Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Bədrəddin Babayev bm***@gmail.com ID: 4812
Salam. "Vergilər" gəzetinin 21 iyun 2019 cu il tarixli nömrəsində "Kənd təsərrüfatı məhsullarının alğı-satqısına dair vergi öhdəlikləri" başlığı altında məqalə dərc edilmişdir. Həmin məqalədə keçmiş Vergilər Nazirliyinin departament direktoru bildirib ki, Məqalədən çıxarış - "Vergi ödəyicisi, kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki şəxslərdən malları alırsa, malların alış aktı-ciddi hesabat blankı üzrə alğı-satqı əməliyyatları həyata keçirilməlidir. Fiziki şəxsin adı və soyadı, şəxsiyyət vəsiqəsinin rekvizitləri, alınan malların tərkibi həmin alış aktında qeyd edilməlidir." Bu zaman əılavə olaraq hansı sənədlər tələb olunması ilə bağlı qeyd edilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı torpaqlarının təsdiqedici sənədləri də bu alış aktına əlavə edilməlidir. A.R. Vergi Məcəlləsinin 101.6. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Azad olunan gəlirlər isə məcəlləsinin 102.1.11. bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər. Xahiş edirəm, yuxarıda qeyd edilən kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı torpaqlarının təsdiqedici sənədlərinin vergi ödəyicisi tərəfindən həmin kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki şəxslərdən hansı məcəlləyə və ya hansı qaydalara əsasən tələb etməsi haqqında məlumat verəsiniz.
17/06/2021 Oxunub: 255 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 01.01.2019-cu ildən qüvvəyə minmiş 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.

Kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2024-cü ilin 1 yanvar tarixinədək, gəlir vergisindən isə müddətsiz azad edilmişdir.

Bunlarla yanaşı kənd yerlərində ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan istehsal və digər təsərrüfat fəaliyyətinin birgə həyata keçirilməsi ailə kəndli təsərrüfatı hesab edilir. Ailə kəndli təsərrüfatlarının fəaliyyəti sahibkarlıq fəaliyyəti sayılmır və dövlət qeydiyyatına alınmaları tələb olunmur. Bu təsərrüfatların uçotu bələdiyyələr tərəfindən aparılır. Ailə kəndli təsərrüfatının illik dövriyyəsi qanunvericiliklə müəyyən olunmuş miqdarı keçdikdə onlar dövlət vergi orqanlarında qeydiyyata alınmaqla sahibkarlıq fəaliyyəti subyekti kimi fəaliyyət göstərirlər.

Sahibkarlar tərəfindən həmin şəxslərdən kənd təsərrüfatı məhsullarının alışı malların alışına dair “Malların alış aktı” ciddi hesabat blankı ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir. Bu qaydada tərtib olunmuş alış aktına kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən satılan məhsulun onlara məxsus torpaqlarda yetişdirildiyini təsdiq edən sənədlər (həmin şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin və bu prosesdə istifadə olunan əmlakların müvafiq sənədlər) əlavə edilməli və həmin şəxslərə ödənilmiş məbləğlər barədə məlumat ərazi vergi orqanına verilməlidir.

Bunlardan əlavə, sahibkarlar tərəfindən kənd təsərrüfatı məhsulları ailə kəndli təsərrüfatından alındığı halda tərtib olunan “Malların alış aktı” ciddi hesabat blankına həmin təsərrüfatın bələdiyyə orqanı tərəfindən uçota götürüldüyünü təsdiq edən vəsiqənin surəti əlavə edilməli və həmin şəxslərə ödənilmiş məbləğlər barədə məlumat təsərrüfatın uçota alındığı bələdiyyəyə təqdim edilməlidir.

Qeyd olunan şərtlər daxilində ailə kəndli təsərrüfatlarından və kənd təsərrüfatı məhsullarının istehsalçılarından alınmış kənd təsərrüfatı məhsullarına görə onlara ödənilən məbləğdən ödəmə mənbəyində vergi tutulmur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 101-ci, 102-ci, 106-cı, 164-cü, 199-cu, 207-ci, 219-cu maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, Azərbaycan Respublikasının “Ailə kəndli təsərrüfatı haqqında” 14 iyun 2005-ci il tarixli 926-IIQ nömrəli və “Nağdsız hesablaşmalar haqqında” 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli qanunları. 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Fatma Süleymanova Məzahir fa***@abrisgroup.az ID: 4811
Müəssisə ləğv etmə ilə bağlı vergi orqanına müraciət etdikdə, hansı sənədləri təqdim etməlidir?
17/06/2021 Oxunub: 79 Orta qiymət: 0

Hüquqi şəxsin ləğv edilməsi proseduru haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Xəzər Rzazadə Azər r.***@gmail.com ID: 4810
Salam. Xaricdən alınmış borclara münasibətdə banklararası kredit hərracındaki faiz dərəcəsi tətbiq edilirmi? Tutaq ki, xarici A hüquqi şəxsindən 300 000 manat borc alınıb, müəssisənin xalis aktivlərinin dəyəri isə 100 000 manatdır və borc 30 faiz illik dərəcə ilə alınmışdır. Müəssisə 30 faiz olan faiz xərcini xərcə sala bilərmi?
17/06/2021 Oxunub: 121 Orta qiymət: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Nəzərə almaq lazımdır ki, xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır. 

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu və 110-cu maddələri.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Mirzə Ağabəyli aw***@mail.ru ID: 4809
Salam. İstifadəçi adımı və şifrəmi unutmuşam. Xaiş edirəm bu barədə mənə kömək edəsiz.
17/06/2021 Oxunub: 67 Orta qiymət: 5

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Xəyyam Cavadov xc***@gmail.com ID: 4806
Salam. Sualım belədir: Aptekimi bağlamaq istəyirəm. Bunun üçün nədən başlamalıyam və nələri sırası ilə etməliyəm. Əvvəlcədən təşəkkürlər.
16/06/2021 Oxunub: 114 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Kənan Vəliyev Məcnun ka***@gmail.com ID: 4805
Salam. Hüquqi şəxsin təsisçisinin xüsusi mülkiyyət formasında olan daşınmaz əmlakı vasitəsi ilə nizamnamə kapitalının artırılması məqsədi ilə, daşınmaz əmlakın hüquqi şəxsə təqdim edilməsi Vergi Məcəlləsinin 218.4.3. -cü maddəsinə əsasən sadələşdirilmiş vergi ödəməlidirlərmi? Vergi Məcəlləsinin 146-cı maddəsinə əsasən aktivlərin təqdim edilməsi vergi tətbiq edilmir.
16/06/2021 Oxunub: 178 Orta qiymət: 5

Bildiririk ki, təsisçi tərəfindən əmlakın hüquqi şəxsin nizamnamə kapitalına pay şəklində qoyulması aktivlərin vergiyə cəlb olunan təqdim edilməsi sayılmır və notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmur.
Əsas: Vergi Məcəlləsinin 146.1.1-ci maddəsi.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
İlqar Sadıxov il***@gmail.com ID: 4804
Standart bank Azərbaycanda bağlanıb, bildiriş gəlmədiyindən vergilər mənim səhifəmi tam bağlamır. Mən nə etməliyəm, 2 dəfə vergilərə getmişəm.
16/06/2021 Oxunub: 49 Orta qiymət: 5

Bildiririk ki, vergi uçotunuzun ləğv edilməsi üçün isə ərizəniz əsasında vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatmalıdır və bu barədə vergi ödəyicisinə məktub göndərilir.

Eyni zamanda bildiririk ki, Əmanətlərin Sığortalanması Fondu QSC  "BANK STANDARD" KB-nın ləğvedicisi təyin edilmişdir. Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müraciət etməyiniz tövsiyə olunur. 

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Allahquliyeva İlhamə Camaləddin qızı il***@gmail.com ID: 4802
Hörmətli vergi əməkdaşları! Xahiş edirəm, aşagıdakı sualla baglı ətraflı məlumat verəsiniz. Fiziki şəxs olaraq, alınmış (gətirilmiş) maşın və avadanlıqları hal-hazırda təsisçisi və direktoru olduğu hüquqi şəxsin balansına əsas vəsait kimi qeydiyyata salınması hansı qaydada aparılmalı və lazım olan sənədlər (müqavilələr,aktlar və s.) hansılardır?
16/06/2021 Oxunub: 141 Orta qiymət: 3

Bildiririk ki, Mülki Məcəllənin 90.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər.

Eyni zamanda Mülki Məcəllənin 104.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının qərarına əsasən səhmdar cəmiyyəti səhmlərin nominal dəyərini artırmaq və ya əlavə səhmlər buraxmaq yolu ilə nizamnamə kapitalını artıra bilər.

Əsas vəsaitlərin balansa daxil edilməsi üzrə sənədləşmə proseduru ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur. 

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Tural Neymətoğlu tu***@gmail.com ID: 4800
Salam! Mən çalışdığım xarici şirkətdən xüsusi endirimlə səhm almışam. İndi səhmləri satıb pulu nağdlaşdırmaq istəyirəm. Vergi ödənilməsi ilə bağlı maraqlanırdım. Əgər 1 səhmi = xüsusi endirimlə 10 ABŞ dollara almışamsa, və indi onu 20 ABŞ dollara sata bilsəm, vergi tutumu neçə faizdir və necə hesablanacaq? Öncədən təşəkkürlər!
14/06/2021 Oxunub: 135 Orta qiymət: 5

Bildiririk ki, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. 

Bundan səhm alğı-satqısından gəlir əldə edən fiziki şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 99-cu, 101-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Natiq Cəbiyev Adil oğlu na***@gmail.com ID: 4799
VÖEN-in aktiv və ya passiv olması ilə bağlı məlumat əldə etmək istəyirəm.
14/06/2021 Oxunub: 60 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi  Cəbiyev Natiq Adil oğlu (VÖEN 2901786022) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Ramazan Qasımlı qu***@gmail.com ID: 4798
Salam, məlumat üçün sizə bir neçə sual ünvanlamaq istəyirəm. 1. Hər hansı bir hüquqi şəxs vergi ödəyicisi olmayan vətəndaşdan kənd təsərrüfatı malı alışı etdikdə hansı sənədlər təqdim edilməlidir? 2. Bu zaman ödənilən məbləğə görə mədaxil qəbzi verilməlidirmi yoxsa elektron alış aktı kifayətdirmi? 3. Və yaxudda hər hansı bir vergi ödəyicisindən alış edildikdə bu proses necə olmalıdır?
14/06/2021 Oxunub: 214 Orta qiymət: 5

Biririnci və üçüncü suallarla bağlı bildiririk ki, vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Sahibkarlar tərəfindən həmin şəxslərdən kənd təsərrüfatı məhsullarının alışı malların alışına dair “Malların alış aktı” ilə sənədləşdirilməli və tərtib olunmuş alış aktına kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən satılan məhsulun onlara məxsus torpaqlarda yetişdirildiyini təsdiq edən sənədlər (həmin şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin və bu prosesdə istifadə olunan əmlakların müvafiq sənədlər) əlavə edilməli və həmin şəxslərdən alınmış malların dəyəri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında yaradılmış “elektron alış aktı” altsisteminə işlənilməlidir. 

Bunlardan əlavə, sahibkarlar tərəfindən kənd təsərrüfatı məhsulları ailə kəndli təsərrüfatından alındığı halda tərtib olunan “Malların alış aktı”na həmin təsərrüfatın bələdiyyə orqanı tərəfindən uçota götürüldüyünü təsdiq edən vəsiqənin surəti əlavə edilməli və həmin şəxslərə ödənilmiş məbləğlər barədə məlumat təsərrüfatın uçota alındığı bələdiyyəyə təqdim edilməlidir.

Qeyd olunan şərtlər daxilində ailə kəndli təsərrüfatlarından və kənd təsərrüfatı məhsullarının istehsalçılarından alınmış kənd təsərrüfatı məhsullarına görə onlara ödənilən məbləğdən ödəmə mənbəyində vergi tutulmur.

Eyni zamanda, vergi orqanında uçotda olmayan şəxs kənd təsərrüfatı məhsulu istehsalçısı olmadığı halda tədarük etdiyi kənd təsərrüfatı məhsullarını təqdim edərkən həmin şəxsdən ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergi tutulur. 

İkinci sualla bağlı bildiririk ki, vergi ödəyicisi tərəfindən nağd xərclənmiş pul vəsaitlərinin rəsmiləşdirilməsi, o cümlədən pul vəsaitlərinin kassaya mədaxili və məxarici üzrə sənədlərin tərtibi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 365 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası” ilə tənzimlənir. Həmin Qaydaya əsasən kassadan pul vəsaitləri məxaric edilərkən, pul vəsaitlərini alan şəxs kassa məxaric orderini imzalamaqla yanaşı həmin məbləğin alınması barədə orderdə qeyd aparır. Kassa məxaric orderinə əlavə edilən ödəniş sənədləri müvafiq olaraq vergi ödəyicisinin rəhbəri, fərdi sahibkar, baş mühasib və ya onların səlahiyyətli nümayəndələri, habelə xəzinədar (və ya bu vəzifə həvalə olunmuş şəxs) və pulu alan şəxslər tərəfindən imzalanır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 71-1-ci, 71-2-ci, 101-ci maddələri və “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 365 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Elnarə Sultanova Şəmşir el***@gmail.com ID: 4797
Salam. Bakalavr ixtisasım "Marketinq"dir. Vergi imtahaninda iştirak edə bilərəm?
14/06/2021 Oxunub: 56 Orta qiymət: 0

Bildiririk ki, səhifəmizin “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Memmedeliyev Veli kerem me***@gmail.com ID: 4796
Nar mobile mənim adıma olan nömrəni bağlı saxladığım üçün icazəsiz satışa çıxarılacaq, deyib məndən 37 manat pul istəyirlər. Niyə indi mən nömrəmi tələb ya ödədiyim məbləği geri qaytarmağı tələb edə bilərəm? Hə ya yox, niyə?
14/06/2021 Oxunub: 69 Orta qiymət: 3

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə qanunvericilik sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

İstehlakçı hüquqlarınızın pozulması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Onu da qeyd edək ki, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Miri Baba Baba mi***@gmail.com ID: 4795
Salam. Bakıda Səyyar kafe (Maşında) daimi bir yerdə qalacaq. Qarşısında 7-8 nəfərlik kiçik ölçülü stol stul qoyulacaq. Parklarda, universitet və ya məktəblərin qarşısında xidmət göstətə bilərmi? Bunun üçün vergi nə qədər olacaq? Hara, necə müraciət edə bilərik?
13/06/2021 Oxunub: 147 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və bu fəaliyyətlə məşğul olan fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlanan günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır.

Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin  uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Onu da bildiririk ki, malların səyyar (mövsümi) satışına olan müəyyən tələblərlə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda tanış ola bilərsiniz.

Bunula yanaşı nəzəriniz çatdırırıq ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən səyyar (mövsümi) ticarət yerlərinin müəyyən edilməsinə görə icazə tələb olunur.

Səyyar ticarətinin həyata keçirilməsinin reallaşdırılması barədə əlavə məlumatı aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-2) müraciət etməklə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 33.2-ci, 33.4-cü, 34.1-ci, 34.2-ci və 34.3-cü maddələri, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 20-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Abdullayev Elşən Beytulla el***@gmail.com ID: 4691
Salam Qapalı Səhmdar Cəmiyyət olaraq fəaliyyət göstərən müssisənin fiziki şəxs olan təsisçilərinə elan etmiş mənfəətindən (Mənfəət Vergi Bəyənnaməsinə əsasən) ödədiyi dividenddən ödəmə mənbəyindən (hər hansı tərəfdən) vergi tutulurmu?
11/06/2021 Oxunub: 246 Orta qiymət: 5

Bildiririk ki, emitent tərəfindən fiziki şəxslərə investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində gəlir vergisindən azaddır. Buna əsasən həmin tarixdən etibarən göstərilən fəaliyyət üzrə əldə olunan mənfəətdən səhmdar fiziki şəxslərə ödənilən dividendlər vergidən azaddır. Qeyd olunan azadolma yalnız fiziki şəxslərə şamil olunur. 

Mülki Məcəllənin 997-ci maddəsi ilə istiqrazlar və səhmlər investisiya qiymətli kağızlara aid edilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci və 102.1.22-ci maddələri, Mülki Məcəllənin 997-ci maddəsi.

5/5 (8 Orta qiymət)
Qiymət ver:
Cəmil Müslümov Cəlil oğlu ce***@gmail.com ID: 4794
Salam. Hər vaxtınız xeyir. Mən birinci dəfə adi vətəndaş üzrə asan imza sertifikatı aldım və elektron şəkildə VÖEN almaq üçün müraciət etdim. İndi mən sertifikatı tipini dəyişməliyəm? Əgər dəyişməliyəmsə elektron formada dəyişmək olur?
11/06/2021 Oxunub: 95 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyiciləri xidmət mərkəzlərinə gəlmədən özləri birbaşa internet üzərindən sertifikatın qüvvədə olma müddəti ərzində mövcud sertifikatının müddətinin uzadılması və ya “Şəxsi” tipli “Asan İmza” sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli “Asan İmza” (öz sahibkarlıq fəaliyyəti və ya təmsil etdiyi digər vergi ödəyicisi üçün VÖEN-ə bağlı olan) sertifikatlarının onlayn əldə olunması üçün ASXM-ə elektron qaydada müraciət edə bilərlər.

İstifadəçilər tərəfindən sertifikatın yenilənməsi üçün ərizənin göndərilməsi sertifikatın etibarlılıq müddətinin bitmə tarixindən öncəki 30 gün ərzində mümkündür. Onlayn müraciət ərizəsi sertifikat yalnız aktiv olduğu zaman göndərilə bilər. Eyni zamanda sertifikatın etibarlılıq müddəti bitəndən sonra 30 gün ərzində istifadəçi mobil operatora müraciət edib xidməti aktivləşdirməlidir, əks halda ərizə ləğv olunur. Vergi ödəyiciləri qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi prosedurları ilə Dövlət Vergi Xidmətinin rəsmi saytında tanış ola bilərlər. “Qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi üzrə İstifadəçi Təlimatı” və “Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması üzrə İstifadəçi təlimatı” ilə buradan tanış ola bilərsiz.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Rahim Fətiyev Hüsaməddin oğlu ra***@ekol.az ID: 4663
Hörmətli vergi əməkdaşları xahiş edirik aşağıdakı sualla bağlı konkret açıqlama verəsiniz. Müəssisənin özünün mülkiyyətində olan nəqliyyat vasitələri vaxtaşırı nəqliyyat vasitələrinin uyğun rəsmi servis mərkəzlərində texniki baxışı (yağların dəyişdirilməsi, yağ, hava, yanacaq kondinsioner filtirlərinin dəyişdirilməsi və.s ) və digər cari təmir işləri yerinə yetirilir. Müəssisənin bu xidmətin yerinə yetirilməsi üçün həmin servis mərkəzləri ilə müqaviləsi vardır. Xidmətin başa çatdırılması ilə bağlı bütün rəsmiləşdirmələr (akt, qaimə bank vasitəsi ilə ödənişlər) qanunauyğun həyata keçirilir. Müəssisədə bu sahədə yaranmış xərclər uçot registrində nəqliyyat xərcləri kimi əks etdirilir. İl ərzində nəqliyyat vasitələri üçün çəkilmiş xərclərin (car və əsaslı təmir xərci) qalıq dəyərlərinin 5% - həcmində cari təmir xərclərinə, qalan xərclər isə nəqliyyat vasitələrinin qalıq dəyərinin artırılmasına yönəldilir. Sual 1. Yuxarıda göstərilən xərclər (texniki baxışa görə və digər cari təmir xərcləri) bütövlükdə nəqliyyat xərcləri kimi hesab olunaraq qalıq dəyərinin 5% həcmində xərcə aid edilməli, qalan xərc isə nəqliyyat vasitələrinin qalıq dəyərinin artırılmasına yönəldilməlidirmi? Sual 2. Texniki baxışla əlaqədar (yağların dəyişdirilməsi, yağ, hava, yanacaq kondinsioner filtirlərinin dəyişdirilməsi və.s xırda işlər) olan xərclər nəqliyyat vasitələrinin cari istismar xərcləri kimi gəlirdən çıxılan xərclərə aid edilməlidirmi?
11/06/2021 Oxunub: 297 Orta qiymət: 4

Bildiririk ki,  təmir xərclərinin mühasibat uçotunda əks etdirilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-19 nömrəli Qərarı təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”I ilə tənzimlənir.

Belə ki, əsas fondların hər bir kateqoriyasının texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tezköhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə məsrəflər cari təmir məsrəflərinə aid edilir.

Bunlarla yanaşı, əsaslı təmir məsrəfləri əsas fondların istismar müddətinin uzadılması və (və ya) istismar keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə smeta sənədləri əsasında hesabat ili ərzində bir dəfədən çox olmamaq şərti ilə yerinə yetirilən işlər üzrə onların tam və ya əhəmiyyətli dərəcədə bərpasına, o cümlədən tam aşınmış (köhnəlmiş), sıradan çıxmış əsas fondların struktur komponentlərinin bütün hissələrinin sökülməsinə və dəyişdirilməsinə çəkilmiş məsrəflərdir.

Buna əsasən nəqliyyat vasitələrinin ehtiyat hissələrinin dəyişdirilməsi və ona texniki qulluğun (yağ, şin dəyişmə və s.) göstərilməsi ilə bağlı çəkilən xərclər təmir xərci olmaqla Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına uyğun olaraq norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir, normadan artıq olan məbləğ isə cari vergi ilinin sonuna həmin nəqliyyat vasitələrinin qalıq dəyərinə artırılır.

Əsas: Vergi Məcəlləsinin 115-ci maddəsi və “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ın təsdiq edilməsi barədə 23 sentyabr 2014-cü il tarixli Q-19 nömrəli Qərarı.

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Zöhrab Ovçuyev Binnət z.***@gmail.com ID: 4793
Əkinə yararlı torpağın labarayoriya analizinin (torpaq analizi) aparılması üçün analizi aparan Dövlət (büdcə) və ya qeyri dövlət təşkilatları müəssisələrə və ya fərdi sahibkarlara elektron qaimə-faktura verməlidirlərmi? Xahiş edirəm cavablandırasınız.
11/06/2021 Oxunub: 90 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.11-6.2-ci maddəsinə əsasən dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək istisna edilmişdir.

Buna əsasən, yuxarıda qeyd olunan təşkilatlar tərəfindən torpağın laborator analiz edilməsi üzrə işlərin və xidmətlərin təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilmir. 

Vergi Məcəlləsinin 16.1.11-6.2-ci maddəsi ilə elektron qaimə - faktura vermək vəzifəsi istisna edilmiş dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatlarına aid edilməyən təşkilatlar tərəfindən qeyd olunan xidmətlərlə bağlı elektron qaimə-faktura təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 71-1-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elşən İsmayılov Ramis oğlu el***@gmail.com ID: 4681
Mən Azərbaycan Beynəlxalq Bankının kartı ilə onlayn qaydada Ukrayna şirkətindən Ukraynada olacağım müddət üçün (27 may-06 iyun) keçərli olan tibbi sığorta almışam. Sığorta alınarkən kartımdan vergi tutuldu. Bu doğrudurmu?
11/06/2021 Oxunub: 211 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinin müddəalarına əsasən sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aid edilməklə ƏDV-dən azaddır.

Buna əsasən qeyri-rezident olan sığorta şirkəti tərəfindən rezident şəxsə sığorta əməliyyatları üzrə xidmətlər göstərildiyi halda həmin xidmətlərə görə ödənilən haqq ƏDV-yə cəlb olunmur.

ƏDV məbləğinin geri qaytarılması ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 164-cü və 169-cu maddələri.

5/5 (13 Orta qiymət)
Qiymət ver:
Möhsün Seyidov Mirələkbər m.***@gmail.com ID: 4792
Salam. Mən qeydiyyatdan keçdiyim mobil nömrəni artıq işlətmirəm. Hesabda yiğılan məbləği köçürmə və ya ödəniş etmək istədikdə köhnə nömrəmə sms göndərilir, qeyd etdiyim kimi o nömrəni artıq işlətmədiyim üçün əməliyyatı sona çatdıra bilmirəm. Nömrəni dəyişdirmək istəyim də uğursuz oldu. Qeyd edilənləri nəzərə alaraq qeydiyyatdan keçdiyim köhnə nömrəni yenisi ilə necə əvəz edə bilərəm ki sms göndərildikdə oxuya bilim və əməliyyat sonlansın. Əvvəlcədən təşəkkür edirəm!
10/06/2021 Oxunub: 66 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver: