddəsinə əsasən fiziki şəxs torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənədləri aldıqdan sonra 1 ay ərzində bələdiyyədə uçota durmalı və bələdiyyə tərəfindən hesablanmış torpaq vergisini bələdiyyə büdcəsinə ödəməlidir.

Torpaq sahələrinin hər bir kateqoriyası üzrə həmin sahələrin yerləşdiyi ərazidən asılı olaraq torpaq vergisinin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş  “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 203-cü, 206-cı maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Kənan Şıxıyev ka***@mail.ru ID: 4721
Bu gün, yəni 30.05.2021 ci il tarixində 28 May metrosunun yanında yerləşən "Extra Brend" mağazasından 2 ədəd paltar aldıq və paltarlara 60 manat pul ödədim. Kassa çeki tələb edəndə dedilər ki, bizdə fiksal İD yoxdur. Daha sonra orada pulla məşğul olan bir bəydən soruşdum, o da elə cavab verdi ki, gəl görəsən. Mənə maraqlıdır, bəs mən haqqımı necə və kimdən tələb edim. Vergilər Nazirliyi bu işlə məşğul olursa, indiyənə kimi niyə burada araşdırma aparılmayıb?
31/05/2021 Oxunub: 134 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci və 58.7-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Orxan Gülməmmədov Abuzər oğlu or***@mail.ru ID: 4718
Salam. Adımda VÖEN olmadığı alda VÖEN var. Adıma borc görsənir. Necə eləyə bilərəm?
29/05/2021 Oxunub: 50 Orta qiymət: 0

Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi" elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə şəxsin vergi orqanında qeydiyyatda olması vəziyyətini müstəqil şəkildə yoxlaya bilərsiniz.

Vergi ödəyicisi kimi uçotda olmadığınız halda, telefon nömrənizə mesaj səhvən gəldikdə xətanın aradan qaldırılması üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nağıyev Fərhad Nağı nf***@gmail.com ID: 4717
Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. Qeyd edilən maddədə göstərilən "malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparılması" ifadəsi üzrə praktiki izahat verilməsini xahiş edirəm. Yəni ayrılıqda uçot aparmaq dedikdə həmin məhsulları fiziki olaraq ayrı anbarlarda yerləşdirmək, həmin mallar üzrə sənədləri ayrılıqda toplamaq, həmin mallar üzrə dövriyyəni ayrılıqda göstərmək kimimi qəbul edilir?
29/05/2021 Oxunub: 186 Orta qiymət: 3

Bildiririk ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən həmin əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) satışı üzrə uçot ayrı-ayrılıqda (ƏDV-dən azad olunan malların satışı üzrə ayrılıqda sənədləşdirilmiş məlumatlar mövcud olduqda) aparıldığı halda ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Adıçəkiləm maddədə, Vergi Məcəlləsinin 164-cü maddəsində qeyd olunan əməliyyatların uçotunun (həmin məhsulların alışı və satışı üzrə məlumatların mühasibat uçotunun və Vergi Məcəlləsinin tələblərinə əsasən sənədləşdirilməsi nəzərdə tutulur. 

Mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar üzrə ayrı-ayrılıqda aparılmadıqda ƏDV-nin əvəzləşdirilməsi Vergi Məcəlləsinin 175.4-cü maddəsinə uyğun olaraq aparılmalıdır.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Nurullayev Eltac El***@gmail.com ID: 4713
2020-ci ilin noyabr, dekabr ayı Həsən adlı şəxs marşrutların yuyulduğu moykaya işçi axtarıldığın dedi. Mən də zəng elədim, əlaqə saxladım. Məni əmin etdi ki, işə gələndən bir gün sonra VÖEN açılacaq və qanuni işləyəcəksən. 3-4 gün keçəndən sonra mən ondan sənəd tələb edəndə o əmin edirdi ki, narahat olmayın, VÖEN-niz sistemdə var. Əgə polis saxlasa şəxsiyyət vəsiqəsi təqdim edərsiniz. İki ay keçdi və hələ də o bizə sənəd təqdim etmədi. Pulumuzu da verməmişdi. Hər dəfə deyirdi ki, maaşlar gecikir. Biz başladıq şübhələnməyə. Sonra araşdırıb dəqiqləşdirdik ki, demə bu özü vergidən yayınmaq üçün həmin moyka ilə müqaviləsiz işləyirmiş. Ona görə də bizim maaşları da vermir. Biz isə qanuni işlədiyimizi düşünürdük. İndi isə ondan pulumuzu istəyəndə bizə deyir ki, gedin hara istəyirsiniz müraciət edin. Biz ona dəfələrlə Dövlət Vergi Xidmətinə müraciət edib, qanuni şəkildə pulumuzu alacağımızı deyəndə o, boş şey olduğunu bizə təhqiramiz şəkildə sübut etməyə çalışır. Xahiş edirəm bu məsələyə hüquqi baxılsın.
29/05/2021 Oxunub: 120 Orta qiymət: 0

Bildiririk ki, işə qəbul olunarkən işəgötürən ilə ona məxsus iş yerində çalışan fiziki şəxs arasında, minimum əməkhaqqından az olmamaqla əməkhaqqı ödənilməklə fərdi qaydada yazılı əmək müqaviləsi bağlanmalı, bundan sonra əmək müqaviləsinin məlumatları işəgötürən və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilərək onun hüquqi qüvvəyə minməsi üçün müvafiq bildiriş əldə ediməlidir.

İşəgötürən tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 58.10-cu, Əmək Məcəlləsinin 7-ci, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci, Cinayət Məcəlləsinin  162-1-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Şahin Ahad sh***@gmail.com ID: 4712
Salam. Yutub kanalından gələn pulumu bankdan çıxara bilmirəm. Həmin bankda VÖEN bağlı hesabımın olmamasıdır. Ancaq digər bir bankda VÖEN-ə bağlı AZN bank kartım var. VÖEN bağlı olmayan bank hesabımdan, VÖEN-ə bağlı bank hesabıma transfer edilməsi mümkündürmü? Müştərisi olduğum bank bunu edə bilərmi?
29/05/2021 Oxunub: 122 Orta qiymət: 0

Bildiririk ki, banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatları yalnız vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verildiyini təsdiq edən sənədlər verildikdən sonra hüquqi şəxslərə və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərə milli və ya xarici valyutada cari və ya digər hesablar açmağa, bank sənədlərində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə hesablar üzrə əməliyyatlar aparmamağa borcludurlar.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 35-ci maddəsi, Vergilər Nazirliyinin Kollegiyasının 27 yanvar 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elcan Veliyev do***@mail.ru ID: 4711
Salam. "Youtube" kanalım var idi. Hazırda kanal bağlandı. "Youtube"da pulum var idi. Pulu dollar hesabına göndəriblər. VÖEN olmadığım üçün pulu ala bilmirəm. Bankda deyirlər VÖEN açdırmalıyam. Bir dəfə olacaq ödəniş üçün VÖEN açdırmağım nə qədər düzgündür? Pulumu almaq üçün başqa nə edə bilərəm?
28/05/2021 Oxunub: 126 Orta qiymət: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalısınız.

Eyni zamanda, banklar hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə, fərdi sahibkarlara yalnız onlar vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikatını təqdim etdikdən sonra bank hesabları açırlar.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Quluzadə Fərid Elçin qu***@gmail.com ID: 4710
Salam zehmet olmasa baxa bilersinizmi menim adimda vöen var ?
27/05/2021 Oxunub: 92 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi Quluzadə Fərid Elçin oğlu (VÖEN 1503804492) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Şahnaz Sofuyeva Məcid qızı Sh***@mail.ru ID: 4707
MMC spirt istehsalı sahəsini icarəyə götürüb. Müqavilə üzrə istifadə edilmiş işıq, su, qaz tərəfimizdən ödənilməlidir və bank hesabımızdan ödənilib. E-qaimələr icarəyə verənin adına gəldiyi üçün təqdim edilmiş Mənfəət vergisi bəyannaməsində Lokal Gəlirlər Departamenti istehsalatda istifadə edilən komunal xərclərin ləğvinə qərar verib. E-qaimə təqdim edilməyən kommunal xərclər hansı qayda ilə tənzimlənir? İcarəyə verən kommunal xərclər üçün icarəçiyə e-qaimə təqdim etməlidirmi?
27/05/2021 Oxunub: 188 Orta qiymət: 0

Bildiririk ki, icarəyə götürülmüş obyekt üzrə kommunal xərclərin hüquqi şəxs (icarəçi) tərəfindən digər şəxsə (icarəyə verən) və ya icarəyə verənin xeyrinə kommunal xidmətlər göstərən təşkilatın hesabına ödənilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulduğu halda, həmin ödənişlər icarəçinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Bununla yanaşı icarəyə verilmiş obyektin kommunal xərclərinə görə icarəyə verən şəxsə təqdim edilən elektron qaimə-fakturanın təkrar olaraq icarəçiyə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Qeyd olunan hal ilə əlaqədar təsdiqedici sənədləri və izahat məktubunu qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Bağırov Zahid Gülhəsən oğlu za***@gmail.com ID: 4706
Salam, bildiyimizə görə, A müəssisəsi öz istehsalı olan konservləşdirilmiş kənd təsərüffatı məhsulu xaricə ixrac etdikdə 0 dərəcə ilə vergi tətbiq olunur. Əgər A müəssisəsi həmin bu malı ölkə daxilində B müəssisəsindən və ya digər xarici ölkədən alıb ixrac edilirsə o zaman ixraca hansı vergi tətbiq olunur.
27/05/2021 Oxunub: 167 Orta qiymət: 5

Vergi ödəyicisi tərəfindən kənd təsərrüfatı məhsulları digər şəxslərdən alınaraq təqdim edildiyi halda həmin məhsullar onun istehsal etdiyi kənd təsərrüfatı məhsulu hesab edilmir və həmin məhsulların ölkə daxilində satışından və ixracından əldə olunan gəlirlərdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxılmaqla mənfəət vergisi hesablanır. 

Malların ixracı isə Vergi Məcəlləsinin 165-ci maddəsinə əsasən, istehsal olunmasından və ya digər şəxslərdən alınmasından asılı olmayaraq sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 104-cü və 165-ci maddələri.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Süleymanov Zaur Aydəmir Za***@mail.ru ID: 4702
Salam. MMC tərəfindən yarımfabrikat emal üçün malların emala göndərilməsi e-qaiməsi ilə qarşı firmaya göndərilir. həmin firmada mallara baxış keçirilərkən malların emala uyğun olmadığı barədə nəticəyə gəlinmişdir. Emal edən firma həmin malları (emala yararsız) e-qaimə üzərindən hansı bölməni seçərək həmin malları geri qaytarmalıdır? Bildirmək istəyirəm ki, emala göndərilən malların firmaya e-qaiməsi məbləğsiz olaraq gəlir (0 azn) Bəs, emala yararsız olan malları, e-qaimə üzərindən hansı bölməni seçərək məbləğsiz (yalnız miqdar ifadəsində) geri qaytara bilərik?
26/05/2021 Oxunub: 135 Orta qiymət: 5

Bildiririk ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal sahəsində istehsal ehtiyatlarının mədaxilinin, hazır məhsulların anbara mədaxilinin və satışının sənədləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir. 

“İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın müddəalarına əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri istehsal ehtiyatlarını digər vergi ödəyicilərindən aldıqda, mal göndərən tərəfindən bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura təqdim edilir. İstehsal ehtiyatlarının anbara mədaxilinin uçotu məsul şəxslər, malların adları (növləri, partiyaları və s.), miqdarı və ya digər kəmiyyət göstəriciləri və saxlanma yerləri üzrə aparılır.

İstehsalı başa çatmış hazır məhsullar bu məhsullar üçün nəzərdə tutulmuş anbarlara təhvil verilir. Bu zaman istehsal sahəsinin məsul şəxsi tərəfindən istehsal olunmuş hazır məhsullar “Hazır məhsulların təhvil-qəbul aktı” ilə anbarın məsul şəxsinə təhvil verilir. “Hazır məhsulların təhvil-qəbul aktı”nda məhsullar kəmiyyət ifadəsində əks olunur. Anbara təhvil verilmiş hazır məhsullarla bağlı hesabat ayı bitdikdən sonra faktiki istehsal xərcləri əsasında qiymətləndirilmiş dəyərlə uçota alınır. Məhsulların istehsalı zamanı zay olmuş məhsullarla bağlı istehsal sahəsinin məsul şəxsi tərəfindən “Zay məhsullara dair akt” tərtib edilir. Düzəldilməsi mümkün olan və ya material ehtiyatı kimi istifadə edilə bilən zay məhsullar “Zay məhsulların təhvil-qəbul aktı” ilə anbarın məsul şəxsinə verilir. Hazır məhsulların itməsi, əskik gəlməsi, xarab olması, zay olması və oğurlanması “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”la sənədləşdirilir. 

Eyni zamanda emala verilmiş mallar emal prosesini tamamlayaraq hazır məhsula çevrildikdən sonra həmin hazır məhsullar vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 71-1.5.8-ci maddəsinə uyğun olaraq “Emal prosesi keçmiş malların qaytarılması barədə” elektron qaimə-faktura ilə rəsmiləşdirilir. Zay olmuş mallar barədə tərtib edilmiş aktlar üzrə xərclər tərəflər arasında tərtib edilmiş müvafiq sənədləşmə ilə (sərbəst formada tərtib edilmiş protokolla) ötürülə bilər.

Emal prosesi başa çatdıqdan sonra emala verilmiş malların müəyyən hissəsinin artıq qaldığı müəyyən edildikdə, həmin artıq qalan malların qaytarılması vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların tələblərinə uyğun olaraq “Malların qaytarılması aktı” tərtib edilməklə rəsmiləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci, 130-cu maddələri və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası" 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Cəbiyev Daşqin Paşa oğlu sa***@gmail.com ID: 4697
VÖEN aktiv və ya passiv olması haqda məlumat əldə etmək istəyirəm.
25/05/2021 Oxunub: 88 Orta qiymət: 2

Bildiririk ki, vergi ödəyicisi Cəbiyev Daşqin Paşa oğlu (VÖEN 2004679902) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

2/5 (1 Orta qiymət)
Qiymət ver:
Ceyhun Hüseynov ce***@mail.ru ID: 4695
Salam. Mən, 2020-ci ilin noyabr ayının 16-dan etibarən Nümayəndəlikdə nümayəndənin səlahiyyətlərinin müvəqqəti icraçısı təyin olunmuşam. Lakin, əmək müqaviləsi bildirişində dəyişiklik edərkən təsdiq üçün sabiq nümayəndə Mirzə Bayraməli Məmmədov rəhbər kimi qeyd edilir və mən bildirişi öz asan imzamla təsdiq edə bilmirəm. Mən nə etməliyəm?
25/05/2021 Oxunub: 60 Orta qiymət: 0

Bildiririk ki, rəhbər dəyişikliyinin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 iş günündən gec olmayaraq vergi orqanına müvafiq ərizə, yeni rəhbərin təyin olunması barədə qərar və yeni rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti ilə müraciət edilməlidir. Sənədlər vergi orqanına təqdim edildikdən sonra 5 iş günü müddətində dəyişiklik həyata keçirilir. Eyni zamanda, dəyişiklikdən sonra yeni təyin edilmiş rəhbər tərəfindən yeni ASAN imza sertifikatı əldə edilməlidir.

Əsas: "Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi Təlimatı"

0/5 (0 Orta qiymət)
Qiymət ver: